İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə11/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

 
31 
nəhəng  istehsalçıya  çevrilmiş  məşhur  Microsoft  şirkətinin  təməlini  həmin  tələbələr 
qoymuşlar. Həmin dövrdə MOP-technoloqy 6502 adlı mikroprosessor yaradıldı ki, bu da 
4300  tranzistordan  yığılmışdı  və  o  dövrün  fərdi  kompüterlərində  geniş  istifadə  edilirdi. 
IBM firması ilk lazer printerlərdən biri olan IBM 3800 adlı printeri bazara çıxardı. 
1977-ci  il.  Bu  ildə  6502  prosessoru  bazasında  Apple-2  (Apple  komputer),  8088 
prosessoru  bazasında  PET  (Commodore)  və  Z80  prosessoru  bazasında  TRS-80  (Tendy 
Corporation) adlı üç fərdi kompüter kütləvi istehsala buraxıldı. 
1983-cü  il.  Apple  Computer  firması  Apple  Lisa  adlı  ―mış‖-la  idarə  edilən  ilk  fərdi 
kompüter  qurdu.  Həmin  ildə  çevik  disklərin  (disketlərin)  kütləvi  istifadə  edilməsinə 
başlandı.  
1985-ci il. Microsoft firması Windows 1.01 qrafik interfeysi əsasında fərdi kompüter 
üçün çoxməsələli əməliyyat mühiti yaratmağa ilk cəhd etdi. 
1988-ci  il.  Apple  firmasının  banisi  Stiv  Cobs  özünün  Next  Computer  adlı  yeni 
firmasında  Next  adlı  kompüter  və  Next  Step  adlı  əməliyyat  sistemi  yaradılmasına  nail 
oldu.  Philips  firması  CD-I  (CD-Interactive)  kompakt-disk  üçün  yazı  standartı  işləyib 
hazırladı. 
1989-cu  il.  Tim  Berners-Li
56
  ―bəşəri  biliyin  birləşdirilməsi‖  məqsədi  ilə 
―Ümumdünya  hörümçək  toru‖  (World  Wide  Web  -  WWW)  adlandırdığı  paylanmış 
informasiya  sistemi  konsepsiyasını  təklif  etdi.  Bunun  yaradılması  üçün  iki  mövcud 
texnologiyanı  –  verilənlərin  ötürülməsi  üçün  IP-protokollar  texnologiyası  ilə  hiper-mətn 
texnologiyasını (Hypertext Technology) birləşdirdi.  
1991-ci il. Hiper-mətnə baxış üçün əmr sətri rejimində işləyən ilk kompüter proqramı 
– brauzer ((Browser) yaradıldı. Bunun tətbiqi 1992-ci ildə son yekunda bütün planeti əhatə 
edən  ―tikişsiz  informasiya  mühiti‖  (Seamless  Informational  Area)  yaradılmasına 
yönəldilmiş layihənin uğurla icrasına imkan verdi. 
1993-cü  il.  Intel  firması  Pentium  mikroprosessorunu  təqdim  etdi.  Siemens  firması 
özünün  ―Synapse1‖  adlı  neyrokompüterini  təqdim  etdi  ki,  bunun  da  gücü  8000  işçi 
stansiyanın  gücünə  ekvivalentdir.  Bu  kompüter  süni  neyronlar  şəbəkəsindən  aldığı 
informasiyanın paralel emalını həyata keçirir. Sözü gedən neyrokompüter şəklin  və niqtin 
tanınması üzrə həll edilən məsələlər üçün ideal qurğudur. 
                                                 
56
 Tim Berners-Lee, Conseil Europeen pour la Recherche Nucleaire - CERN, Женева 


 
32 
1995-ci il. Fərdi  kmpüterlərin proqram  təminatı sahəsində dünyəvi  hadisə baş  verdi: 
Windows-95  adlı  çoxməsələli  universal  əməliyyat  sistemi  yaradıldı.  1995-ci  ilin 
sentyabrında  buraxılmış  Windows-95  əməliyyat  sistemi  IBM  PC  kompüterləri  üçün  ilk 
qrafik interfeysli əməliyyat sistemi oldu. Sonra bu inkişaf etdirilərək Windows-98-ə, daha 
sonra  isə  növbəti  versiyalara  çevrildi.  Aparat-proqram  təminatı  istehsalçıları  qovşaq  və 
qurğuları  elə  düzəldirlər  ki,  Windows  əməliyyat  sistemi  ilə  uyuşan  olur.  Yəni  indiki 
kompüterlərə  istənilən  qurğunu  qoşmaq  heç  bir  problem  yaratmır.  Microsoft  firması 
özüsazlanan qurğular üzrə yeni standart
57
 daxil etdi. 
1996-cı  il.  Hər  bir  sonrakı  EHM  nəslinə  aid  olan  maşınlar  əvvəlkilərdən  daha  cəld, 
daha  etibarlı,  daha  ucuz  və  daha  kiçik  qabaritli  olmaqla,  daha  mükəmməl  giriş-çıxış 
qurğularına malik idi. Kompüter insanın informasion funksiyalarının texniki modeli kimi 
qəbul  edildiyindən,  giriş  qurğuları  görmə,  eşitmə  və  taktil-toxunma  kimi  təbii  dərketmə 
kanallarına  yaxınlaşdırılmaq  istiqamətində  inkişaf  etdirilir.  Buna  görə  də  kompüterdə  iş 
günü-gündən daha münasib şəkil alır. 
XX  əsrin  son  rübündə  sənaye  EHM-ləri,  sonra  isə  fərdi  kompüterlər  çoxfunksiyalı 
idarəedici  sistemlərin  və  informasiya  sistemlərinin  yaradılmasının  aparat-hesablayıcı 
təməlini təşkil etdi. 
Aşağıdakı cədvəldə elektron-hesablayıcı qurğuların müxtəlif nəsillərinin parametrləri 
verilmişdir: 
 
EHM 
nəsli 
Element 
bazası 
İşləmə sürəti 
Proqram 
təminatı 
Tətbiqi 
Nümunələr 

(1946-
1959) 
Elektron 
lampaları 
10-20 min 
əməl/san 
Maşın 
dilləri 
Hesablama 
məsələləri 
ENIAK 
(ABŞ), 
MESM 
(SSRİ), 
URAL (SSRİ) 
II 
(1960-
1969) 
Yarımkeçiri-
cilər 
100-500 min 
əməl/san 
Alqoritmik 
dillər, 
dispetçer 
sistemləri, 
paket rejimi 
Mühəndis, 
elmi, 
iqtisadi məsələlər 
IBM 
701 
(ABŞ), 
BESM-6, 
BESM-4, 
Minsk-22 
(SSRİ) 
III  (1970-
1979) 
İnteqral 
sxemlər 
1 milyon 
əməl/san 
Əməliyyat 
sistemləri, 
vaxt 
bölgüsü 
rejimi 
AİS,  LİAS,  elmi-
texniki məsələlər 
IBM 360 
(ABŞ),  
ES-1030,1060 
(SSRİ) 
                                                 
57
 
Plug & Play – qoş və işlə
 


 
33 
IV  (1980 
və sonra) 
Super BİS, 
mikrosxemlər 
Yüzlərlə mln. 
əməl/san 
VB və 
VBS-lər 
İdarəetmə, 
kommunikasiya,AİY, 
mətn emalı, qrafika 
Fərdi 
kompüterlər, 
serverlər 
 
3.2.3 Superkompüterlər və klasterlər 
―Superkompüter‖ sözü, adətən, elmi-fantastik filmlərdə ―elektron beyin‖ adlandırılan 
nəhəng otaqlarda yerləşdirilən mürəkkəb hesablayıcı qurğu təsəvvürdə canlanır. Çünki ilk 
superkompüterlər  həqiqətən  çox  iriölçülü  idi.  Mikroelektronika  və  nanotexnologiya 
sahələrindəki  uğurlar  superkompüterləri  orta  ölçülü  biq  otağa  yerləşən  bir-neçə  ―şkafa‖ 
çevirdi.  Müasir  superkompüter  1  saniyədə  bir-neçə  milyard  sürüşən  vergüllü  əməliyyat 
icra edə bilir. Superkompüter çoxprosessorlu və (və ya) ümumi yaddaşlı və ümumi xarıcı 
qurğulara malik çoxmaşınlı kompleksdir. Superkompüter termini XX əsrin 60-cı illərinin 
sonlarında  Livermor  laboratoriyasının  əməkdaşları  D.Mişel  və  S.Fernbaç  tərəfindən 
işlədilsə  də,  1920-ci  ildə  Nyu  York  qəzetlərindən  birində  ―superhesablamalar‖  barədə 
məlumat  dərc  edilmişdi.  ―Superkompüter‖  termini  ümumi  leksikona  Seymur  Krey 
tərəfindən daxil  edildi.  Krey  tərəfindən  işlənib hazırlanmış  hesablayıcı  maşınlar  ABŞ-da 
60-cı illərin ortalarından  1996-cı  ilədək  hökumət  idarələrində, sənaye  müəssisələrində və 
elmi  idarələrdə  əsas  hesablayıcı  vasitə  kimi  geniş  istifadə  edilirdi.    Bu  gün  də  Krey 
kompüterləri  superkompüter  texnikası  içərisində  özünə  layiqli  yer  tutur.  70-ci  illərdəki 
superkompüterlərin  əksəriyyəi  vektor  prosessorları  ilə  təchiz  edilmişdi.  80-ci  illərin 
başlanğıcı və ortalarında  paralel işləyən  azsaylı  (4-dən 16-ya  qədər) vektor prosessorları 
praktiki  olaraq  superkompüter  üçün  standart  layihə  həllinə  çevrildi.  Tipik  vektor 
kompüterinin  tərkibinə  tamədədli  hesablayıcı  olan  skalyar  prosessor,  sürüşən  vergüllü 
ədədlərin  toplanması  və  vurulması  üzrə  funksional  bloklar,  vektor  prosessoru  və  ümumi 
yaddaş  daxildir.  Bu  kompüterlər  ―bölünən
58
  yaddaş  –  bir  idarəetmə  axını  –  çoxsaylı 
verilənlər  axılanları‖
59
  texnologiyası  ilə  qurulmuşdur.  1980-ci  illərin  sonu  və  1990-cı 
illərin əvvəli superkompüterlərin verilənlərin vektor-konveyer emalına əsaslanan magistral 
istiqamətli  inkişafının  paralel  birləşdirilmiş  çoxsaylı  və  olduqca  çoxsaylı  skalyar 
prosessorlarla  əvəzlənməsi  ilə  xarakterizə  olundu.  Kütləvi-paralel  sistemlər  yüzlər  və 
minlərlə  ayrı-ayrı  prosessor  elementlərini  özlərində  birləşdirirdi.  Kütləvi-paralel 
kompüterlərin əksəriyyəti RİSC
60
 arxitekturalı güclü prosessorlar əsasında
61
 yaradılırdı. 
                                                 
58
 müştərək istifadə edilən 
59
 
"Shared Memory - Single Instruction - Multi Data"
 
60
 
Reduced Instruction Set Computer
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə