İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə27/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

 
76 
Hadisəvi prosedurda bir-neçə obyekt iştirak edə bilər. Məsələn, birinci obyektdə baş 
verən  hadisənin  nəticəsində  ikinci  obyektin  xassələri  qiymətcə  dəyişə  bilər  və  üçüncü 
obyekt hansısa metodu reallaşdırar və s. 
Hadisəvi prosedur alt proqram olduğundan, Sub
100
  açar sözlə başlayıb, End Sub açar 
sözlə bitir: 
Sub Obyekt (1)_Hadisə () 
Obyekt (2) .Xassə = QiymətXassə 
Obyekt (3) .Metod arq1:=qiymət, arq2:=qiymət 
... 
End Sub 
 
5.4.5. Visual Basic dilində proqram tərtibi üçün  
inteqrasiya edilmiş mühit
101
 
Visual  Basic  dilində  proqram  tərtibi  üçün  inteqrasiya  edilmiş  mühit  istifadəçiyə 
münasib qrafik interfeyslə işləmək imkanı verir. Visual Basic işə buraxıldıqdan sonra yeni 
layihə  üzərində  işə  başlamaq  üçün  File-New-Standart  əmrini  daxil  etmək  lazımdır.  Bu 
halda sözü gedən inteqrasiya edilmiş mühit pəncərəsi ekrana açılır. 
İnteqrasiya  edilmiş  mühit  pəncərəsinin  yuxarısında  sərlövhə  sətri  var  ki,  burada  da 
Project1-  Microsoft  Visual  Basic  [design]  göstərilir.
102
  Pəncərənin  idarə  düymələri 
sərlövhə sətrinin sağ ucundadır.  
Sərlövhə sətrinin altında baş menyü sətri vardır. 
Baş menyü sətrinin altında tez-tez istifadə edilən əmrlərin piktoqramları yerləşir. 
Formalar  konstruktoru  pəncərəsi.  Bu,  əsas  işçi  pəncərədir  və  inteqrasiya  edilmiş 
Visual Basic mühiti pəncərəsinin mərkəzində yerləşir. Qrafik interfeysin vizual quraşdırıl-
ması bu pəncərədə həyata keçirilir. Formalar obyekt sinfinə aid olan formanın özü, yəni, 
frm1  obyekti  məhz  konstruktor  pəncərəsində  yerləşir.  Formanın  yerini  və  ölçüsünü 
dəyişmək olar. Qrafik interfeys yaradıldıqca forma idarəedici elementlərlə doldurulur. 
                                                 
100
 
subroutine – alt proqram
 
101
 Bu mühitin yaranması üçün Visual Basic 5.0 CCE proqramlaşdırma sistemini CD-ROM-dan yükləmək 
lazımdır.  
 
102
 Project1 - layihənin müvəqqəti adı, Microsoft Visual Basic - proqram mühiti, [design]  - cari iş rejimi -
layihələşdirmədir. İcra rejimində design rejimi run rejimi ilə əvəz olunur. 


 
77 
Proqram  kodu  pəncərəsi.  Proqram  kodu  proseduru  saxlanan  modul  forma  ilə  sıx 
bağlıdır. Mətni daxil etmək  və redaktə etmək üçün proqram kodu pəncərəsindən istifadə 
edilir. Sərlövhəsi Project1-frm1(Code) sətrindən ibarət olan bu pəncərə [View-Code] əmri 
ilə ekrana çağırılır. Proqram kodunun sərlövhəsi altında 2 siyahı açılır. Sol siyahı formada 
yerləşdiriləcək  layihə  obyektlərini,  sağ  siyahı  isə  seçilmiş  obyekt  üçün  mümkün  olan 
hadisələri əks etdirir.  
Alətlər  paneli.  İnteqrasiya  edilmiş  mühit  pəncərəsinin  sol  hissəsində  alətlər  paneli 
(ToolBox)  var  ki,  burada  da  idarəedici  elementlərin  piktoqramları  yerləşir.  İdarəedici 
elementlərin standart  yığımı  21 obyekt  sinfini  əhatə edir.  Buraya:  CommandButton  (əmr 
düyməsi), TextBox (mətn sahəsi), Label (üst yazı) və s. aiddir. Alətlər panelini zənginləş-
dirmək  imkanı  da  vardır.  Məsələn,  standart  siyahıya  mətn  sahəsinin  təkmilləşdirilməsi 
(RichTextBox), şəkillər siyahısı (İmageList) və s. kimi yeni obyekt siniflərini əlavə etmək 
olar.  Alətlər  panelindəki  lazımi  elementi  mışla  seçib  layihələşdirmə  formasına  gətirmək 
mümkündür.  Bu  zaman  həmin  elementin  üzü  köçürüldüyündən,  istənilən  sayda  nüsxə 
köçürmək olur: Command1Command2Command3 və s.  
Obyektin  xassələri  pəncərəsi.  Sağ  tərəfdə  obyektin  xassələri  (Properties)  pəncərəsi 
yerləşir.  Bu  pəncərədə  artıq  seçilmiş  obyektlərin  və  onlara  aid  olan  xassələrin  siyahısı 
verilmişdir.  Xassələrin  siyahısı  iki  sütundan  ibarətdir.Sol  sütunda  xassənin  adı,  sağda 
qiyməti əks etdirilir. Susma rejimində verilmiş qiymətləri dəyişmək olur. Xassə obyektin 
kəmiyyət və keyfiyyət cəhətlərini (ölçüsünü, rəngini, şrifti və s.) əks etdirir. Bəzi xassələr 
üçün  qiymətləri  siyahıdan  seçmək  imkanı  da  mövcuddur.  Məsələn,  fonun  rəngini 
(BackColor) siyahıdan seçmək olur.  
Obyektlərə  baxış  pəncərəsi  (Object  Browser)  [View-Object  Browser]  əmri  ilə 
çağırılan vacib pəncərələrdəndir. Bu pəncərənin sol sütununda obyekt və ya obyekt sinfi 
seçilir,  sağ  sütunda  seçilmiş  obyektə  aid  xassələr,  metodlar  və  hadisələr  yığımı  ekrana 
çıxır. Məsələn, sol sütunda  Form obyektlər sinfi seçilərkən sağ sütunda  Caption xassəsi, 
Circle  metodu  və  Click  hadisəsi  pəncərəyə  çıxır.  Siyahıdakı  elementi,  məsələn,  Click 
hadisəsini seçərkən pəncərənin aşağısına bu hadisə barədə qısa informasiya çıxır.  
Layihə bələdçisi pəncərəsi (Project). Bu, yuxarı sağ küncdə yerləşir. Cari layihənin 
tərkibini  iyerarxik  kataloq  şəklində  əks  etdirir  və  istənilən  səviyyəyə  asan  keçilməsinə 
imkan  verir.  Layihə  vbp  tipli  faylda  saxlanır.  Məsələn,  prjVB1.vbp.  Layihəyə  aid  olan 
formalar frm tipli ayrıca fayllarda saxlanır. Məsələn, frmVB1.frm.  


 
78 
Formanın  yerləşməsi  pəncərəsi  (Form  Layout).  Bu,  aşağı  sağ  küncdə  yerləşir.  Bu 
pəncərə  icra  zamanı  forma  pəncərəsinin  monitor  ekranının  harasında  yerləşəcəyini 
göstərir. Formanın ekrandakı yerini mışla dəyişmək olur. 
Proqram  əlavəsinin  işlənib  hazırlanması  mərhələləri.  Visual  Basic  mühitində 
proqram əlavəsinin tərtibi aşağıdakı mərhələlərdən keçir: 
1.
 
Qrafik  interfeysin  yaradılması.  Formalar  konstruktoru  pəncərəsində  proqram 
əlavəsi ilə istifadəçi dialoquna imkan verən idarəedici elementlər yerləşdirilir. 
2.
 
Qrafik  interfeysin  obyektlərinin  xassələrinə  qiymət  verilməsi.  Obyektin  xassələri 
pəncərəsində  əvvəlcədən  forma  üzərində  yerləşdirilmiş  idarəedici  elementlərə 
qiymətlər verilir. 
3.
 
Proqram  kodunun  yaradılması.  Kod  redaktoru  pəncərəsində  proqram  kodu 
prosedurları daxil və redaktə edilir. 
4.
 
Layihənin  saxlanması.  Layihə  bir-neçə  fayldan  (o  cümlədən,  bir-neçə  forma 
fayllarından)  ibarət  olduğundan,  hər  bir  layihə  üçün  diskdə  ayrıca  qovluq 
yaratmaq  məqsədəuyğundur.  Layihənin  saxlanması  üçün  File  menyüsündən 
istifadə  edilir.  Əvvəlcə  forma  və  onunla  əlaqəli  proqram  modulunu  menyünün 
Save  FormVB1.frm  As...  bəndi  ilə  saxlamaq  lazımdır.  Sonra  Save  Project  As... 
əmri ilə layihə faylını prjVB1.vbp adı ilə saxlamaq olar.  
5.
 
Layihənin  proqram  əlavəsində  kompilyasiya  edilməsi.  Saxlanmış  layihə  yalnız 
Visual Basic proqramlaşdırma sistemində icra edilə bilir. Bunun üçün layihəni exe 
fayl  tipində  saxlamaq  lazımdır.  Bu  məqsədlə  [File-Make...]  əmrindən  istifadə 
edilir. Lakin bu imkan VB5.0 CCE versiyasında yoxdur. 
 
5.4.6. Visual Basic mühitində idarəedici quruluşlar 
Forma və idarəedici elementlərin formada yerləşdirilməsi. 
Fərz edək ki, məsələn, ―Birinci layihə‖ kimi sözlərdən ibarət mətni çap edən proqram 
əlavəsi hazırlamaq tələb olunur. 
Mətn  informasiyasının  formaya  çıxarılması  üçün  Label  (Metka),  TextBox  (Mətn 
sahəsi) idarəedici elementlərindən və Print metodundan istifadə etmək olar. 
“Qrafik interfeys yaradılması” layihəsi: 
1.
 
Visual  Basic  sistemini  işə  buraxmalı.  [File-New-Standart]  əmri  ilə  yeni  layihə 
yaratmalı. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə