İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə48/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

 
139 
(Standart Alətlər 
Çubuğu) 
10.
 
Formatting Toolbar
 
(Formatlama Alətlər 
Çubuğu) 
19.
 
Scroll Bars
 
(Sürüşdürmə 
Çubuqları 
Şəkil 6.
 
Excel
 
XP
 proqram pəncərəsinin əsas hissələri 
İşçi kitablar. 
Excel  XP
-də  yaradılmış  bir  fayl 
Excel
 
XP
  məntiqi  ilə  bir  işçi  kitabdır 
Workbook 
(Книга-
Kitab).  İşçi  kitabın  adını  proqram  pəncərəsinin 
Title  Bar  (Заголовок-
Başlıq 
Çubuğu)nda görə bilərsiniz (
Microsoft
 
Excel-Книга1

Microsoft
 
Excel
-
Book1 - Microsoft
 
Excel
-Kitab1). Yeni bir fayl yaratdığınız zaman faylı yaddaşa yazana qədər bu faylın adı 
Book1
 (
Книга1
-Kitab1) olacaqdır. Əgər bu adda bir fayl artıq mövcuddursa və açıqdırsa, 
bu  halda  yeni  bir  fayl  yaratmaq  istədiyiniz  zaman  onun  adı 
Book2
  (
Книга2
-Kitab2) 
olacaqdır və s.. 
Digər 
Office
 proqramlarında da olduğu kimi 
Microsoft
 
Excel XP
-də də eyni anda bir 
neçə işçi kitab aça bilər və paralel olaraq işləyə bilərsiniz. 
Excel  XP
-ni  işlədib  hər  hansı  bir  faylı  açarkən,  iç-içə  yerləşmiş  iki  pəncərə 
görünəcəkdir.  Bunlardan  altda  olanı  proqram  pəncərəsi,  üstdə,  içəridə  görünəni  isə  fayl 
pəncərəsi adlanır. Əgər fayl pəncərəsini maksimum böyüdərsinizsə 
Maximize (Свернуть 
в окно
–Maksimum), fayl pəncərəsinin başlığı ilə proqram pəncərəsinin başlığı birləşərək 
tək bir başlıq kimi görünəcəkdir. 
Başlıq çubuğu üzərində yazılmış 
Microsoft
 
Excel
 
XP
 - 
Book1
 ifadəsi əslində iki ayrı 
pəncərə  başlığıdır.  Proqram  pəncərəsinin  başlığı 
Microsoft
 
Excel  XP
,  fayl  pəncərsinin 
(bizim halda işçi kitabın) başlığı isə 
Book1
 (
Книга1
-Kitab1)-dir. 
Əgər  fayl  pəncərəsini  bağlayarsınızsa,  yalnız  o  anda  üzərində  işlədiyiniz  işçi  kitab 
bağlanacaq,  ancaq  proqram  pəncərəsi  açıq  qalacaqdır,  yəni, 
Excel  XP
-dən  çıxmayacaq-
sınız. 
Əgər  proqram  pəncərəsini  bağlayacaqsınızsa,  bu, 
Excel  XP
-dən  çıxmaq  istədiyiniz 
mənasına  gələcəkdir. 
Excel  XP
-dən  çıxmaq  istədiyiniz  zaman  o  anda  açıq  olan  işçi 
kitablar (yəni, fayl pəncərələri) bağlanacaqdır. 


 
140 
Bu işçi kitablar arasında, üzərində dəyişiklik edilmiş olanlar vardırsa, 
Excel XP
 bunları 
yaddaşa  yazıb-yazmayacağınızı  soruşacaqdır.  İşçi  kitabların,  yəni, 
Excel  XP
  fayllarının 
genişləndirməsi 
.XLS, .XLC, .XLW, .XLM, .XLA, .XLT
 olaraq qəbul edilir. 
İşçi səhifələr. 
İşçi  kitabları  təmsil  edən  fayl  pəncərələrinin  aşağı  hissəsində  yan-yana  yerləşmiş  və 
üzərilərində 
Sheet1 (Лист1-
Vərəqə1), 
Sheet2 (Лист2
-Vərəqə2), ... və s. yazılmış düymələr 
görəcəksiniz (şəkil 7.). Bu düymələrdən hər biri bir işçi səhifəyə uyğundur. 
 
Şəkil 7.
 
İşçi səhifə düymələri 
İşçi  səhifələr  yığımı  işçi  kitabı  təşkil  edir. 
Excel  XP
-nin  daha  öncəki  variantlarında 
(
Excel
 
4.0
 və aşağısı) yaradılan hər bir fayl yalnız bir işçi səhifədən ibarətdir. Yəni, orada 
Workbook
 deyil, yalnız 
Worksheet
 yaratmaq mümkündür. 
Excel
-in 
5.0
  və  sonrakı  variantlarında  isə  məntiq  bir  az  dəyişir  və  çoxsəhifəli  bir  iş 
mühitinin  yaradılması  lazım  gəlir.  Artıq  bir  faylın  içərisində  bir  neçə  işçi  səhifə  yarada 
bilərsiniz ki, bunun da çox böyük əhəmiyyəti vardır. 
Excel  XP 
-  də  görəcəyiniz  işlər,  başqa  sözlə,  hazırlayacağınız  cədvəllər  ümumilikdə 
yalnız bir səhifədə görünməyəcək sayda və ölçüdə ola bilər. Məsələn, bir müəssisə müdiri 
kimi  müəssisənizin  mədaxil  və  məxaricini  aylıq  və  illik  olaraq  izləmək  istəyirsiniz.  Bu 
zaman  nə  edərsiniz?  Deyək  ki,  bunun  üçün  standart  bir  mədaxil/məxaric  cədvəli 
hazırlayıb, bunu standart bir forma kimi qəbul edərək hər ay üçün çoxalda bilərsiniz. Bu 
halda 
12
  ədəd  cədvəliniz  olacaqdır.  Təbii  ki,  bu 
12
  cədvəli  eyni  anda  kompüterin 
ekranında  görmək  mümkün  deyildir.  Əgər  bu  cədvəllərin  hamısını  bir  səhifəyə 
yerləşdirərsinizsə,  bu  halda  aylar  arasında  hərəkət  etmək  üçün  səhifə  üzərində  gəzməli 
olacaqsınız (ekranı hərəkət etdirməklə) və bu da bir xeyli vaxtınızı aparacaqdır. Bu zaman 
daha sadə yol seçə bilərsiniz. Hər aya aid olan cədvəli ayrı işçi səhifəyə yerləşdirməklə, 
12
 
işçi səhifədən ibarət işçi kitab təşkil etmiş olursunuz. Hətta son olaraq bir də illik cədvəl 
tərtib edə bilərsiniz. İşçi kitabın pəncərəsinin alt hissəsindəki səhifə düymələrinin adlarını 
da  Yanvar,  Fevral,  Mart,  ...,  Dekabr,  İllik  deyə  dəyişdirə  bilərsiniz.  Beləliklə  bir 
cədvəldən,  yəni,  bir  aydan  digərinə  keçməyiniz,  ya  da  illik  cədvəli  görməyiniz  daha  da 


 
141 
asanlaşacaqdır. Bir cədvəldən digərinə keçmək üçün uyğun aya aid işçi səhifə düyməsini 
sıxmağınız kifayətdir. 
 
Bir işçi kitabda ən çox neçə işçi səhifə ola bilər?  - Əslində elə bir məhdu-
diyyət  yoxdur.  Yarada  biləcəyiniz  işçi  səhifələrin  sayı  kompüterinizin  əməli  yaddaşının 
(
RAM
) həcmindən asılıdır. Yaddaş çatışmazlığı problemi olmadıqda ən çox 
255
 işçi səhifə 
yarada  bilərsiniz.  Ancaq  buna  praktik  olaraq  ehtiyac  olmadığını,  yaddaşın  hər  zaman 
məhdud  olduğunu  və  heç  bir  vaxt 
255
  səhifəlik  bir  işçi  kitabınızın  olmayacağını  yəqin 
etmək olar. Bir işçi kitabda başlanğıcda 
3
 işçi səhifə olur. 
 
İşçi  səhifələr  üzərində  hansı  əməliyyatları  apara  bilərsiniz?  -  Onların 
adlarını, yerlərini dəyişdirə, yeni işçi səhifələr yarada, lazım olmayanları isə silə bilərsiniz. 
Sətir və sütunlar. 
Bildiyiniz  kimi,  cədvəllər  sətir  və  sütunlardan  ibarət  olur. 
Excel  XP
-də  görəcəyiniz 
işlər əsasən cədvəllərlə bağlıdır. Qarşınızda sətirlərdən və sütunlardan ibarət geniş bir sahə 
vardır. Bu sətir və sütunların kəsişdikləri yerlər də hücrələrdir
168

 
Bir  işçi  səhifədə  neçə  sətir  və  sütun  vardır?  - 
Microsoft
 
Excel  XP
  işçi 
səhifələrinin  hər  birində 
65536
  sətir  və 
256
  sütun  vardır.  Sətir  və  sütunların  sayını  bir-
birinə  vurduqda,  bir  işçi  səhifədə 
16777216
  ədəd  hücrə  olduğu  aydın  olur.  Ancaq  bu 
rəqəm Sizin üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Çünki heç bir vaxt 
65536
 sətirdən 
və 
256
 sütundan ibarət bir cədvəl tərtib edəcəyiniz yəqin deyildir. 
İşçi  səhifədə  hər  sətrin  bir  nömrəsi  və  hər  sütunun  da  bir  adı  vardır.  Əslində  istər 
nömrə, istərsə də ad olsun, bunlar sətir və sütun başlıqları adlanır. İşçi sahə parametrlərini 
dəyişdirərək  sətir  nömrələri  və  sütun  adları  əvəzinə  başqa  adlardan  da  istifadə  edə 
bilərsiniz. 
Sətir  nömrələri  və  sütun  adları  olmadan  işinizi  planlaşdırmağınız  və  nəzarət  altına 
almağınız  mümkün  deyildir.  Hər  hansı  bir  məlumatın  səhifənin  harasında  olduğunu 
müəyyən  etmək  və  digər  məlumatlarla  əlaqələndirmək  üçün  bunlardan  mütləq  istifadə 
etmək məcburiyyətindəsiniz. 
Bir  işçi  səhifədə 
256
  sütun  olduğunu  bildirmişdik.  Sütunlar  hərflərlə  adlandırılır.  İlk 
sütun A, sonrakı 
B
, daha sonrakı 
C
 və s. kimi adlandırılır. 
Z
 sütunundan sonrakı sütunlar 
                                                 
168
 
xanalar
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə