İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə16/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

 
45 
3.8.1 Mərkəzi prosessor. Bu, informasiyanı emal edən qurğudur. Operativ yaddaşa 
gətirilmiş  maşın  proqramı  prosessorun  başa  düşəcəyi  əmrlər  ardıcıllığı  olduğundan, 
prosessor  həmin  əmrləri  növbə  ilə  yerinə  yetirir.  Əmrdə  göstərilir  ki,  ilkin  verilən 
haradan  götürüləcək,  üzərində  hansı  əməliyyat  aparılacaq,  nəticə  haraya  yerləşdirilə-
cəkdir. Prosessor aşağıdakı funksiyaları icra edir: 
 
əmri operativ yaddaşdan oxuyub deşifrasiya
89
 edir; 
 
veriləni operativ yaddaşdan və giriş-çıxış portlarından oxuyur; 
 
veriləni operativ yaddaşa yazır və ya giriş-çıxış portlarına göndərir; 
 
xarici qurğu adapterlərindən müraciət və əmrləri qəbul edib işləyir; 
 
kompüterin bütün qurğularını idarə etmək üçün siqnallar hasil edir. 
Prosessor  2  hissədən  ibarətdir:  əməliyyat  hissəsi  və  interfeys  hissəsi.  Əməliyyat 
hissəsi idarə qurğusundan, hesab-məntiq qurğusundan və prosessor yaddaşından (ümumi 
təyinatlı registrlərdən) ibarətdir.  İnterfeys hissəsi şin və portların idarə edilməsi mikro-
sxemlərindən və ünvan və əmr registrlərindən təşkil edilir. İdarə qurğusu prosessorun ən 
mürəkkəb hissəsidir. İdarə qurğusu aşağıdakı funksiyaları icra edir: 
 
operativ yaddaşdakı icrası tələb olunan növbəti əmrin ünvanını ünvan registrindən 
seçir; 
 
operativ yaddaşdan növbəti əmri seçir; 
 
əməliyyat  deşifratorunun  köməyi  ilə  əmrin  kodunu  təhlil  edib  əmrdə  nəzərdə 
tutulan əməliyyatı və onun əlamətini identifikasiya
90
 edir; 
 
seçılmiş  əməli  icra  edən  mikropoqramı  prosessordan  oxuyub  lazımi  idarəedici 
siqnallar hasil edir; 
 
operativ  yaddaşdakı  əməl  operandlarının
91
  ünvanlarını  oxuyub  ümumi  təyinatlı 
registrlərə yazır; 
 
əməli icra edir; 
 
nəticəni operativ yaddaşa yazır; 
 
növbəti əmrin ünvanını formalaşdırır. 
                                                 
89
 
əks tərcümə
 
90
 
adlandırma
 
91
 
parametrlərinin
 


 
46 
Hesab-məntiq  qurğusu  hesab  və  məntiq  əməllərinin  icrası  üçündür.  Bu  işin  icrası 
üçün əməl operandları əvvəlcədən ümumi təyinatlı registrlərdə yerləşdirilir. Nəticələr də 
həmin registrlərə yazılır. 
Şin və portların idarə edilməsi sxemi aşağıdakı funksiyaları icra edir: 
 
portun və onu idarə edən informasiyanın ünvanını formalaşdırır; 
 
portdakı informasıyanı (və ya portun əmrə hazırlığı barədə məlumatı) qəbul edir; 
 
bütün  qurğu  və  mikrosxemləri  prosessorla  giriş-çıxış  portu  arasında  informasiya 
mübadiləsi üçün hazırlayır. 
Şini  idarə  edən  sxem  idarəedici  şinə  giriş  və  ya  çıxış  əməlinə  hazırlaşmaq,  ünvan 
şininə  isə  portun  ünvanı  barədə  siqnal  göndərir.  Ünvan  yerləşən  qurğu  hazır  olmaq 
barədə cavab verdikdən sonra verilən şini üzrə verilənlərin daxil edilməsi və ya çıxarıl-
ması həyata keçirilir. 
3.8.2  Operativ  yaddaş.  Operativ  yaddaş  modullardan  təşkil  edilmişdir.  Yaddaş 
modulları  dedikdə,  üzərində  yaddaş  BİS-ləri
92
  quraşdırılmış  lövhələr  nəzərdə  tutulur. 
Operativ  yaddaşın  əsas  xarakteristikası  yazıb-oxuma  sürətidir.  Müasir  modulların  sürəti 
800 MHs-ə, həcmi 512 Mbayta çatır. 
Operativ yaddaş, əslində, daxili ünvanlaşdırılmış yaddaşdır. Operativ yaddaş bəzən 
birbaşa müraciət yaddaşı (RAM-Random Access Memory) da adlanır. Kompüterlərin həm 
də sabit yaddaşı olur. Yalnız informasiya oxumaq üçün olduğundan, buna  ROM (Read-
Only Memory) deyilir.  
Müasir  fərdi  kompüterlərdə  ünvanlaşdırılmış  yaddaşın  həcmi  ilə  faktiki  qurulmuş 
operativ  yaddaşın  həcmi  praktiki  olaraq  həmişə  fərqli  olur.  Belə  ki,  məsələn,  ünvanlaş-
dırılmış  yaddaşın  həcmi  64Qbayt  olsa  da,  qurulmuş  operativ  yaddaşın  həcmi  64Mbayt 
təşkil edir. 
Aralıq nəticələr də operativ  yaddaşda  saxlanır.  Kompüterin  məhsuldarlığı həm  də, 
operativ  yaddaşın  sürətindən  asılıdır.  Odur  ki,  kompüterin  inkişafının  əsas  istiqamətlə-
rindən biri də operativ yaddaşın işləmə sürətinin artırılmasından ibarətdir. Elektromaqnit 
mahiyyətli olduğundan, kompüter sönən kimi operativ yaddaşdakı informasiya pozulur. 
Buna görə də kompüter söndürülməzdən əvvəl operativ yaddaşdakı informasiya maqnit 
mahiyyətli vinçesterə köçürülür.  
                                                 
92
 
Böyük inteqral sxemlər
 


 
47 
Sabit  yaddaş  (ROM)  kompüteri  hazır  vəziyyətə  gətirmək  üçündür.  Burada  işə 
başlama proqramları, o cümlədən, əməliyyat sistemini (ƏS) yükləyən proqramlar, giriş-
çıxış baza sistemi (BİOS- Base İnput Output System) və diaqnostika proqramları saxlanır. 
Sabit yaddaşın məzmunu dəyişməzdir
93
.  
Fərdi  kompüterdə  operativ  yaddaş  ana  plataya  əlahiddə  qurğu  kimi  qoşulur. 
Operativ yaddaş triggerlər sırasından ibarətdir. Trigger yalnız 2 vəziyyətdə (0 və  1) ola 
bilən  elektron  qurğudur.  Sabit  yaddaşda  isə  1  və  0-lar  inteqral  sxemlər  şəklində  hazır-
lanmışdır.  Buna  görə  də  cərəyan  kəsiləndə  operativ  yaddaşın  məzmunu  pozulur,  sabit 
yaddaşınkı  pozulmur.  Yaddaşla  prosessor  arasındakı  informasiya  mübadiləsinin  sürəti 
yaddaşın  sürətini  müəyyən  edir.  Prosessor  hesablama  nəticələrini  registrə,  oradan  da 
operativ  yaddaşa  ötürür.  Operativ  yaddaşdakı  informasiya  da  əvvəlcə  registrə,  sonra 
prosessora ötürülür.  
Xarici yaddaş praktiki olaraq hüdudsuz həcmə malik nisbətən ucuz yaddaşdır. Ope-
rativ  yaddaşın  sürətini  artırmaq  üçün  keş-yaddaşdan  istifadə  edilir.  Keş-yaddaş 
prosessorla operativ yaddaş arasında yerləşir. 
3.8.3  Sistem  şinləri.  Sistem  şini  dedikdə,  bütün  şinlərin  məcmusu  nəzərdə  tutulur. 
Sistem  şininin  əsas  funksiyası  prosessorla  digər  elektron  komponentlər  arasında 
informasiya  mübadiləsini  həyata  keçirməkdən  ibarətdir.  Müasir  fərdi  kompüterlərdə  64 
mərtəbəli (xətli) şinlərdən istifadə edilir ki, bu da eyni zamanda 8 bayt verilən ötürə bilir. 
Buna 32 mərtəbəli ünvan şini uyğun gəlir. 
 
3.9. Periferiya qurğuları: təyinatı və xarakteristikası 
3.9.1 Giriş qurğuları. Kompüterə informasiya daxil edən qurğulara: klaviatura, mış, 
trekbol, coystik, skaner, dicitayzer, sözanlayan qurğu və s. aiddir. 
Klaviatura  hələ  əsas  giriş  qurğusu  olaraq  qalır.  Klaviatura  düymələri  nömrələn-
mişdir. Hər nömrə ayrıca elektrik sxeminə uyğundur. Registr düymələri (ShiftCtrlAlt
Caps  Lock  və  Num  Lock)  klaviatura  düymələrinin  nömrələrini  dəyişir.  Klaviatura 
bütövlükdə 510-a qədər işarə daxil etməyə imkan verir. 
Mış  və  trekbol  koordinatlı  daxiletmə  qurğusudur.  Yəni,  bunları  müstəvi  üzərində 
hərəkət  etdirdikdə displey  ekranında üfqi  və şaquli hərəkət  edən kursor  informasiyanın 
                                                 
93
 
Bəzi sabit yaddaş növlərinin məzmununu dəyişdirmək mümkündür.
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə