İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə17/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

 
48 
daxil edilməsi və idarə edilməsi prosesini reallaşdırmağa imkan verir. Trekbol arxası üstə 
çevrilmiş  mışdır.  Trekbolun  fırlanan  kürəsini  barmaqla  fırlatmaqla  kursoru  lazımi  yerə 
gətirmək mümkündür. 
Coystik – üfqi və şaquli hərəkət edən iki şarnirli altlığa bərkidilmiş dəstəkdir. Bu da 
mış kimi işləyir. 
Skaner şəkiloxuyan qurğudur. Skaner də kseroks kimi işləyir. 
Dicitayzer (elektron planşet) koordinat dəyişdiricidir. Avtomatlaşdırılmış layihələş-
dirmə sistemlərində istifadə edilir. 
Sözanlayan qurğu sözü ikilik rəqəmə çevirib kompüterə ötürür. 
3.9.2  Xarici  yaddaş  qurğuları.  Bunlar  informasiyanı  uzun  müddət  saxlamaq 
üçündür. Hal-hazırda maqnit və lazer mahiyyətli disklər vardır. Diskə informasiya yazan 
və oxuyan qurğulara xarici yaddaş qurğuları deyilir. Çevik maqnit disk (disket) yığıcıları 
və  lazer  disk  yığıcıları  (CD-ROM)  geniş  tətbiq  tapmışdır.  Disklərdən  paket  yaradılır. 
Diskin  səthi  cığırlaşdırılır.  Eyni  radiuslu  cığırlar  paketdə  silindr  yaradır.  İnformasiya 
cığırla  radiusun  kəsişməsinə  yazılır.  Cığırlar  eyni  tutumludur.  Cığırlar  sektorlara 
bölünür. Sektorun ölçüsü 512, 1024 və ya 2048 bayt olur. 
Vinçester  də  maqnit  mahiyyətli  disk  paketidir.  Lakin  vinçester  çevik  yaddaş 
qurğusu hesab edilmir. Vinçester diski dəqiqədə 3600-7200 dövr sürəti ilə fırlanır.  
3.9.3  Çıxış  qurğuları.  Bunlar  kompüterdə  işlənmiş  informasiyanı  insan  üçün 
münasib formada təqdim etmək üçündür. Buraya: monitor, printer, plotter (qrafquran) və 
səsucaldan kolonkalar aiddir. 
Monitor  (displey)  mətn  və  qrafik  informasiyanı  təqdim  etmək  üçündür.  Fərdi 
kompüterin  monitoru  mətn  rejimində  25  sətr  və  80  sütunun  kəsişməsindəki  2000 
xanadan  ibarətdir.  Hər  xanaya  bir  simvol  yazılır.  Simvol  nöqtələrdən  yığılmış  şəkildir. 
Qrafik  rejimdə  isə  monitorun  sahəsi  piksellə  (nöqtə  ilə)  ölçülür.  480x640,  600x800, 
768x1024, 864x1152, 1024x1280 rejimləri vardır. 
Monitor  ekranına  çıxarılan  informasiya  videoyaddaşda  saxlanır.  Bu,  məntiqi 
cəhətdən  operativ  yaddaşın  bir  hissəsi  olsa  da,  fiziki  cəhətdən  monitora  quraşdırılmış 
ayrıca qurğudur. 
Giriş-çıxış qurğuları portlar vasitəsilə idarə olunur. Port kompüterin girişinə və ya 
çıxışına müvafiq virtual yuvadır. Konkret qurğuya bir-neçə port xidmət edə bilir. Hansı 
verilənin  və  ya  əmrin  hansı  porta  ötürüləcəyi  və  ya  hansı  portdan  qəbul  ediləcəyi 


 
49 
prosessor tərəfindən təyin və icra edilir. Məsələn, printerin qoşulduğu port əvvəlcə onun 
qoşulub-qoşulmadığını,  sonra  işə  hazır  olub-olmadığını,  sonra  kağızın  olub-olmadığını 
yoxlayır, sonra lazımi əmri ötürür. 
Printer informasiyanı kağız üzərinə çıxarır. Printerlər: ardıcıl, sətri və səhifəlik olur. 
İş  prinsipinə  görə,  zərbəli  və  zərbəsiz  printerlər  vardır.  Çap  üsuluna  görə,  matris  və 
simvol printerləri mövcuddur. Matris printer iynə ilə işləyir. Başlıqda 9, 18, 24 iynə ola 
bilir. Sətri və səhifəlik matris printerlət müvafiq olaraq sətri və səhifəni bir dəfəyə çap 
edir.  Lakin  bunlar  səslidirlər.  Şırnaqlı  printerlər  zərbəsiz  olduğundan  səssiz  işləyir. 
Dəqiqədə 2-7 səhifə çap edir. Lazer printer kseroks prinsipində işləyir. 
Plotter (qrafquran) faktiki olaraq çertyoj quran böyük printerdir. 
İndiki  kompüterlərin  hamısında  audioadapter  (səs  platası)  vardır.  Səsucaldan 
kolonkalar həmin audioadapterlə işləyir. 
3.9.4 Bəzi digər qurğular.  
Riyazi prosessor sürüşən (üzən) vergüllü ədədlər üzərində cəld və daha dəqiq əməl-
lər aparır. 
Taktlı impulslar generatoru kompüter qurğularına ötürülən siqnalları müəyyən vaxt 
fasilələri  ilə  göndərir.  Bir  saniyədəki  taktların  sayına  kompüterin  takt  tezliyi  deyilir. 
Saniyədə  milyon  takt  1  meqahersdir.  Bu,  bütün  qurğuların  işini  sinxronlaşdırmaq 
üçündür.  
Kəsilmələr kontrolleri kəsilmələri idarə edir. Bu, vaxt kvantları ilə işləyir. 
Yaddaşa  birbaşa  müraciət  kontrolleri  operativ  yaddaşla  xarici  qurğular  arasında 
prosessorun iştirakı olmadan əlaqə yaradır. Nəticədə paralel iş rejimi yaranır. 
Taymer kompüterin takt tezliyini ixtiyari tezliyə çevirmək üçündür. Bunun köməyi 
ilə kompüter real vaxta köklənir və səs generasiyası baş tutur. 
 
 Bölmə 4. Kompüterin hesabi və məntiqi əsasları 
4.1. Ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi 
  
Obyektlərin miqdarı barədə olan informasiyanın yazılışı üçün ədəddən istifadə edilir. 
Ədədlər  müəyyən  say  sistemlərində  ifadə  olunur.  Say  sisteminin  əlifbası  rəqəmlərdən 
ibarətdir. Məsələn, 10-luq say sisteminin əlifbası: 0,1,2,3,4,5,6,7,8,9  


 
50 
Say sistemləri mövqeli və mövqesiz olmaqla 2 iri qrupa bölünür. Mövqeli sistemlərdə 
rəqəmin  qiyməti  onun  ədəddəki  mövqeyindən  asılıdır.  Məsələn,  10-luq  say  sistemi 
mövqeli, Roma rəqəmləri mövqesiz say sisteminə aiddir.  
Roma rəqəmləri: I (1), V (5), X (10), L (50), C (100), D (500), M (1000) 
Burada  kiçik  rəqəm  soldadırsa  çıxılır,  sağdadırsa  toplanır.  Ədəd  rəqəmlərin 
toplanmasından əmələ gəlir: XXX =10+10+10=30. 
1998=MCMXCVIII=1000+(1000-100)+(100-10)+5+1+1+1. 
4.1.1 Mövqeli say sistemləri. Qədim dövrlərdə 3-lük, 5-lik, 7-lik, 10-luq, 12-lik, 20-
lik, 30-luq, 40-lıq, 60-lıq və s. say sistemlərindən istifadə edilmişdir ki, bunların da izləri 
bu gün də qalmaqdadır.  
Hal-hazırda  kompüter  tətbiqi  ilə  bağlı  olaraq  10-luq,  2-lik,  8-lik  və  16-lıq  say 
sistemləri  geniş  istifadə  edilir.  Hər  bir  say  sisteminin  öz  əlifbası  və  əsası  vardır.  Say 
sisteminin  əsası  onun  əlifbasındakı  rəqəmlərin  sayıdır.  Məsələn,  2-lik  say  sisteminin 
əlifbası 0 və 1-dən ibarət, 8-lik say sistemininki 0,1,2,3,4,5,6,7-dən, 16-lıq say sistemininki 
isə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9,  A(10), B(11), C(12), D(13), E(14), F(15)-dən ibarətdir.  
4.1.1.1  10-luq  say  sistemi.  Burada  ədəd  10-luq  mərtəbələrdən  ibarətdir.  Mərtəbə 
sağdan sola artır: 555=500+50+5. Bunu belə də yazmaq olar: 
 
0
1
2
10
10
5
10
5
10
5
555
  
Göründüyü kimi, mövqeli sistemdə ədədi say sisteminin əsası vasitəsilə ifadə etmək 
mümkündür. Qarışıq ədəd də bu qayda ilə yazılır: 
2
1
0
1
2
10
10
5
10
5
10
5
10
5
10
5
55
,
555
 
Beləliklə, ümumi hal üçün: 
m
m
n
n
A
10
...
10
10
...
10
1
1
0
0
1
1
10
 alınır. 
Göründüyü kimi, adi yazılış: 
1
1
0
1
1
10
...
,
...
m
n
n
a
a
A
 (məsələn, 555) kimidir. 
Ədədin 10-a vurulması vergülü sağa sürüşdürür. Bölmə isə sola sürüşdürür: 
10
10
5
,
5555
10
55
,
555
  
10
10
555
,
55
10
/
55
,
555
 
4.1.1.2 2-lik say sistemi. Burada əsas 2, əmsallar 0 və 1 olduğundan: 
2
1
0
1
2
2
2
1
2
0
2
1
2
0
2
1
A
     
01
,
101
2
A
 olacaqdır. 
Ümumi hal üçün: 
m
m
n
n
A
2
...
2
2
...
2
1
1
0
0
1
1
2
 
İxtiyari əsaslı say sistemləri üçün: 
m
m
n
n
q
q
q
q
q
A
1
1
0
0
1
1
...
...
 yazmaq olar. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə