İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə62/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

 
184 
Beləliklə, təsərrüfat fəaliyyətinin təhlili və mühasibat uçotunun kompüterləşdirilməsi 
müəssisədə həm dərin struktur dəyişikliyi törədir, həm də yeni texnologiya yeni metodlarla 
birgə  tətbiq  edilir.  Bu  isə  bir-sıra  beynəlxalq  standartların  qəbul  edilməsi  zərurətini 
meydana çıxarır ki, bu da müəyyən qanunvericilik aktlarının dəyişdirilməsini tələb edir. 
 
8.5. Kompüter texnologiyalarının təkamülü 
20-ci əsrin ortalarınadək kompüter yalnız mürəkkəb elmi və mühəndis hesablamaları 
üçün istifadə edilirdi. 1950-ci illərdə kompüter ilk dəfə müxtəlif kommersiya məsələləri-
nin həllinə cəlb edildi. 1960-cı illərdə kompüter idarəetmə işinə tətbiq edildi. 1968-1972-ci 
illərdə verilənlər bazası, terminallar, şəbəkələr və maqnit diskləri meydana çıxdı ki, bu da 
prinsipcə yeni kompüter texnologiyasının əsasını yəşkil etdi. 
80-ci  illərdə  informasiya  texnologiyaları  keyfiyyətcə  dərin  dəyişikliyə  uğradı.  Belə 
ki, əvvəllər əsas fikir informasiyanın cəld işlənməsinə yönəldilirsə, sonra peşəkar olmayan 
istifadəçi marağı ön plana çəkildi.  
1990-cı  illərin  əvvəlində  telekommunikasiya  sistemlərinin  biznesdə  istifadəsi 
aktuallaşdı. Fərdi kompüterlər müəssisədə idarə (ofis) maşınlarına çevrildi. 
 
8.6. İnformasiya sistemlərinin baza texnologiyaları 
Müasir  informasiya  sistemlərində  informasiya  texnologiyaları  mühüm  rol  oynayır. 
Təəssüf ki, bu iki termin yanlış olaraq tez-tez eyniləşdirilir. Halbuki bunlar fərqli anlayış-
lardır. 
İnformasiya texnologiyaları dedikdə, verilənlərin yığılması, saxlanması, emalı, ötü-
rülməsi və istehlakçılara təqdim edilməsi metodları nəzərdə tutulur. İnformasiya sistem-
ləri  isə  informasiya  texnologiyalarından  istifadə  edilməklə  yaradılıb  işlədilən  kompüter 
sistemləridir. 
İnformasiya sistemlərində istifadə edilən informasiya texnologiyaları olduqca müx-
təlifdir. Lakin bunların hamısı son yekunda informasiya resursları ilə işləyir. Bu baxım-
dan, həm informasiya sistemlərində, həm də informasiya texnologiyalarında mərkəzi yeri 
verilənlərin idarə edilməsi texnologiyası tutur. Bu texnologiyanın xarakteri emal edilən 
verilənin təbiətindən asılıdır. 
Müasir  iqtisadi  informasiya  sistemlərində,  həmçinin,  digər  təyinatlı  informasiya 
sistemlərində  verilənlərin  idarə  edilməsi  texnologiyasının  3  istiqaməti  fərqləndirilir  ki, 


 
185 
bunlara  da  baza  texnologiyaları  deyilir:  1)  verilənlər  bazası  texnologiyaları,  2)  veb-
texnologiyaları
177
 və 3) mətni axtarış texnologiyaları.  
Verilənlər  bazası  texnologiyaları verilənlər  bazası  adlanan  strukturlaşdırılmış  veri-
lənlərin yaradılmasını,  saxlanmasını, aktuallaşdırılmasını, tamlığını, səmərəli və kollek-
tiv istifadə edilməsini təmin edir. 
Veb-texnologiyaları  şəbəkə  mühitində  və  ayrıca  fərdi  kompüterdə  hipermediya 
informasiya  resurslarının  idarə  edilməsi  üçündür.  Ümumdünya  hörümçək  toru  adlanan 
WWW, mahiyyətcə, qlobal paylanmış hipermediya informasiya sistemidir.  
Mətni axtarış texnologiyaları təbii dildə mətn axtarışı ilə işləyir və səmərəli axtarış 
təmin etmək üçündür. 
Praktiki  fəaliyyət  göstərən  informasiya  sistemlərində  baza  texnologiyalarının 
inteqrasiya edilməsi səmərəli sayılır. 
 
8.7. Verilənlər bazası texnologiyaları  
8.7.1. Verilənlər bazası (VB) texnologiyalarının əsasları 
8.7.1.1. VB texnologiyalarının mənşəyi  
―Verilənlər bazası‖ termini ilk dəfə ötən əsrin 60-cı illərinin əvvəlində işlədilmişdir. 
Həmin  illərdə  maqnit  lentlərində təşkil  edilmiş  faylların  idarə  edilməsi  sistemi  yaradıl-
mışdı. Bu, ardıcıl müraciətli sistem idi. Yəni, fayllar lentdə işlənmə ardıcıllığı üzrə yer-
ləşdirilirdi. Lakin bu ardıcıllıq tezliklə pozulduğundan, maqnit lentinin mexaniki yığılıb-
açılmasına çox vaxt sərf edilirdi. Buna baxmayaraq, hələ 60-cı illərin astanasında kifayət 
qədər  irihəcmli  iqtisadı  məsələlərin  (anbarda  ehtiyatların  uçotu,  sifarişlərin  qəbulu  və 
işlənməsi,  mal-nəqliyyat  qaimələrinin  işlənməsi  və  s.)  həlli  faylların  təşkili  üsulu  ilə 
mümkün  olmuşdu.  Bu  məsələlərin  həllində  verilənlərin  fayllara  yazılması,  fayldakı 
verilənlərin  təzələnməsi,  yazıların  silinməsi,  eyni  strukturlu  faylların  qovuşdurulması, 
yazıların  çeşidlənməsi  və  qruplaşdırılması,  nəticələrin  cədvəllər  şəklində,  aralıq  və  son 
yekunlarla çap edilməsi əməliyyatları yerinə yetirilirdi. Bu istiqamətin fəallaşdırılmasın-
da 1961-ci ildə meydana çıxan Kobol dili mühüm rol oynadı. Belə ki, bu dil sözügedən 
məsələlərin  proqramlaşdırılmasının  avtomatlaşdırılmasının  təməlini  təşkil  etdi.  Lakin 
                                                 
177
  İnternet  mühitində  fəaliyyət  göstərən  ümumdünya  hörümçək  toru  (WWW  -  World  Wide  Web)  adlı 
qlobal hipermediya paylanmış informasiya sistemi bir çox nəşrlərdə sadəcə, Veb kimi işlədilir.  
 


 
186 
maqnit  lentinin  mahiyyətindən  irəli  gələn  nöqsan  bu  sahənin  sonrakı  inkişafına  mane 
olurdu.  1960-cı  illərin  əvvəlində  birbaşa  müraciətə  imkan  verən  maqnit  disklərinin 
meydana  çıxması  ilə  prinsipcə  yeni  imkanlar  yarandı.  Yalnız  bundan  sonra  verilənlər 
bazası yaratmaq mümkün oldu. 
 
8.7.1.2. Verilənlər bazası və digər anlayışlar 
Verilənlər  bazası  -  kompüter  yaddaşında  müəyyən  qaydalara  uyğun  şəkildə  təşkil 
edilmiş  və  istifadəçi  tələbinə  uyğun  aktuallaşa  bilən,  başqa  sözlə,  predmet  oblastının 
ekstensional  modelini  təşkil  edən  verilənlər  çoxluğudur.  Verilənlər  bazasının  təşkili 
predmet  oblastının  intensional  modeli  ilə  təsvir  edilir.  Çünki  intesional  model  eksten-
sional modelə nisbətən yuxarı səviyyə modelidir. 
Verilənlər bazasının aktuallaşdırılması dedikdə, verilənlərin tərkibinin və quruluşu-
nun dəyişdirilməsi başa düşülür. Yəni, aktuallaşdırma nəticəsində bəzi verilənlər bazadan 
çıxarılır, yeniləri daxil edilir, əlaqələr dəyişdirilir və s. Daha dərin aktuallaşdırma veri-
lənlər  bazasının  restrukturlaşdırılması  adlanır.  Bu,  bütövlük  məhdudiyyətlərinin  dəyiş-
dirilməsi zamanı baş verir.  
Çox zaman verilənlər bazası elə təşkil edilir ki, predmet oblastının hər vəziyyətinə 
bazanın bir vəziyyəti uyğun gəlir. Lakin bəzi hallarda, iqtisadi tədqiqatlarla bağlı olaraq, 
temporal  (zamanlı,  sürəkli)  bazalar  da  yaradılır.  Bu  bazalardakı  verilənlərin  qiymətləri 
müəyyən zamana aid olur. Yəni verilənlərin zaman sıraları (xronologiyası) əks etdirilir.  
Verilənlər bazası verilənlərin inteqrasiya edilmiş çoxluğudur. Yəni, bir fakt bazada 
bir  dəfə  qeyd  edilir.  Bu,  bazanın  informasiya  bolluğunun  minimum  olmasını  göstərir. 
Lakin  paylanmış  bazalarda  müəyyən  baza  fraqmentlərinin  (replikatların)  şəbəkə 
düyünləri üzrə təkrarlanması şəbəkə trafikasını (məlumat ötürülüşünü) ixtisar etməyə və 
sistemin məhsuldarlığını artırmağa imkan verir. Verilənlər bazası çoxsaylı istifadəçilərə 
xidmət  üçün  yaradıldığından,  onun  yaradılması  kriterisi  sosial  xarakter  daşıyır  və  ayrı-
ayrı  istifadəçilərin  təıləbibni  ödəmək  baxımından  irəli  gələn  lokal  səmərəlilik  deyil, 
inteqral səmərəlilik daha vacibdir.  
Verilənlər  bazasının  tərkibi  (məzmunu),  ilk  növbədə,  hesablama  yolu  ilə  alınması 
mümkün  olmayan  müşahidə  və  ölçmə  məlumatları  ilə  doldurulur  ki,  bunlara  da  baza 
göstəriciləri, belə bazaya isə predmet bazası deyilir. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə