İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə15/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

 
42 
uzun  müddət  saxlamaqdan  ibarətdir.  İnformasiyanı  yazıb  oxuyan  qurğuya  yığıcı  və  ya 
diskovod deyilir. İnformasiyanı saxlayan qurğuya (məsələn, disketə) isə daşıyıcı deyilir. 
3.6.4  İnformasiyanın  yazılıb  oxunmasının  maqnit  prinsipi.  Çevik  və  sərt  maqnit 
disklərindəki  (vinçesterdəki)  yığıcılar  ferromaqnitə  əsaslanır.  Lazımi  şəraitdə  bu  disklər 
informasiyanı 10 illər boyu saxlaya bilir. 
3.6.4.1  Çevik  maqnit  diskləri.  Bunlar  plastik  kütlədən  hazırlanmış  korpus  daxilində 
quraşdırılmış  fırlanan  maqnit  diskləri  idi,  informasiyanı  bir  kompüterdən  digərinə 
köçürmək üçün istifadə edilirdi. 
3.6.4.2  Sərt  maqnit  diskləri  (vinçester).  Vincester  dəmir  korpus  daxilində  bir  ox 
üzərində  yerləşdirilmiş  böyük  sürətlə  fırlana  bilən  çoxsaylı  maqnit  diskləri  paketidir. 
Vinçesterin tutumu 150 Qbayta çatır. Yazıb oxuma sürəti saniyədə 133 Mbayt təşkil edir. 
Fırlanma sürəti dəqiqədə 7200 dövrdür. 
3.6.5 İnformasiyanın yazılıb oxunmasının optik prinsipi.  CD-ROM və DVD-ROM  
kimi lazer diskovodları optik prinsiplə işləyir. CD-ROM 650 Mbayt informasiya tutumuna 
malikdir.  Saniyədə  150  Kbayt  informasiya  oxuya  bilir.  52  sürətli  CD-ROM-lar  adi  CD-
ROM-lardan 52 dəfə sürətlə (saniyədə 7,8 Mbayt) oxuyur.  DVD-ROM   17 Qbayt həcmə 
malikdir.  
3.6.6  Flash-yaddaş.  Bu  enerjidən  asılı  olmayan  yaddaş  növüdür.  İnformasiyanı 
mikrosxemə yazır. 
3.7. Aparat platformalarının növləri 
Kompüterlər  əsas  etibarı  ilə  kəmiyyət  xarakteristikaları
84
  ilə  bir-birindən  fərqlən-
dirilir.  Bu  xarakteristikalar  üzrə  kompüterlər  4  sinfə  bölünür:  mikro  kompüterlər,  mini 
kompüterlər, iri kompüterlər (maynfreymlər) və super kompüterlər.  
Müasir  fərdi  kompüterlər,  noutbuklar,  serverlər  və  işçı  stansiyalar  mini  kompüter 
sayılır.  Mini  kompüterlərin  bir  qismi  ixtisaslaşdırılmış  kompüterlərdir.  Məsələn,  kassa 
aparatları, avtomobillərdəki kompüterlər, istehsalatda texnoloji xətləri idarə edən kompü-
terlər ixtisaslaşdırılmış maşınlardır. Serverlər irihəcmli informasiya saxlayan və çoxsaylı 
istifadəçilərə xidmət göstərən mini kompüterlərdir. Yüksək məhsuldarlığa malik stolüstü 
kompüterlər  işçi  stansiya  adlanır.  Bunlar  peşəkar  istifadəçilər  (proqramçılar)  üçündür. 
                                                 
84
 
operativ və xarici yaddaşların həcmi, prosessorun sürəti
 


 
43 
Fərdi  kompüterlər  həm  peşəkar,  həm  də  peşəkar  olmayanlar  üçün  nəzərdə  tutulmuş 
stolüstü mini kompüterdir. 
İri kompüterlər (maynfreymlər) ümumi təyinatlı, çox güclü, çoxmaşınlı hesablayıcı 
sistemlərdir. Bunlar gecə-gündüz fasiləsiz iş rejimində işləyir.  
Super  kompüter  əməliyyat  sistemi  (ƏS)  üçün  vahid  bütöv  maşın  kimi  təsəvvür 
olunan maşınlar şəbəkəsidir. 
 
3.8. Kompüterin təşkili və fəaliyyəti 
Müasir  fərdi  kompüterlərin  arxitekturası  magistral-modul  prinsipinə  əsaslanır. 
Modul prinsipi kompüterin konfiqurasiyasını dəyişməyə imkan verir. Kompüterin modul 
təşkili  isə  magistral  prinsipə,  yəni  qurğulararası  informasiya  mübadiləsinin  şin  vasitəsi 
ilə ötürülməsinə əsaslanır. 
Arxitektura dedikdə,  kompüteri təşkil edən  qurğular, onların qarşılıqlı əlaqələri  və 
bu  əlaqələrin  qurulması  qaydaları  çoxluğu  nəzərdə  tutulur.  Başqa  sözlə,  arxitektura 
dedikdə, kompüterin quruluşu, ayrı-ayrı qurğularının xarakteristikaları, yaddaşa və xarici 
qurğulara  müraciət  üsulları,  maşın  əmrləri  sistemi,  əmrlərdə  istifadə  edilən  verilən 
formatları və s. ön plana çəkilir. 
Kompüterin  əsas  qurğuları  prosessor  və  yaddasdır.  Kompüterin  hesablama  imkanı 
məhz  bu  iki  qurğunun  qarşılıqlı  fəaliyyəti  ilə  təyin  olunur.  Verilənləri  prosessordan 
yaddaşa və əksinə ötürən rabitə xətlərinə şin deyilir. Şinlər 4 cürdür: verilən şini, ünvan 
şini,  idarə  şini  və  qidalanma  (cərəyan)  şini.  Kompüter  qurğularını  əlaqələndirən  şin 
ümumi  şin  adlanır.  Bundan  əlavə,  köməkçi  şinlər  də  vardır  ki,  bunlara  da  lokal  şinlər 
deyilir. 
Kompüter bloklarını birləşdirən rabitə sistemi maşındaxili sistem interfeysi adlanır.  
Prosessor külli miqdarda elektron mikrosxemlərin mikroskopik həcmdə cəmləşdiril-
diyi  bir  qurğudur
85
.  Dünyada  prosessor  qədər  mürəkkəb  qurğu  yoxdur.  Kompüter 
sənayesinin tərəqqisi prosessorun təkmilləşdirilməsi
86
 ilə bağlıdır. 
Prosessorun sürətini müəyyən edən ən mühüm xarakteristika takt tezliyidir ki, bu da 1 
saniyədəki taktların sayını ifadə edir. Takt dedikdə, kompüter düyünlərinin işini sinxron-
                                                 
85
 
Pentium  4-də  42  milyon  funksional  element  var.  Hər  element  0,13  mikrondur.  1  mikron  1  metrin 
milyonda biridir.
 
86
 
icra edilən funksiyaların artırılması, həcmin kiçildilməsi, əməliyyat sürətinin artırılması, iş etibarlılı -
ğının yüksəldilməsi
 


 
44 
laşdıran takt tezliyi generatorunun hasil etdiyi iki ardıcıl impuls arasındakı zaman kəsiyi 
başa düşülür. Prosessorun icra etdiyi hər bir əməliyyata (məsələn, cəmləməyə)  müəyyən 
sayda  taktlar  ayrılır.  Takt  tezliyi  çox  olan  prosessor  daha  sürətli  və  məhsuldardır.  Takt 
tezliyi  meqahers  (MHs)  və  qiqaherslə  (QHs)  ölçülür.  1  MHs  1  saniyədə  1  milyon  takta 
bərabərdir.  Son  20  ildə  takt  tezliyi  500  dəfə  artırılaraq  5  MHs-dən
87
  2,4  QHs-ə
88
 
çatdırılmışdır.  
Prosessorun məhsuldarlığını ifadə edən digər xarakteristika onun mərtəbəliliyidir. Bu, 
prosessorun  bir  dəfəyə  emal  edib  ötürdüyü  2-lik  mərtəbələrin  sayını  ifadə  edir. 
Prosessorun  mərtəbəliliyi  64/36  şəklində  yazılıbsa,  bu,  o  deməkdir  ki,  prosessorun 
verilənlər şini 64 mərtəbəli, ünvan şini 36 mərtəbəlidir.  
Prosessorun  məhsuldarlığı  inteqral  xarakteristikadır.  Çünki  bu,  tezlikdən,  mərtə-
bəlilikdən  və  arxitekturadan  (keş-yaddaşın  olub-olmamasından)  asılı  göstəricidir. 
Prosessorun  məhsuldarlığı  CD-ROM-dan  yüklənən  SiSoftware  Sandra  adlı  testləşdirmə 
proqramının köməyi ilə təyin edilir. 
Nisbətən  daha  cəld  yaddaş  növü  olan  prosessor  registrləri  prosessorun  daxilində 
yerləşir. 
Müasir kompüterlər açıq sistem ideologiyası ilə yaradılır. Yəni, kompüter qurğuları 
kifayət qədər sərbəst fəaliyyət göstərən müəyyən funksiyalar icraçılarıdır. Qurğuları bir-
birinə  qoşan  hissə  həmin  qurğunun  interfeysi  adlanır.  İnterfeysin  reallaşdırdığı  qayda 
protokol  adlanır.  Bəzən  interfeys  dedikdə,  qoşqu  ilə  yanaşı,  həm  də  protokol  nəzərdə 
tutulur.  Eyni  qurğu  üçün  bir  neçə  protokol  ola  bilər.  Kompüter  daxilindəki  rabitə 
kanallarında  siqnallar  yalnız  rəqəm  formasında,  1  və  0-ları  kodlaşdıran  impulslar 
şəklində ötürülür. 
Müxtəlif  cür  periferiya  qurğuları  mövcuddur.  Fərdi  kompüterin  periferiya 
avadanlığına:  klaviatura,  mış,  skaner,  manitor,  printer,  plotter  (qrafquran),  vinçester, 
diskovod,  CD-ROM,  səsucaldan,  şəbəkə  çıxışı  aiddir.  Kompüterin  qurğuları  şinə 
kontroller  və  ya  adapter  vasitəsilə  qoşulur.  Kontroller  və  adapterlərin  öz  prosessoru 
vardır. Yəni, bunlar faktiki ixtisaslaşdırılmış mikrokompüterlərdir. 
Bütün iş operativ yaddaşda gedir. Odur ki, kompüter cərəyana qoşulan kimi bütün 
lazımi informasiyanın üzü vinçesterdən operativ yaddaşa köçürülür.  
                                                 
87
 1978-ci ildə istehsal edilmiş 8086 prosessoru  
88
 2002-ci ildə istehsal edilmiş Pentium 4 prosessoru 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə