İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə32/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

 
91 
End Sub 
5cmdDecOct_Click() hadisəvi proseduru aşağıdakı kimi yazmalı
Sub cmdDecOct_Click() 
 
txtOct.Text = Oct(Val(txtDec.Text)) 
End Sub 
6Layihəni icraya buraxmalı. Soldakı mətn sahəsinə 10-luq ədəd daxil edib, 8-liyə və 
16-liğa çevirməli. 
 Layihəni \textbook\VB\prjVB4\ adı ilə saxlamalı. 
Asc  funksiyası.  Bu,  sətri  kodlaşdırma  cədvəlindəki  ədədi  koda  çevirir.  Yəni  həfin 
ədədi kodunu ekrana çıxarır. Asc(Sətir$) şəklində yazılır. 
Chr funksiyası. Bu, ədədi kodu simvola çevirir. Chr(Ədəd) kimi yazılır. 
İndi daxil edilən simvolu ədədi koda çevirən və simvolları ədədi kodlar üzrə çap edən 
layihə yaradaq. 
Bunun üçün: 
1. Yeni layihə yaratmalı. Forma üzərində txtS və txtN adlı 2 mətn sahəsi və cmdS və 
cmdT adlı iki əmr düyməsi yerləşdirməli. Asc() funksiyasından istifadə etməklə txtS mətn 
sahəsinə daxil ediləcək simvolun ədədi kodunu txtN mətn sahəsinə çap etməli. 
2. cmdS_Click() hadisəvi proseduru aşağıdakı kimi yazmalı
Sub cmdS_Click() 
txtN.Text = Asc(txtS.Text) 
End Sub  
 
Mənfi  bir  (-1)  addımla  işləyən  sayğac  düzəldib  simvol  kodlarını  böyükdən  (255) 
kiçiyə ardıcıl çap etməli. 
3. Bunun üçün cmdT_Click() hadisəvi prosedurunu aşağıdakı kimi yazmalı
Dim strA As StringN As İnteger 
Sub cmdT_Click() 
For N=255 To 33 Step -1 
strA = Chr(N) 
Print N; ― – ―; strA 
Next N 
End Sub 


 
92 
4. Layihəni icraya buraxmalı.  
Layihəni \textbook\VB\prjVB5\ adı ilə saxlamalı. 
Riyazi funksiyalar. 
Riyazi funksiyalarda həm arqumentlər, həm də funksiyanın özü ədədi qiymətlər alır. 
Visual Basic dilində 12 riyazi funksiya vardır. Buraya: Sin(), Cos(), Tan(), Atn(), Sqr()
108

Log(), Exp()
109
Rnd()
110
 və s. aiddir.  
Riyazi  funksiyalardan  istifadə  etməklə  yuxarıda  tərtib  etdiyimiz  ―Adi  kalkulyator‖ 
layihəsinin imkanlarını genişləndirib onu ―Mühəndis kalkulyatoru‖na çevirməyə çalışaq. 
Bunun üçün: 
1. ―Adi kalkulyator‖ layihəsini açmalı. Formaya cmdSincmdCoscmdTancmdSqr
cmdSt
111
  və  cmdLog  düymələrini  əlavə  etməli.  Bu  düymələrin  hər  biri  üçün  hadisəvi 
proseduru aşağıdakı kimi yazmalı: 
2. Məsələn, qüvvətə yüksəltmə üçün cmdSt_Click() aşağıdakı kimi olacaqdır
Sub cmdSt_Click() 
txt3Dec.Text=Val(txt1Dec.Text)^Val(txt2Dec/Text
End Sub 
3.  Qalan  funksiyaları  Visual  Basic  dilinin  qurulmuş  funksiyaları  kimi,  yəni  Sin(), 
Cos(), Tan(), Sqr() və Log() şəklində daxil etməli
4. Layihəni icraya buraxmalı
32
2
ədədini hesablamalı. Bunun üçün 2 və 32 ədədlərini 
daxil edib, X^Y düyməsini basmaq lazımdır.  
Bu layihəni \textbook\VB\prjVB6\ adı ilə saxlamalı. 
Sətri funksiyalar. 
Sətri funksiyalarda ya arqumentlər, ya da funksiyanın özü sətri qiymət alır. 
Sətrin uzunluğunu təyin edən funksiya. Bu, Len(Sətir$) kimi yazılır və sətri ədədə 
çevirir. Yəni sətrdəki simvolların sayını çap edir.  
Fərz edək ki, Len funksiyasının arqumenti ―informatika‖ sətridir. Bu halda tam ədədli 
sətri dəyişən olan intDlinaStroki = Len(―informatika‖) = 11 olacaqdır. 
Sətri  bölmə  funksiyaları.  Bunlar  sətrin  solundan,  sağından  və  ortasından  müəyyən 
uzunluqda  hissə,  məsələn,  Left$(Stroka$,  Dlina$)  funksiyası  Stroka$  sətrinin  birinci 
                                                 
108
 kvadrat kökalma 
109
 Üstlü funksiya 
110
 Təsadüfi kəmiyyətlər generatoru 
111
 Bu düymənin üstündə  (X^Y) göstərməli. 


 
93 
simvolundan  başlayaraq  Dlina$  parametri  qədər,  Right$(Stroka$,  Dlina$)  funksiyası 
Stroka$  sətrinin  son  simvoldan  başlayaraq  Dlina$  parametri  qədər,  Mid$(Stroka$, 
Pozisiya$,  Dlina$)  isə  Stroka$  sətrinin  Pozisiya$  parametrində  göstərilən  simvolundan 
başlayaraq Dlina$ parametri qədər hissə ayırıb çap edir. 
Fərz  edək  ki,  Stroka$  =‖informatika‖,  bu  halda,    Left$  (―informatika‖,  2)  =  ‖in‖, 
Right$ (―informatika‖, 4) = ‖tika‖, Mid$(―informatika‖, 3, 5) = ―forma‖ olacaqdır. 
İndi ―sətri kalkulyator‖ yaradaq. Bunun üçün: 
1.  Forma  üzərində  sətr  daxil  etmək  üçün  txt1  və  txt2,  nəticəni  çap  etmək  üçün  txt3 
mətn  sahələri  və  konketenasiya  (birləşdirmə)  əməlini  reallaşdıran  cmdCon  əmr  düyməsi 
yerləşdirməli.  
2. cmdCon_Click() hadisəvi proseduru aşağıdakı kimi yazmalı
Sub cmdCon_Click() 
txt3.Text = txt1.Text + txt2.Text 
End Sub 
3.  Layihəni  icraya  buraxmalı.  txt1  və  txt2  mətn  sahələrinə  sətr  daxil  edib,  əmr 
düyməsini sıxmalı. Nəticə txt3 mətn sahəsində görünəcəkdir.  
İndi  Mid$(stroka$,  bytM,bytN)  funksiyasından  istifadə  etməklə  sətrin  dəyişdirilmə-
sinə baxaq.  
Bunun üçün: 
4.  Forma  üzərində  txt1Mid,  txt2Mid,  bytM,  bytN  mətn  sahələri  və  cmdMid  əmr 
düyməsi yerləşdirməli
5. cmdMid_Click() hadisəvi proseduru aşağıdakı kimi yazmalı
Sub cmdMid_Click() 
txt3.Text = Mid$(txt1.TextVal(txt1Mid.Text), Val(txt2Mid.Text)) 
End Sub 
6. Layihəni icraya buraxmalı.  
7.  İndi  sətrin  uzunluğunu  göstərən  əməli  icra  etmək  üçün  forma  üzərində  cmdLen 
düyməsi yerləşdirməli və cmdLen_Click() prosedurunu aşağıdakı kimi yazmalı
Sub cmdLen_Click() 
txt3.Text = Len(txt1.Text
End Sub 
8. Layihəni icraya buraxmalı


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə