İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə33/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

 
94 
9.  İndi  forma  üzərində  cmdAsc  əmr  düyməsi  yerləşdirib,  cmdAsc_Click() 
prosedurunu aşağıdakı kimi yazmalı
Sub cmdAsc_Click() 
txt3.Text = Asc(txt1.Text
End Sub 
10. Layihəni icraya buraxmalı.  
Bu layihəni \textbook\VB\prjVB7\ adı ilə saxlamalı. 
Daxiletmə və çıxarma funksiyaları. 
İnputBox
112
  funksiyası.  Bu,  verilənləri  dialoq  panelindən  daxil  etmək  üçündür.  Bu 
funksiyanın  arqumentləri  3  sətirdən  ibarətdir  və  funksiyanın  aldığı  qiymət  də  sətirdir: 
İnputBox (Dəvət$, Başlıq$,[Susma$]). 
Bu funksiya icra edilərkən ekrana mətn sahəsi olan dialoq paneli açılır. Panelin başlıq 
sətrində Başlıq$ arqumentinin, panelin özündə isə Dəvət$ arqumentinin qiyməti çap edilir. 
Üçüncü  arqument  Susma$  varsa,  cap  edilir,  yoxdursa,  ona  aid  pəncərə  açılmır.  Bu 
funksiyanın qiyməti istifadəçinin mətn sahəsinə daxil etdiyi sətrdən ibarətdir. 
MsgBox
113
  funksiyası.  Bu  funksiya  xəbəri  forma  üzərinə  deyil,  xüsusi  xəbərlər 
panelinə çıxarır. Bunun qiymətini hər hansı dəyişənə mənimsətmək mümkündür. MsgBox 
funksiyasının sintaksisi aşağıdakı kimidir: 
MsgBox(Xəbər$[,ƏdədiKod1+ƏdədiKod2][,Başlıq$]) 
Xəbər$ 
sətri 
xəbərlər 
panelinə 
çıxarılır. 
Panelin 
xarici 
görünüşünü 
ƏdədiKod1+ƏdədiKod2 arqumenti təyin edir. Başlıq$ sətri panelin sərlövhəsinə çıxarılır. 
Kvadrat  mötərizədəki  arqumentlər  məcburi  deyillər.  ƏdədiKod1  piktoqramı,  ƏdədiKod2 
düymələr yığımını təyin edir. Məsələn: 
ƏdədiKod1  Piktoqram 
ƏdədiKod2  Düymələr yığımı 
16 
 

Ok 
32 


Ok, Отмена 
48 


Стоп, 
Повтор, 
Пропустить 
64 


Да, Нет, Отмена 
                                                 
112
 İnputBox - Daxiletmə pəncərəsi 
113
 MsgBox – Xəbərlər paneli 


 
95 
 
 

Да, Нет 
 
 

Повтор, Отмена 
 
İki  ədədi  kodun  cəmi  (ƏdədiKod1+ƏdədiKod2)  olan  bir  ədədlə  eyni  vaxtda  həm 
piktoqramı, həm də düymələr yığımını təyin etmək olar. Məsələn, 36 ədədinə 32+4 kimi 
baxmaqla,  ?  piktoqramını  və  Да,  Нет  düymələrini  panel  üzərinə  çıxarmaq  mümkündür. 
Düymə  basılan  kimi  MsgBox  funksiyasının  qiyməti  hesablanır.  Funksiyanın  qiyməti 
basılan düymədən asılıdır. Məsələn: 
 
Basılan 
düymə 
Funksiyanın qiyməti 
OK 

Отмена 

Стоп 

Повтор 

Пропустить 

Да 

Нет 

 
İndi biliyi yoxlayan layihə yaradaq. Bunun alqoritmi aşağıdakı əməliyyatları özündə 
birləşdirməlidir: 
 
Sualı ekrana çıxarmaq; 
 
Klaviaturadan daxil edilən cavabı yadda saxlamaq; 
 
Daxil  ediləni  düzgün  cavabla  müqayisə  etmək  və  bu  şərtin  ödənib-ödənmə-
məsindən asılı olaraq müxtəlif əməllərin reallaşdırılması. 
Əvvəlcə  İnputBox  və  MsgBox  funksiyalarından  istifadə  etməklə  biliyi  yoxlanılanı 
qeydiyyata almağı reallaşdırmaq lazımdır. 
“Biliyin yoxlanması” layihəsi 
1. Forma üzərində cmd1 düyməsi yerləşdirməli və Caption xassəsi üçün ―Yoxlamanı 
başla‖ qiymətini verməli. Sonra isə cmd1_Click() hadisəvi prosedurunu hazırlamalı. 


 
96 
2.  İnputBox  funksiyası  ilə  adını  və  soyadını  soruşub  strA  sətri  dəyişəninə 
mənimsətməli.  MsgBox  funksiyasının  köməyi  ilə  qeydiyyataalmanın  nəticəsini  ekrana 
çıxarmalı. Bu işi yerinə yetirmək üçün aşağıdakı proqram kodunu yazmalı: 
Dim strA As String, bytB As Byte 
Sub cmd1_Click() 
strA = inputBox (―Adınızı və Soyadınızı daxil edin:‖,‖Qeydiyyat‖) 
bytB = MsgBox (―Hörmətli ― + strA + ―, biliyinizin yoxlanması üçün hazırsınızmı?‖, 
36, ―Qeydiyyat bitdi‖) 
End Sub  
3.  Layihəni  icraya  buraxmalı  və  ―Yoxlamanı  başla‖  düyməsini  basmalı.  Qeydiyyat 
panelinin mətn sahəsində ad və soyadı daxil etməli.  
4.  MsgBox  funksiyasının  ikinci  arqumenti  (36)  ?  piktoqramını  və  Да,  Нет 
düymələrini panel üzərinə çıxarır. Да düyməsi üçün bytB ədədi dəyişəninə 6, Нет düyməsi 
üçün 7 mənimsədilməlidir. 
5.  Şərt  operatorunun  köməyi  ilə  proqramdan  çıxmaq  və  ya  yoxlamanı  davam 
etdirmək olar. Bunun üçün: İf bytB =7 Then End yazmaq kifayətdir. 
Sual İnputBox funksiyasının köməyi ilə verilir. Cavabın düzgünlüyü İf...Then...Else 
şərti  keçid  operatorunun  köməyi  ilə  yoxlanır.  Cavabın  düzgün  olub-olmaması  barədə 
informasiyanı MsgBox funksiyası ikinci arqumentin 0 qiymətində OK düyməsi ilə ekrana 
çıxarır. 
6. Aşağıdakı proqram kodu düzgün cavabları yığır. Yanlış cavabların sayı bytN ədədi 
dəyişənində yığılır: 
strC = İnputBox (―1 bayt neçə bitdir?‖, ―Birinci sual‖) 
İf strC = ―8 bit‖ Then MsgBox (―Düzdür!‖, 0, ―Birinci sual‖) Else MsgBox (―Səhvdir!‖, 
0, ―Birinci sual‖): bytN = bytN+1 
strC = İnputBox (―10-luqdakı 5 ədədini 2-lik say sisteminə çevirin:‖, ―İkinci sual‖) 
İf strC = ―101‖ Then MsgBox (―Düzdür!‖, 0, ―İkinci sual‖) Else MsgBox (―Səhvdir!‖, 
0, ―İkinci sual‖): bytN = bytN+1 
MsgBox  (―Hörmətli  ―  +  strA  +  ‖,    ―Siz‖  +str(bytN)  +  ‖suala  səhv  cavab  verdiniz‖,  0, 
―Sorğu bitdi‖ 
7.  Layihəni  icraya  buraxmalı.  Qeydiyyatdan  keçib,  suallara  cavab  verməli.  Nəticə 
MsgBox funksiyasının xəbərlər panelində çap ediləcəkdir. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə