İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə40/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

 
115 
 
addəyişmə (faylın adı dəyişdirilir). 
Windows  qrafik  interfeysi  fayllar  üzərində  aparılan  əməlləri  Drag&Drop
141
  meto-
dundan istifadə etməklə mış vasitəsilə də icra etməyə imkan verir.  
Windows  qrafik  interfeysi  həm  də  MS-DOS-da  işləmək  imkanını  saxlayır.  Bunun 
üçün seans MS-DOS-a keçmək kifayətdir. 
 
6.3.4. Disklərin məntiqi quruluşu 
Diskin  formatlaşdırılması.  İnformasiyanı  diskə  yazmaq  üçün  əvvəlcə  disk  format-
laşdırılmalıdır.  Bu  isə  o  deməkdir  ki,  disk  həm  fiziki,  həm  də  məntiqi  quruluşa  malik 
olmalıdır. Diskin fiziki strukturlaşdırılması onun üzərində konsentrik cığırlar açmaqdan və 
onları cektorlara bölməkdən ibarətdir. 
Çevik  diskin  məntiqi  quruluşu.  Maqnit  diskinin  məntiqi  quruluşu  dedikdə,  512 
baytlıq həcmə malik olan nömrələnmiş sektorlar məcmusu nəzərdə tutulur. Sektorlar 0-cı 
cığırın 1-ci sektorundan başlayaraq sonuncu cığırın son sektorunadək ardıcıl nömrələnir. 
Sektor  –  çevik  diskdə  ünvanlaşdırılmış  minimal  elementdir.  Fayl  sektorların  tam  sayına 
yazılır. Yəni ən kiçik fayl 1 sektor yer tutursa, ən böyük fayl da diskdəki sektorların sayı 
qədər yaddaş zəbt edir. Fayl sektorlara ixtiyari qaydada yazılır. Faylı adına görə tapmaq 
üçün diskdə xüsusi kataloq vardır ki, bu da fayllar barədə verilənlər bazası rolunu oynayır. 
Fayl  haqqındakı  yazı  faylın  adından,  faylın  yazıldığı  birinci  sektorun  ünvanından, 
faylın həcmindən və yaradıldığı tarixdən və vaxtdan ibarətdir. Faylın yerləşdiyi sektorlar 
barədə  bitkin  informasiya  FAT
142
  deyilən  xüsusi  cədvəldə  əks  etdirilir
143
.  Bu  cədvəldə 
faylın  yerləşdiyi  sektorların  nömrələri  yazılır.  Sonuncu  nömrədən  sonra  faylın  sonunu 
göstərən işarə yerləşir. Çevik diskdəki verilənlər bazasında və FAT cədvəlində kataloqlar 
üçün  2-ci  sektordan  33-cü  sektoradək  yer  ayrılır.  1-ci  sektor  əməliyyat  sisteminin 
yükləyici yazısı üçündür. Fayllar 34-cü sektordan başlayaraq yerləşdirilir.  
Formatlaşdırmanın  növləri.  Disklərin  formatlaşdırılmasının  2  növü  vardır:  tam  və 
cəld  formatlaşdırma.  Tam  formatlaşdırma  həm  fiziki,  həm  də  məntiqi  formatlaşdırmanı 
əhatə  edir.  Tam  formatlaşdırma  disketdəki  informasiyanı pozur.  Cəld  formatlaşdırma  isə 
                                                 
141
 Drag&Drop -götür apar və qoy qalsın 
142
 FAT - File Allocation Table – Faylların yerləşmə cədvəli 
143
 
Windows NT-də FAT32 ilə yanaşı, daha genişimkanlı  NTFS adlı fayl sistemindən istifadə edilir.
 


 
116 
yalnız  kök  kataloqu  və  faylların  yerləşmə  cədvəlini  təmizləyir.  Bu  halda  disketdəki 
informasiya pozulmur. 
Sərt disklərin məntiqi quruluşu çevik disklərin məntiqi quruluşundan xeyli fərqlənir. 
Burada  ünvanlaşdırılan  element  bir  neçə  sektorun  birləşməsindən  yaradılan  klasterdir. 
Klasterin  ölçüsü  FAT  cədvəlinin  tipindən  və  sərt  diskin  tutumundan  asılıdır.  FAT16 
cədvəli 
65536
2
16
  klaster ünvanlaşdıra bilir.  Böyük həcmli  disklər üçün klasterin  ölçüsü 
olduqca  iri  olur.  Çünki  sərt  diskin  informasiya  tutumu  150  Qbayta  çata  bilir.  Məsələn, 
40Qbayt həcmi olan diskdə klasterin ölçüsü 640 Kbayt (40 Qbayt / 65536 = 655360 bayt = 
640 Kbayt) təşkil edir.  
Fayl klasterlərin də tam sayında yerləşir. Məsələn, ―informatika‖ sözü yazılmış mətn 
faylı  11  bayt  həcmə  malik  olsa  da  150  Qbaytlıq  sərt  diskdə  640  Kbaytlıq  1  klasterdə 
yerləşir.  Bu  o  deməkdir  ki,  böyük  tutumlu  sərt  diskə  kiçik  həcmli  faylların  yazılması 
yaddaşdan  pis  istifadə  edilməsi  ilə  nəticələnir.  Bu  problemi  FAT32  cədvəlindən  istifadə 
etməklə qismən həll etmək mümkün olur. Çünki bu halda klaster 8 sektoru birləşdirir ki, 
bu  da  cəmi  4  Kbayt  həcmə  malik  olur.  İnformasiyanın  etibarlı  saxlanması  üçün  FAT 
cədvəli 2  nüsxədə  yaradılır.  Windows  ƏS-də  FAT16  cədvəlini FAT32-yə  çevirən xüsusi 
xidməti proqram vardır. 
Disklərin  defraqmentləşdirilməsi.  Faylların  sərt  diskə  yazılıb-pozulmasi  ilə  bağlı 
olaraq zaman keçdikcə fraqmentləşmə
144
 artır. Faylların fraqmentləşməsi kompüterin sürə-
tinə mənfi təsir edir. Çünki maqnit başlıq fraqment axtarışına get-gedə daha çox vaxt sərf 
edir. Nəticədə sərt disk vaxtından əvvəl sıradan çıxır. Buna görə də dövrü olaraq disklərin 
defraqmentləşdirilməsi məsləhət görülür. Defraqmentləşdirmə zamanı faylın  fraqmentləri 
ardıcıl  klasterlərə  yazılır.  Dickin  defraqmentləşdirilməsi  proqramını  işə  buraxmaq  üçün 
Baş  Menyüdən  Standartlar-Xidmətedicilər-Diskin  defraqmentləşdirilməsi  əmrini  vermək 
lazımdır.  Dialoq  panelindən  disk  seçilməli,  sonra  OK  verilməlidir.  Məlumat  düyməsini 
basmaqla işin gedişini izləmək olar.
 
 
6.3.5. Əməliyyat sisteminin funksiyaları 
Əməliyyat  sistemi  kompüterin  ayrı-ayrı  qurğularının,  həmçinin  qurğularla  tətbiqi 
proqramların qarşılıqlı fəaliyyətini təmin edən proqram vasitələri kompleksidir.  
Müasir əməliyyat sistemləri aşağıdakiları təmin edir: 
                                                 
144
 
Faylın fraqmentlərinin bir-birindən aralı yerləşən klasterlərə səpələnməsi
 


 
117 
 
proqramların icrasının idarə edilməsi; 
 
yaddaşın idarə edilməsi; 
 
giriş-çıxışın idarə edilməsi; 
 
fayl sisteminin idarə edilməsi; 
 
kəsilmələrin emalı; 
 
kompüterin aparat qurğularının idarə edilməsi; 
 
istifadəçilər və proqramlarla qarılıqlı fəaliyyət (ƏS-nin istifadəçi interfeysi); 
 
çoxməsələli rejim; 
 
çoxistifadəçili rejim; 
 
ƏS-in kompüterə yüklənməsi 
 
ƏS-in komponentlərinin qoşulub-açılması; 
 
ƏS parametrlərinin sazlanması; 
 
Kompüter cərəyana qoşularkən ƏS-in yüklənməsi; 
 
Kompüter qurğularının cari konfiqurasiyasının avtomatik təyini; 
 
Kompüterin  qurğularının  və  ƏS-in  funksional  altsistemlərinin  testləşdirilməsi  və 
mümkün pozuntuların düzəldilməsi; 
 
Kompüter resurslarının
145
 proqramlar arasında paylanması; 
 
Kompüterin təhlükəsiz işləməsi
146
;  
 
Bir  neçə  proqram  və  ya  istifadəçi  tərəfindən  birgə  istifadə  edilən  verilənlərin 
düzgünlüyünün təmin edilməsi. 
Proqramların icrasının və yaddaşın idarə edilməsi ƏS-in əsas funksiyasıdır. 
Çoxməsələli rejimdə ƏS aşağıdakılara imkan verməlidir: 
 
Bir neçə proqramın paralel
147
 icrası; 
 
Tapşırıqların
148
 icra növbəliliyinin yaradılması; 
 
Prosessor  və  yaddaş  resurslarının  proqramlar  arasında  bölünməsi  və  xarici 
qurğulara müraciət ardıcıllığının təmin edilməsi. 
                                                 
145
 
operativ yaddaşın, prosessorun vaxtının, xarici yaddaşın, periferiya qurğularının və s.
 
146
 
bir istifadəçi və ya proqram tərəfindən istifadə edilən yaddaşın digər istifadəçi və ya proqram müda-
xiləsindən qorunması
 
147
 
psevdoparalel
 
148
 
daha doğrusu, proqramların
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə