İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə31/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   74

 
88 
bytC 


sngD 
6-9 
0,6666667 
dblE 
10-17 
0,66666686534882 
strA 
18-22 
Forma 
strB 
23-33 
Informatika 
blnA 
34-35 
True 
blnB 
36-37 
False 
blnC 
38-39 
False 
... 
 
İ 
Proqram kodu 
 
İ+K 
 
... 
 

Proqramlaşdırma dilinin translyatoru 
 
N+M 
 
... 
 
Sonra  mənimsətmə  operatorunun  icrasına  keçilir.  Bu  zaman  operativ  yaddaşa 
dəyişənin qiyməti
106
 yazılır.  
Sonra  Print  metodunun  köməyi  ilə  dəyişənlərin  qiymətləri  proqramın  qrafik 
interfeysini  reallaşdıran  forma  üzərinə  çıxarılır.  Bu  prosesdə  dəyişənlərin  qiymətləri 
yaddaşdan oxunur və monitor ekranında işıqlandırılır. 
 
5.4.10. Visual Basic dilində dialoq pəncərələri və fayllarla iş 
Visual Basic dilindəki funksiyalar.  
Proqramlaşdırma  dilindəki  funksiya  anlayışı  riyaziyyatdakı  funksiya  anlayışına 
yaxındır.  Funksiyanın  bir  və  ya  bir  neçə  arqumenti  ola  bilər.  Çoxarqumentli  funksiyada 
arqumentlər vergüllə ayrılır: FunksiyaAdı (ArqumentlərSiyahısı).   
Arqumentlərin  hər  yığımına  funksiyanın  bir  qiyməti  uyğun  gəlir.  Aqumentlərin 
qiymətləri verildikdə proqramlaşdırmada deyirlər ki, funksiya öz qiymətini alır (qaytarır). 
                                                 
106
 
əgər  mənimsətmə  operatorunun  qarşısında,  yəni  bərabərliyin  sağ  tərəfində  hesablanacaq  ifadə  varsa, 
hesablamanın nəticəsi
 


 
89 
Funksiyalar  adətən  ifadələrin  tərkibinə  daxil  olur.  Funksiyaların  müxtəlif  tipləri  vardır: 
verilən tiplərinin dəyişdirilməsi funksiyaları, riyazi funksiyalar, sətri funksiyalar, maliyyə 
funksiyaları,  tarix  funksiyaları  və  s.  Funksiyanın  tipi  arqumentin  və  funksiyanın  özünün 
aldığı mümkün qiymətlərlə təyin edilir. 
Verilən  tiplərinin  dəyişdirilməsi  funksiyaları.  Bunlar  veriləni  bir  tipdən  başqa  tipə 
çevirir. 
Val  funksiyası.  Bu,  sətrin  qiymətini  ədədə  çevirir.  Val  (Sətir$)  kimi  yazılır.  Yəni 
bunun arqumenti sətir, qiyməti isə ədəddir. Məsələn,  Val (―2012‖) funksiyasının qiyməti 
2012-dir. Bu funksiya mətn sahələrinin Text xassəsinin sətri qiymətlərini ədədə çevirmək 
və onların üzərində hesabi əməllər aparmaq üçün istifadə edilir.  
İndi  Val  funksiyasından  istifadə  etməklə,  ―adi  kalkulyator‖  proqram  əlavəsi  yarat-
mağa çalışaq. Bu proqram əlavəsi 10-luq tam ədədlər üzərində hesab əməlləri icra etməli 
və nəticələri formanın mətn sahələrinə çıxarmalıdır. Sözü gedən proqram əlavəsinin qrafik 
interfeysini  yaratmaq  üçün  forma  üzərində  3  mətn  sahəsi
107
  və  toplama,  çıxma,  vurma, 
bölmə və işin bitməsi kimi əməlləri reallaşdıran 5 hadisəvi prosedur düymələri yerləşdirək.  
Bunun üçün: 
1.  Yeni  layihə  yaratmalı.  Forma  üzərində  3  mətn  sahəsi  və  5  düymə  yerləşdirib 
aşağıdakı adları mənimsətməli: txt1, txt2, txt3, cmdPlus, cmdUmn, cmdDelen, cmdExit. 
cmdPlus_Click  proseduru  txt1  və  txt2  mətn  sahələrindəki  Text  xassəsinin  ədədi 
qiymətlərini toplayıb txt3 mətn sahəsinə çıxarmalıdır. Bu, aşağıdakı proqram kodu ilə 
reallaşdırılır: 
Sub cmdPlus_Click 
Txt3.Text = Val(txt1.Text)+Val(txt2.Text) 
End Sub 
Çıxma, vurma və bölmə prosedurları da buna analojidir. 
2. Hər bir düymə üçün hadisəvi prosedur proqramı tərtib etməli
3.  Mətn  sahələrinin  Alignement  (düzləndirmə)  xassəsi  üçün  Right  Justufy  qiyməti 
verilməlidir
4.  Layihəni  icraya  buraxmalı.  Soldakı  iki  mətn  sahəsinə  ədəd  daxil  edib  müvafiq 
hesab əməli düyməsini basmalı. Sağdakı mətn sahəsində nəticə görünəcəkdir. 
                                                 
107
 
ikisi daxil ediləcək ədədlər üçün, biri nəticə üçün
 


 
90 
Layihəni \textbook\VB\prjVB3\ adı ilə saxlamalı. 
Val funksiyasının arqumentləri olan sətri ifadələr 8-lik say sistemində &O, 16-lıq say 
sistemində  isə  &H  sözönü  ilə  verilir.  Məsələn,  Val  (―&O3720‖)  və  Val  (―&H7D0‖) 
funsiyalarının ədədi qiyməti 10-luq say sistemində 2000 ədədidir.  
Str,  Hex,  Oct  funksiyaları.  Bu  funksiyalar  10-luq,  16-lıq  və  8-lik  ədədləri  sətrə 
çevirir. Məsələn, Str(2000), Oct (2000), Hex (2000) 10-luqdakı 2000 ədədidir ki, bunu da 
Oct  funksiyası  3720-yə,  Hex  funksiyası  H7D0-a  çevirir.  Yəni  bu  funksiyalar  Val 
funksiyasının əksinə işləyir. 
İndi tam ədədləri 10-luqdan 8-liyə və 16-lığa və əksinə çevirən layihə yaradaq. 
Bunun üçün: 
1. Yeni layihə  yaratmalı. Forma  üzərində  ədədləri daxil  etmək  və nəticəni  çıxarmaq 
üçün  txtDectxtOcttxtHex adlı 3 mətn sahəsi və cmdDecOctcmdDecHexcmdOctDec 
və cmdHexDec adlı 4 əmr düyməsi və mətn sahələri üzərində izahedici metkalar (lblDec
lblOct,  lblHex)  yaratmalı.  txtOct  və  txtHex  mətn  sahələrinə  sətri  formada  daxil  ediləcək 
ədədlərə  konkatenasiya  (sətrlərin  birləşdirilməsi)  əməlinin  tətbiqi  ilə  ―&O‖  və  ―&H‖ 
sözönlərini birləşdirməli. Alınmış 8-lik və ya 16-lıq ədədləri Val funksiyasından istifadə 
etməklə sətri formadan 10-luq ədədi formaya çevirməli. 
2. cmdOctDec_Click() hadisəvi proseduru aşağıdakı kimi yazmalı: 
Sub cmdOctDec_Click() 
 
txtDec.Text = Val(―&O‖ +txtOct.Text) 
End Sub 
3cmdHexDec_Click() hadisəvi proseduru aşağıdakı kimi yazmalı: 
Sub cmdHexDec_Click() 
 
txtDec.Text = Val(―&H‖ +txtHex.Text) 
End Sub 
txtDec mətn sahəsinə daxil edilən ədədləri əvvəlcə Val funksiyasının köməyi ilə sətri 
formadan ədədi formaya, sonra isə 10-luq ədədləri  Oct və Hex  funksiyalarından istifadə 
etməklə sətri 8-lik və sətri 16-lıq formaya çevirməli. 
Bunun üçün: 
4cmdDecHex_Click() hadisəvi proseduru aşağıdakı kimi yazmalı
Sub cmdDecHex_Click() 
 
txtHex.Text = Hex(Val(txtDec.Text)) 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə