İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə38/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

 
109 
materiala  səsin  qoşulması,  titr  və  subtitrlərin  əlavə  edilməsi  üçün  nəzərdə 
tutulmuşdur.  Bu  sistemlərin  bəzi  kateqoriyaları  tədris,  sorğu  və  əyləncə  sistemləri 
və  proqramları  şəklində  mövcuddur.  Bunların  xarakterik  cəhəti  geniş  spektrdə 
multimediya vasitələri ilə təcchiz olunmasıdır. 
17.
 
 İnstrumental  dillər  və  proqramlaşdırma sistemləri. Bu  vasitələr  yeni  proqramların 
tərtib  edilməsi  üçün  nəzərdə  tutulmuşdur.  Bu  sistemlərin  köməyi  ilə  tərtib  edilmiş 
proqramı  kompüter  ―anlayır‖  və  maşın  kodunda  icra  edir.  Hər  bir  əmr  1  və  0-lar 
sırası şəklində verilir. Proqramın maşın dilində yazılması qətiyyən münasib deyildir. 
Buna görə də proqram insana aydın olan dildə, yəni instrumental dildə, başqa sözlə, 
alqoritmik  dildə  və  ya  proqramlaşdırma  dilində  tərtib  edilir  və  sonra  translyator 
adlanan  xüsusi  proqram  vasitəsilə  proqram  mətni  maşın  koduna  tərcümə  edilir  ki, 
buna  da  proqramın  translyasiya  edilməsi  deyilir.  Translyatorlar  2  tip  olur:  1) 
interpretatorlar  və  2)  kompilyatorlar.  İnterpretator  proqramdakı  bir  operatoru 
oxuyur,  təhlil  edir  və  həmin  anda  iccra  edir.  Sonra  növbəti  operatoru  oxuyur  və  s. 
Kompilyator isə proqramı tamamilə oxuyub təhlil etdikdən sonra proqramın icrasına 
başlayır. İnstrumental dillər aşağı səviyyəli (maşın dilinə yaxın) və yüksək səviyyəli 
(insan  dilinə  yaxın) olmaqla 2  qrupa  bölünür. Aşağı  səviyyəli  dillərə  assemblerlər, 
yüksək  səviyyəli  dillərə  isə  Pascal,  Basic,  C/C++,  VB  dilləri  və  s  aiddir. 
Proqramlaşdırma  sistemlərinə  translyatorlardan  əlavə,  mətn  redaktorları,  yerbəyer 
(komponovka) edici, standart proqramlar kitabxanası, sazlayıcı, proqramlaşdırmanın 
avtomatlaşdırılmasını  vizuallaşdıran  vasitələr  daxildir.  Belə  sistemlərə  nümunə 
olaraq Delphi, Visual Basic, C++, VisualFoxPro və s göstərilə bilər. 
 
6.2. Proqram təminatının tipologiyası 
Proqram vasitələri 3 tipə bölünür:  
 
Sistem proqram təminatı; 
 
Proqramlaşdırma texnologiyalarının instrumentariyası
 
Tətbiqi proqram təminatı. 
Sistem proqram təminatı dedikdə, kompüter və ya şəbəkəni işçi vəziyyətdə saxla-
yan  proqram  vasitələri kompleksi nəzərdə  tutulur.  Sistem  təminatını işləyib  hazırlayan, 
tətbiq edən və təkmilləşdirən proqramçılar sistem proqramçılar adlanır.  


 
110 
Şəbəkədə  sistem  proqram  təminatı  ilə  sistem  proqramçılarla  yanaşı,  şəbəkə 
inzibatçısı və operatorlar da məşğul olurlar. 
Sistem proqram təminatının vəzifələrinə aşağıdakılar daxildir: 
 
Hesablayıcı sistemin normal fəaliyyətinin təmin edilməsi; 
 
Kompüterdə və şəbəkədə tətbiqi proqramlar üçün iş şəraitinin yaradılması; 
 
Köməkçı prosedurların
123
 icrası; 
 
Kompüter və ya şəbəkə aparaturasının diaqnostikası və profilaktikası. 
Sistem təminatı kompüterin ayrılmaz tərkib hissəsi olmaqla, sabit yaddaşdakı baza 
təminatını,  kompüterin  əməliyyat  sistemini  (ƏS),  əməliyyat  örtüyünü  və  şəbəkə  ƏS-ni 
özündə birləşdirir. 
Servis (xidməti) proqram təminatı istifadəçi üçün rahat (komfort) iş şəraiti yaradır. 
Buraya:  diaqnostika,  antivirus,  disklərə  xidmət,  verilənləri  arxivləşdirən  və  imtinadan 
sonra bərpa proqramları daxildir. 
Proqramlaşdırma texnologiyalarının instrumentariyası proqram tərtibi vasitələrini 
özündə birləşdirir. Bu qəbildən olan proqram məhsulları tətbiqi proqramların yaradılma-
sı, sazlanması və testləşdirilməsi mərhələlərini özündə birləşdirən bütün proqramlaşdır-
ma prosesini həyata keçirməyə imkan verir. 
Turbo  Pascal  və  ya  Turbo  C  kimi  universal  dillərə  və  müəyyən  sinif  proqram 
vasitələrinin
124
  yaradılması  üçün  nəzərdə  tutulan  ixtisaslaşdırılmış  sistemlərə  əsaslanan 
çoxsaylı proqramlaşdırma sistemləri mövcuddur. 
Proqramlaşdırma  sistemlərinə:  müəyyən  proqramlaşdırma  dilində  mətn  və  obyekt-
istinad  proqram  vasitələri;  proqramlaşdırma  dilindən  kompilyator;  proqram  sazlayan; 
proqramları  optimallaşdıran  vasitələr;  standart  proqramlar  kitabxanası;  əlaqələr 
redaktoru
125
;  sorğu  informasiyası
126
;  fərdi  və  kollektiv  layihələrin  reallaşdırılması  üçün 
olan proqramlar; proqramları sənədləşdirən proqramlar aiddir. 
                                                 
123
 
surətçıxarma, arxivləşdirmə, faylların və verilən bazasının bərpası, icazəsiz müdaxilədən mühafizə
 
124
 
məsələn, verilən bazasının
 
125
 
kompanovkaedici
 
126
 
aidi və ümumi arayışlar
 


 
111 
Proqramlaşdırma  sistemləri  ilə  yanaşı,  son  illərdə  proqramlaşdırmanın  avtomat-
laşdırılması üzrə müxtəlif vasitələrin
127
 geniş istifadəsi müşahidə olunur. Bunlara CASE 
(Computer Aided System Engineering) instrumentləri deyilir. 
Tətbiqi  proqram  təminatının  tipologiyası  olduqca  genişdir.  Təkcə  iqtisadi  yönlü 
proqram əlavələrini sadalamaq istəsək, mühasibat uçotu, maliyyə fəaliyyəti, anbar uçotu, 
kadr  uçotu,  istehsalın  idarə  edilməsi,  sifariş  və  satışın  uçotu  və  bank  fəaliyyəti  kimi 
iqtisadi fəaliyyət növləri üzrə yaradılmış proqramların adını çəkmək kifayətdir. 
Tətbiqi  proqram  təminatına  ofis  proqramlarını,  informasiya  sistemlərinin  yaradıl-
ması və fəaliyyət göstərməsi üçün nəzərdə tutulan proqram vasitələrini, ekspert sistem-
lərini, layihə işlərinin avtomatlaşdırılması sistemlərini, təqdimat hazırlayan vasitələri və 
s. aid edirlər. 
Qeyd  etmək  lazımdır  ki,  tətbiqi  proqram  təminatına  həm  də  mətn  redaktorları, 
elektron cədvəlləri və VBİS-lər
128
 aiddir. 
 
6.3. Sistem proqram təminatı 
6.3.1. Əməliyyat sistemi (ƏS): təyinatı və tərkibi 
 
Sistem proqram təminatının çox mühüm hissəsi əməliyyat sistemidir. 
İBM-lə birgəliyi olan fərdi kompüterlərdə  Microsoft firmasının Windows 9x/ME  və 
Linux  əməliyyat  sistemləri,  Apple  firmasının  fərdi  kompüterlərində  Mac  OS  əməliyyat 
sisteminin müxtəlif versiyaları, işçi stansiyalarda və serverlərdə isə Windows NT/2000/XP 
və UNIX əməliyyat sistemləri istifadə edilir. 
Göründüyü  kimi,  əməliyyat  sistemləri  müxtəlifdir.  Lakin  onların  təyinatı  və 
funksiyaları  eynidir.  Əməliyyat  sistemi  kompüterin  əsas  təməl  proqram  təminatıdır  ki, 
bunsuz kompüter işləyə bilməz. 
Əməliyyat  sistemi  kompüterin  bütün  qurğularının  birgə  fəaliyyətini  təmin  etməklə 
mövcud kompüter resurslarını istifadəçiyə təqdim edir. 
Müasir  ƏS-lər  mürəkkəb  quruluşludur,  hər  bir  elementi  kompüterin  idarə  edilməsi 
üzrə müəyyən funksiya icraçısıdır. 
                                                 
127
  Alqoritmləşdiriləcək  proseslərin  modelləşdirilməsindən  tutmuş  proqram  kodunun  avtomatik 
generasiyası (yüklənməsi) və yaradılan proqramların sənədləşdirilməsinədək bütün işlər. 
128
 
Verilənlər bazalarını idarə edən sistemlər
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə