İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə30/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

 
85 
3.
 
cmd1  düyməsini  dalbadal  2  dəfə  basmaqla  Proqram  kodu  pəncərəsində  aşağıdakı 
hadisəvi proseduru hazırlamalı:  
Sub cmd1_Click()  
End Sub 
İndi  A  ədədini  B-yə  bölən  alqoritmi  reallaşdıran  proqram  modulunu  işləyib 
hazırlamaq lazımdır: 
1.
 
intA və intB parametrlərinə konkret qiymətlər verməli; 
2.
 
Bölmənin nəticəsini bytCsngD və dblE dəyişənlərinə mənimsətməli; 
3.
 
Nəticələri, yəni, bytCsngD və dblE dəyişənlərinin qiymətlərini formada çap etməli. 
4.
 
Proqram kodu pəncərəsində ilk hadisəvi proseduru aşağıdakı şəkildə tərtib etməli: 
Dim intA, intB As İnteger, bytC As Byte, sngD As Single, dblE As Double 
Sub cmd1_Click() 
intA = 2 
intB = 3 
bytC = intA / intB 
sngD = intA / intB 
dblE = intA / intB 
frm1. Print bytC, sngD, dblE 
End Sub 
 
İndi  sətr  və  sətri  dəyişənləri  birləşdirən  (konkatenasiya  edən)  hadisəvi  proseduru 
hazırlamaq lazımdır. Bunun üçün: 
5.
 
frm1  forması  üzərində  cmd2  əmr  düyməsi  yerləşdirməli.  Yaradılacaq  hadisəvi 
prosedurda  obyekt  cmd2  düyməsi,  hadisə  isə  Click()  olacaqdır.  Bundan  sonra  sətri 
dəyişənləri elan etmək və bunları birləşdirmək lazımdır. Bunun üçün: 
6.
 
Proqram kodu pəncərəsində ikinci hadisəvi proseduru yazmaq lazımdır: 
Dim strA, strB As String 
Sub cmd2_Click() 
strA=‖forma‖ 
strB=‖in‖+strA+‖tika‖ 
frm1.Print strB 
End Sub  


 
86 
İndi  də  məntiqi  dəyişənlər  üzərində  məntiqi  əməllər  icra  edən  hadisəvi  prosedur 
hazırlayaq. 
7.
 
frm1  forması  üzərində  cmd3  əmr  düyməsi  yerləşdirməli.  Yaradılacaq  hadisəvi 
prosedurda  obyekt  cmd3  düyməsi,  hadisə  isə  Click()  olacaqdır.  Bundan  sonra  məntiqi 
dəyişənləri  elan  etmək,  bunları  müqayisə  etmək,  məntiqi  vurma  əməlini  icra  etmək 
lazımdır. Bunun üçün: 
8.
 
Proqram kodu pəncərəsində üçüncü hadisəvi proseduru yazmaq lazımdır: 
Dim blnA, blnB, blnC As Boolean 
Sub cmd3_Click() 
blnA = 5 > 3 
blnB = 2*2 = 5 
blnC = blnA And blnB 
frm1. Print blnC 
End Sub  
9.
 
Layihəni  işə  buraxdıqdan  sonra  ekranda  onun  qrafik  interfeysi  görünəcəkdir
Buradakı əmr düymələrini basmaqla müvafiq əməliyyatın icra nəticələrini forma üzərində 
almaq  mümkün  olacaqdır.  Belə  ki,  birinci  hadisəvi  prosedur  icra  edildikdə  bölmənin 
nəticələri  müxtəlif  dəqiqliklə  ekrana  çıxacaqsa,  ikinci  hadisəvi  prosedur  ―informatika‖ 
sözünü ekrana çıxaracaq, üçüncü prosedur isə ekrana False (yalan) sözünü çap edəcəkdir.  
Layihəni \textbook\VB\prjVB2\ adı ilə saxlamalı. 
 
5.4.9. Proqram layihəsinin kompüterdə icrası 
İnterpretator və kompilyatorlar. 
Prosessorun proqramı icra edə bilməsi üçün proqram və verilənlər operativ yaddaşa 
yüklənməlidir. Bundan əvvəl operativ yaddaşa yüklənmiş tərcüməçi proqram (translyator
yüksək  səviyyəli  proqramlaşdırma  dilində  yazılmış  proqram  mətnini  avtomatik  olaraq 
maşın dilinə, prosessorun anladığı dilə tərcümə edir. Translyatorlar 2 tip olur: interpreta-
torlar və kompilyatorlar.  
İnterpretator yüksək səviyyəli dildə yazılmış proqram əmrlərini ardıcıl olaraq maşın 
dilinə  tərcümə  edib  icraya  buraxan  proqramdır.  İnterpretatopun  üstün  cəhəti  odur  ki, 
proqramdakı səhvi tapmağa imkan verir. Nöqsanı isə yavaş işləməsidir. 


 
87 
Kompilyator bir qədər başqa cür işləyir. O, proqram mətnini bütövlükdə tərcümə edib 
exe  fayla  çevirir  ki, bu  da  icraya  tam  hazır  olur.  Bundan  sonra  həmin  proqramı  istənilən 
qədər işlətmək olar. Kompilyator cəld işləsə də, proqramdakı səhvi tapmağa imkan vermir. 
Müasir  proqramlaşdırma  sistemləri,  o  cümlədən,  Visual  Basic  həm  interpretatorla, 
həm də kompilyatorla işləməyə imkan verir. Proqramın  tərtibi mərhələsində interpretator 
rejimindən, bütün səhvlər aradan qaldırıldıqdan sonra isə kompilyator rejimindən istifadə 
edilir.  
Proqramın  icrası  prosesi.  Bu  prosesi  yuxarıda  baxdığımız  ―Dəyişənlər‖  layihəsi 
timsalında nəzərdən keçirək.  
Proqram mətninin operativ yaddaşa yüklənməsi. Proqram mətni operativ yaddaşa ya 
klaviaturadan daxil edilir, ya da vinçesterdən yüklənir. Proqram mətni yaddaşda müəyyən 
miqdarda, məsələn İ-ci yuvadan İ+K-cı yuvayadək yer tutur.  
Proqramın  maşın  dilinə  tərcümə  edilməsi.  Proqramçının  yüksək  proqramlaşdırma 
dilində,  məsələn,  Visual  Basic  dilində  tərtib  etdiyi  proqramı  prosessorun  anlaması  üçün 
yaddaşda Visual Basic dilindən tərcüməçi-translyator olmalıdır. Proqram operativ yaddaşa 
oxunarkən bu translyator orada müəyyən yaddaş sahəsi zəbt edir, məsələn, N-ci yuvadan 
N+M-ci yuvayadək yer tutur.  
Proqramın  icrası.  Proqramı  işə  buraxdıqdan  sonra  prosessor  proqramdakı 
operatorları  (əmrləri)  ardıcıl  oxuyub,  icra  edir.  Dəyişənlərin  elan  edilməsi  operatorunun 
(Dim) icrası prosesində operativ yaddaşda  intA və intB  tamədədli dəyişənlərinin hər biri 
üçün 2 yuva, mənfi olmayan tamədədli bytC dəyişəni üçün 1 yuva, birqat dəqiqlikli sngD 
dəyişəni  üçün  4  yuva,  ikiqat  dəqiqlikli  dblE  dəyişəni  üçün  8  yuva,  strA  və  strB  sətri 
dəyişənlərinin  hər  biri  üçün  onların  qiymətlərindəki  simvolların  sayı  qədər  yuva,  blnA
blnB,  blnC  məntiqi  dəyişənlərinin  hər  biri  üçün  2  yuva  ayırır.  Beləliklə,  verilənlərin 
yaddaşda  saxlanması  üçün  müəyyən  yaddaş  sahəsi,  məsələn,  1-ci  yuvadan  39-cu 
yuvayadək yer ayrılır.  
Bu, aşağıdakı cədvəldəki kimidir: 
Dəyişənlərin adı 
Operativ yaddaş 
yuvalar 
qiymətlər 
intA 
1-2 

intB 
3-4 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə