İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə34/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

 
97 
Bu layihəni \textbook\VB\prjVB8\ adı ilə saxlamalı. 
Tarix və vaxt funksiyaları. 
Date funksiyası. Bu, cari tarixi Date dəyişəninə mənimsədir. Date dəyişəninin qiyməti 
#Ay/Gün/İl# kimi 3 ədəddən ibarətdir.  
Date layihəsinin proqram kodu aşağıdakı kimidir: 
Dim dtmA, dtmB As Date 
Sub cmd1_Click() 
dtmA = Date 
dtmB = #1/1/2007# 
Print ―Bu gün ―; dtmA 
Print ―Üçüncü minilliyin əvvəlindən ―; dtmA – dtmB; ― gün keçmişdir‖ 
End Sub 
Layihəni icraya buraxıb nəticəni ekranda görmək olar. 
Bu layihəni \textbook\VB\prjVB9\ adı ilə saxlamalı. 
Time$  funksiyası.  String  (sətri)  tipli  bu  funksiya  cari  vaxtı  mətn  sahəsinə  çıxarır. 
Vaxt #Saat: Dəqiqə: Saniyə# formatında verilir. Vaxtın qiymətinin dövri təzələnməsi üçün 
Timer obyektindən istifadə edilir. Proqramın icrası zamanı  Timer obyekti forma üzərində 
görünmür. Bu, sistem saatının göstəricisini yoxlayır. Timer hadisəsinin dövrülüyü İnterval 
xassəsi ilə təyin edilir. Bu xassə millisaniyə ölçüsü ilə verilir və 0-dan 65535-dək dəyişə 
bilir. Timer hadisəsinin hər saniyə baş verməsi üçün İnterval xassəsinə 1000 mənimsədil-
məlidir. 
İndi ―Saniyəölçən‖ layihəsini yaradaq. Bunun üçün: 
1.  Timer  obyektini  forma  üzərində  yerləşdirib  onu  tmr1  adlandırmalı.  İnterval 
xassəsinə  1000  ədədini  mənimsətməli.  Forma  üzərində  txtTime  mətn  sahəsi  yaratmalı. 
tmr1_Timer() hadisəvi proseduru aşağıdakı proqram kodu şəklində daxil etməli: 
Sub tmr1_Timer() 
txtTime.Text = Time$ 
End Sub 
2. Layihəni icraya buraxmalı.  
Bu layihəni \textbook\VB\prjVB10\ adı ilə saxlamalı. 
Visual Basic dilinin qrafik imkanları. 


 
98 
Formalar  (Form)  və  ya  qrafik  pəncərələr  (PictureBox)  üzərində  müxtəlif  qrafik 
primitivlər
114
 çəkmək üçün aşağıdakı qrafik metodlardan istifadə etmək olar: 
Scale  –  forma  və  ya  qrafik  pəncərəyə  koordinat  sistemi  və  miqyas  daxil  etməyə 
imkan  verir:  object.Scale  (X1,  Y1)  –  (X2,  Y2).  Bu  metodun  X1,Y1  arqumentləri  obyektin 
yuxarı sol, X2,Y2 isə aşağı sağ küncünün koordinatlarıdır.  
Pset  –  verilmiş  koordinata  verilmiş  rəngli  nöqtə  qoymağa  imkan  verir:  object.Pset 
(X,Y)  [,color].  Bu  metodun  X,Y  arqumentləri  nöqtənin  koordinatları,  color  isə  xəttin 
rəngidir. Color arqumentinin qiymətini aşağıdakı üsullarla: 
 
Rəngi təyin edən  vbBlack – qara, vbBlue – göy, vbGreen – yaşıl, vbCyan – mavi, 
vbRed – qırmızı, vbMagenta – çöhrəyi (yasəməni), vbYellow – sarı, vbWhite – ağ kimi 8 
sabitdən biri ilə;  
 
Arqumenti 16 əsas rəngi ifadə edən 0-dan 15-dək nömrələrdən ibarət olan QBColor 
(number) funksiyasının köməyi ilə; 
 
RGB (bytRedbytGreenbytBlue) funksiyasının köməyi ilə vermək olar. Bu funksi-
yanın  arqumentləri  olan  hər  üç  parametr  0-dan  255-dək  qiymətlər  ala  bilir.  Bunların 
nəticəsi  olan  funksiyanın  qiyməti  Long  tipli  ədəd  olmaqla  0-dan  16777215  (
1
256
3

diapazonunda dəyişə bilir. Yəni, rəng palitrası 16 milyondan artıq çalara malikdir. Hər bir 
rəng 
bytBlue
bytGreen
d
byt
2
256
256
Re
  düsturu  ilə  hesablanan  ədəd  vasitəsilə  verilir. 
Color arqumenti verilmədikdə şəkil qara rəngdə çıxır.  
Line – müəyyən rənglə rənglənmiş xətt çəkmək üçün istifadə edilir: 
Bu metod: object.Line (X1,Y1) – (X2, Y2) [, color] [, B] [F] kimi verilir. X1 və Y1 
düzbucaqlının  yuxarı  sol  küncnün,  X2  və  Y2  aşağı  sağ  küncünün  koordinatlarını,  color 
xəttin rəngini, B bayraqcığı düzbucaqlı çəkməyi, F bayraqcığı rəngləməyi ifadə edir.  
Circle – çevrə və oval çəkir.  
Bu metod: object.Circle (X, Y), radius [, color, start, end, aspect]   kimi verilir. XY 
çevrənin  mərkəzinin  koordinatlarını,  radius  çevrənin  radiusunu,  color  çevrənin  rəngini, 
start və end şüa bucağının əvvəlini və sonunu, aspekt sıxma əmsalını göstərir.  
Qrafik metod ―forma‖ (Form) obyektinə tətbiq edilərkən, obyektin adının yazılışında 
object sözünü yazmamaq olar. 
İndi y=sinx funksiyasınin qrafikini qurmaq üçün layihə yaradaq. 
                                                 
114
 primitiv - ibtidai 


 
99 
“Funksiyanın qrafikinin qurulması” layihəsi. 
1.  Forma  üzərində  qrafikin  qurulmasının  həyata  keçirilməsi  üçün  picGraph  qrafik 
sahəsi yerləşdirməli.  
Proqram  kodunun  aydın  olması  üçün  ona  izahlar  (şərhlər)  daxil  etmək  məqsədə 
uyğundur. Şərhlər apostrofla başlanır. 
2.  Forma  üzərində  cmd1  düyməsi  yaratmalı  və  hadisəvi  proseduru  aşağıdakı  kimi 
yazmalı: 
Dim sngX As Single, int As İnteger 
Sub cmd1_Click() 
‗Miqyasın daxil edilməsi 
picGraph.Scale (-10, 2)-(10, -2) 
‗Qrfikin qurulması 
For sngX = -10 To 10 Step 0.01 
picGraph.PSet (sngX, Sin(sngX)) 
Next sngX 
‗X oxu 
picGraph.Line (-10, 0)-(10, 0) 
For intİ = -10 To 10 
picGraph.PSet (intİ, 0) 
picGraph.Print intİ 
Next intİ 
 
‗Y oxu 
picGraph.Line (0,2)-(0, -2) 
For intİ = -2 To 2 
picGraph.PSet (0, intİ) 
picGraph.Print intİ 
Next intİ 
 
End Sub 
3. Layihəni icraya buraxmalı və \textbook\VB\prjVB11\ adı ilə saxlamalı. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə