İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə41/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

 
118 
Çoxistifadəçili  rejim  verilənlərlə  bir-neçə  istifadəçinin  paralel  işləməsini  nəzərdə 
tutur. Odur ki, ƏS bu rejimdə əlavə olaraq aşğıdakılara da imkan verməlidir: 
 
Prosessor  və  yaddaş  resurslarının  və  xarici  qurğulara  müraciət  ardıcıllığının 
istifadəçilərin prioriteti üzrə bölünməsinin təmin edilməsi; 
 
Bir  istifadəçinin  verilənlərinə  başqa  istifadəçinin  müdaxilə  etməsinə  imkan 
verilməməsi. 
Vaxt  bölgüsü  rejimi  vaxt  kvantları  ilə  işləməyi  nəzərdə  tutur.  Belə  ki,  bu  rejimdə 
çoxsaylı proqram və istifadəçilərə öz prioritetlərinə uyğun ardıcıllıqla imkan yaradılır və 
onlara  yalnız  bir  kvantlıq  xidmət  göstərilir.  Növbəti  kvantda  yarımçıq  qalan  məsələlər 
həll edilir.  
ƏS-in  təkamülü.  İlk  zamanlar  bir  neçə  firma  tərəfindən  hazırlanmış  müxtəlif  ƏS 
variantları  mövcud  olmuşdur.  1970-ci  illərin  ortalarında  bir  sıra  səbəblər  üzündən 
kompüterlərin  əksəriyyətində  İBM  firmasının  Disk  Əməliyyat  Sistemi  (DOS)  istifadə 
edilməyə başladı. İBM həm də fərdi kompüterin ilk istehsalçısıdır. 
Sonra DOS əsasında  Microsoft firması  MS DOS əməliyyat sistemini yaratdı. Sonra 
MS  DOS  üzərində  Norton  Kommander  adlı  proqram  örtüyü  yaradıldı.  Bu,  istifadəçi 
interfeysini  xeyli  əyaniləşdirdi  və  işin  etibarlılığını  yüksəltdi.  Əməliyyat  sistemlərinin 
müasir  versiyalarında  istifadəçi  interfeysi  ƏS-in  bilavasitə  tərkib  hissəsidir.  Makintosh 
maşınlarındakı istifadəçi interfeysi daha uğurlu oldu. Sonra bu interfeys Windows ƏS-də 
də  istifadə  edildi.  Sonra  ƏS-in  inkişafı  yeni  xidmətlərin  daxil  edilməsi  istiqamətində 
getdi.  Məsələn,    Windows  ƏS-də  çap  dispetçeri  yaradıldı  ki,  bu  da  mətn  və  qrafik 
informasiyanın çapa çıxarılması funksiyasını öz üzərinə götürdü. Yəni çap avtonomlaşdı. 
Müasir ƏS-lər virtual maşın konsepsiyasına əsaslanır.  
Virtual  maşın  dedikdə,  xarakteristikaları  yaxşılaşdırılmış  operativ  yaddaşı
149
  və 
müxtəlif proqramların verilənləri üçün mütləq təhlükəsizlik təmin edən hüdudsuz sayda 
xarici qurğuları olan  mücərrəd  maşın nəzərdə tutulur.  Tətbiqi sistemlər  məhz belə ideal 
virtual  maşına  istinad  edir.  Bu  halda  ƏS-in  vəzifəsi  real  kompüterin  işini  elə  təşkil 
etməkdən  ibarət  olur  ki,  tətbiqi  proqram  nöqteyi-nəzərindən  o,  virtual  maşın  kimi 
görünsün.  ƏS  vasitələrinin  köməyi  ilə  virtual  maşın  reallaşdırılmasına  virtual  maşının 
emulyasiyası deyilir.  
                                                 
149
 
virtual yaddaşı
 


 
119 
Hesablayıcı  şəbəkələrin  meydana  çıxması  yeni  tip  məsələlər  yaratdı.  Fərdi 
kompüterlər arasında şəbəkə rabitəsini təmin edən şəbəkə örtükləri
150
  istifadəyə  verildi. 
Şəbəkə funksiyalarının daxil edilməsi ƏS-in inkişafında mühüm rol oynadı. Windows NT 
və  UNIX    belə  yarandı.  Bu  əməliyyat  sistemləri  həm  ayrıca  kompüterin,  həm  də 
şəbəkənin  fəaliyyətini  təmin  edir.  Şəbəkə  ƏS-ləri  şəbəkədəki  bütün  kompüterlərin  fayl 
fəzalarını  vahid  fayl  fəzası  kimi  istifadə  edir.  Yəni,  istifadəçi  öz  kompüterində  nə  edə 
bilirsə, onu şəbəkədə də edə bilir. Şəbəkə  ƏS-ləri  çoxistifadəçili sistemlər olduğundan, 
hansı  proqramın  hansı  kompüterdən  işə  buraxıldığını,  fayl  sistemindən  açılmış  fayldan 
kimin  iştifadə  etdiyini  izləmək  lazım  gəlir.  Bu  zaman  ƏS  həmin  istifadəçinin  açılmış  
fayla müraciət hüququnun olub-olmadığını yoxlayır və istifadəçi prioritetini nəzərə alır.  
 
Əməliyyat sisteminin fəaliyyəti. 
Müasir  kompüterlərdə  ƏS-in  funksiyalarının  bir  hissəsi  sabit  yaddaşda    saxlanan 
proqramlarda  reallaşdırılmışdır.  Bu  proqramlar  giriş-çıxış  baza  sistemi  (BİOS)  adlanır. 
Kompüter  cərəyana  qoşulan  kimi  ilkin  yüklənmə  proqramı  icra  edilir.  Bu,  kompüterin 
qurğularını  yoxlayan  diaqnostika  proqramlarını  qoşur.  Bundan  sonra  ƏS  operativ 
yaddaşa  yüklənir.  Sonra  isə  ƏS-in  nüvəsi  –  baş  idarəedici  proqram
151
  işə  başlayır. 
Utilitlər lazım gəldikdə yüklənir və işləri başa çatan kimi operativ yaddaşdan silinir. ƏS-
in  nüvəsi  ətraf  mühitdən
152
  daxil  olan  əmri  təhlil  edib  müvafiq  proqramı  yaddaşda 
axtarır,  tapırsa  işə  qoşur,  tapmırsa,  bu  barədə  məlumat  verir.  Dispetçer  MS  DOS-da 
command.comWindows-da win.com adlanır. 
 
Proqramların icrasının idarə edilməsi. 
İlk zamanlar kompüterdə  yalnız bir proqram  işləyirdi və  o, operativ  yaddaşın sıfır 
nömrəli  yuvasından  başlayaraq  yerləşdirilirdi.  Operativ  yaddaşa  bir  neçə  proqramın 
yerləşdirilməsi  halında  proqramın  icrasından  sonra  onun  yaddaşda  ünvanı  dəyişə  bilir. 
Bu hal verilənlərin yerləşməsində də özünü göstərir. Buna görə də nisbi ünvan anlayışın-
dan  istifadə  edilir.  Yəni,  proqramın  ilk  ünvanı  nə  qədər  sürüşürsə,  həmin  rəqəm  qalan 
ünvanların üzərinə əlavə edilir. 
                                                 
150
 
məsələn, Novell firmasının NetWare sistemi
 
151
 
və ya kommander, və ya dispetçer, və ya ƏS-in monitoru
 
152
 
klaviaturadan, mışdan və s.
 


 
120 
Müasir kompüterlərdə çoxsaylı proqram mərtəbələri mövcuddur ki, bunların da ən 
yüksək  mərtəbəsində  ƏS  durur.  Müxtəlif  proqramlar  qarşılıqlı  fəaliyyət  göstərə  bilir. 
Daha  doğrusu,  bir  proqram  işləyərkən  başqa  proqramı  işə  qoşa  bilir  və  özü  başqa 
proqram  vasitəsilə  işə  qoşula  bilir.  Başqa  proqram  vasitəsilə  işə  qoşularkən  həmin 
proqram özünü alt proqram kimi aparır. Yəni, bu proqramın aldığı nəticələr hökmən onu 
işə qoşan proqram tərəfindən istifadə edilir.  Bu o deməkdir ki, hər bir proqramın icrası 
müəyyən proqramlar əhatəsində baş tutur. Bütün bunlar isə ƏS tərəfindən idarə olunur. 
 
Yaddaşın idarə edilməsi. 
Kompüterdə çoxlu proqram işlədikdə, hansı proqramın operativ yaddaşın harasında 
yerləşdiyini izləmək çox vacibdir. Bu, ƏS-in yaddaşın idarə edilməsi funksiyası adlanır. 
ƏS  yaddaşın  boş  hissəsini  dolu  hissəsindən  ayırmağı  bacarır.  Yeni  proqram  işə 
buraxılarkən  ƏS  yaddaşı  idarə  edən  utilitdən  boş  sahə  olub-olmadığını  öyrənir  və  bu 
proqram üçün lazım olan yaddaş sahəsini ayırmağı tələb edir. Utilit yaddaşda boş sahə 
axtarır,  tapan  kimi  tələb  olunan  ölçüdə  yer  olub-olmadığını  araşdırır,  varsa,  yer  ayırır. 
Bəzən  işləyən  proqram  ƏS-dən  əlavə  yaddaş  sahəsi  tələb  edir  ki,  dinamik  verilənlər 
deyilən  aralıq  nəticələri  yerləşdirsin.  Bu  iş  də  yaddaşı  idarə  edən  utilitin  vəzifəsidir. 
Dinamik verilənlərə ehtiyac qalmadıqda onlar silinir. Yaddaşı idarə edən utilit həmçinin 
tutulmuş  sahəni  başqa  proqramlardan  qoruyur.  Yaxşı  məlum  olan  Əs-lərin  hamısında 
operativ  yaddaşın  məntiqi  modelindən  istifadə edilir ki, buna  da virtual  yaddaş deyilir. 
Virtual  yaddaş  –  ƏS-in  istifadəçilər  və  proqramlar  üçün  yaratdığı  ideal  kompüterin 
yaddaşıdır. Virtual yaddaş vinçesterdə yaradılır. Yəni, bu və ya digər proqrama operativ 
yaddaşda  yer  çatmadıqda  vinçesterin  müəyyən  hissəsi  virtual  yaddaş  adı  ilə  müvəqqəti 
istifadəyə cəlb edilir. Cəlbetmə işi xüsusi keş yaddaşda həyata keçirilir. 
 
Fayl sisteminin idarə edilməsi. 
Proqramların  xarici  yaddaşda  yerləşən  verilənlərə  müraciət  etməsini  təşkil  etmək 
üçün  ƏS  mürəkkəb  fayl  sistemindən  istifadə  edir.  Fayl  dedikdə,  xarici  yaddaşda  vahid 
məntiqi  obyekt  şəklində  saxlanan  və  müəyyən  proqramlar  üçün  lazım  olan  verilənlər 
yığımı
153
 nəzərdə tutulur. ƏS üçün fayl elə bir struktur vahididir ki, proqram istifadəçiləri 
                                                 
153
 
proqram mətni və adi verilənlər
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə