İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə23/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

 
64 
 
Budaqlanan quruluş. 
Xətti alqoritmdən fərqli olaraq budaqlanma alqoritmində şərt olur ki, bu və ya dıgər 
əmrlər  seriyasının  icrası  həmin  şərtin  ödənib-ödənməməsindən  asılı  olur.  Şərt  mülahizə 
şəklində olduğundan, ya doğru, ya da yalan olur. Bu, formal dildə şərti və ya məntiqi ifadə 
adlanır. Şərti ifadə sadə və mürəkkəb ola bilir. Sadə şərt müqayisə ediləcək 2 ədəddən, 2 
dəyişəndən, 2 hesabi ifadədən ibarət olur. Məsələn, 5>3, 2*8=4*4 və s. 
Mürəkkəb  şərt  bir-biri  ilə  məntiq  əməli  ilə  bağlanmış  sadə  şərtlər  ardıcıllığıdır. 
Məsələn, 5>3 And 2*8=4*4. 
Budaqlanma quruluşu müxtəlif üsullarla təsvir edilə bilir: 
 
qrafik formada (blok-sxem şəklində); 
 
proqramlaşdırma  dilində,  məsələn,  Visual  Basic  və  VBA  dillərində,  if  şərt 
operatoru vasitəsilə. 
İlk  (if)  açar  sözdən  sonra  şərt  yerləşməlidir.  İkinci  (Then)  açar  sözdən  sonra  isə 
əmrlər  seriyası  (şərt  ödənirsə,  1-ci  seriya)  yerləşir.  Şərt  ödənmirsə,  üçüncü  (Else)  açar 
sözdən sonra 2-ci seriya əmrlər yerləşir: 
Visual Basic-də: 
 
 
 
VBA-da 
If Şərt Then   
 
 
 
if  Şərt_ 
Seriya 1 
 
 
 
 
Then Seriya 1_ 
[Else    
 
 
 
 
[Else Seriya 2] 
Seriya 2] 
End if 
Əmr 1 
Əmr 2 
... 
Əmr N 


 
65 
Şərti  keçid  operatorunu  çoxsətrli  və  birsətrli  formalarda  yazmaq  olar.  Çoxsətrli 
formada  bu,  if...Then...Else...End  if  şəklində  yazılır.  Bu  halda  Then  şərtlə  bir  sətrdə 
yazılır.  Əmrlər  seriyası  (seriya  1)  ikinci  sətrdə  yerləşir.  Else  üçüncü  sətrdə,  seriya  2 
dördüncü sətrdə, End if  beşinci sətrdə yazılır.  
Birsətrli formada  if...Then...Else... şəklindən istifadə edilir. Əgər bu yazılış bir sətrə 
yerləşməzsə,  onda  onu  bir  neçə  sətrə  bölmək  olur.  Bu  zaman  sətrin  bölündüyünü 
kompüterə  anlatmaq  üçün  probeldən  sonra  altdan  xətt  işarəsi  qoyulur  (  _  ).  Müxtəsər 
formada Else olmaya da bilər
95
.  
Şərt ödənmirsə, növbəti əmrlər seriyası icra edilir. 
“Seçmə”  quruluşu. 
―Seçmə‖ quruluşu çox variantlı budaqlanma quruluşudur. Burada bir neçə şərt olur. 
Şərtlər  ciddi  ardıcıllıqla  yoxlanır.  Şərtlərdən  birinin  ödəndiyi  halda  müvafiq  əmrlər 
seriyası  icra  edilir.  Visual  Basic  və  VBA  dillərində  ―Seçmə‖  Select  Case  açar  sözlərlə 
başlanır.  Bu  sözlərdən  sonra  ifadə  (dəyişən,  hesabi  ifadə  və  s.)  yazılır.  Case-dən  sonra 
verilmiş ifadə müəyyən qiymətlə müqayisə olunur, şərt ödəndikdə əmr seriyalarından biri 
icra edilir. Bu quruluş End Select –lə bitir: 
Select Case İfadə 
Case Şərt 1 
Seriya 1 
Case Şərt 2 
Seriya 2 
Case Else 
Seriya 
End Select 
“Dövr”  quruluşu. 
Bu quruluşda əmrlər seriyası çoxqat təkrarlanır. Bu seriyaya dövrün gövdəsi deyilir. 
Dövr  quruluşu  2  tipdir:  1)  sayğaclı  dövr,  2)  şərtli  dövr.  Sayğaclı  dövrdə  dövrlərin  sayı 
müəyyəndir. Şərtli dövrdə dövrlərin sayı şərt ödəndikcə davam edir.  
Sayğaclı dövr. Bu, Fof...Next açar sözlərlə ifadə edilir:  
For Sayğac=İlk Qiymət to Son Qiymət [Step addım] 
                                                 
95
 Vacib olmayan operatorlar kvadrat mötərizədə ([]) yazılır.  
 


 
66 
  Dövrün gövdəsi 
Next [Sayğac] 
Şərtli  dövr.  Çox  hallarda  dövrün  neçə  dəfə  təkrarlanması  məlum  olmur.  Bu  halda 
dövrlərin  sayı  şərtin  ödənməsindən  asılı  olur.  Belə  dövr  Do...Loop  açar  sözlərlə  ifadə 
edilir. Şərt dövrdən əvvəl və sonra yerləşə bilir. Şərt dövrdən əvvəldirsə, buna qabaqlayıcı 
şərtli dövr və ya ―dövr-hələ‖ quruluşu deyilir. Bu quruluşda ola bilsin ki, dövr heç 1 dəfə 
də  baş  tutmasın.  Burada  dövrdən  çıxmaq  şərti  While  və  ya  Until  açar  sözlərlə  həyata 
keçirilir. While şərt ödəndikcə, Until isə şərt ödənmədikcə işləyir: 
Do  While Şərt 
   
Dövrün gövdəsi 
Loop 
Bu,(While) dövü davam etdirən şərt adlanır. 
Do Until Şərt 
   
Dövrün gövdəsi 
Loop 
Buna (Until) isə dövrü bitirən şərt deyilir.  
Şərt dövrdən sonra yerləşibsə, buna ―dövr-qədər‖ quruluşu deyilir. Bu da Do...Loop 
açar sözlərlə ifadə edilir: 
Do 
Dövrün gövdəsi 
Loop  While Şərt 
Do 
Dövrün gövdəsi 
Loop Until Şərt 
Göründüyü  kimi,  burada  da  dövrdən  çıxmaq  şərti    While  və  Until  vasitəsilə  yerinə 
yetirilir.  ―Dövr-qədər‖  quruluşu  şərtin  ödənib-ödənməməsindən  asılı  olmayaraq  heç 
olmazsa, 1 dəfə işləyir. 
 
5.2. Verilənlərin proqramla emalı 
Kompüterin əsas funksiyası informasiyanı emal etməkdir.  
20-ci əsrin 50-60-cı illərində kompüter elektron-hesablayıcı maşın (EHM) adlanarkən 
yalnız hesablama işi apara bilirdi. İnformasiyanın emalı prosesi ədədi verilənlər üzərində 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə