İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə35/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

 
100 
Animasiya
115
.  Animasiya,  multiplikasiyada  olduğu  kimi,  kadrların  (şəkillərin) 
əvəzlənməsi  prinsipi  ilə  yaradılır.  Hərəkəti  imitasiya  (təqlid)  edən  proqram  aşağıdakı 
mərhələlərdən ibarət olmalıdır: 
1.
 
ekranda şəklin yaradılması; 
2.
 
şəklin gözlə görünməsi üçün pauza yaradılması; 
3.
 
şəklin korreksiyası (dəyişdirilməsi). 
“Dairənin hərəkəti” layihəsi. 
1.
 
Dairənin hərəkət etməsi üçün forma üzərində picAnim adlı mətn sahəsi yaratmalı. 
OX oxu üzrə hərəkəti dövrlə reallaşdıraq. Animasiya effektini almaq üçün dairəni göy 
rənglə  rəngləyib  silmək  lazımdır.  Rəngli  dairə  almaq  üçün  FillColor  xassəsinə  qiymət 
vermək  (rəngləyəndə  vbBlue,  siləndə  vbWhite)  lazımdır.  FillStule  xassəsi  üçün  verilən 
qiymət Transparent (şəffaf) və Solid (tünd) ola bildiyindənSolid vermək lazımdır.  
Dairənin hərəkət sürətini
116
 tənzimləmək üçün şəkilçəkmə ilə şəkli silmə arasında boş 
dövr yaradıb müvafiq sayda təkrarlamalardan istifadə etmək olar. 
2. Forma üzərində cmdStart düyməsi yaradıb onun üçün aşağıdakı hadisəvi proseduru 
yazmalı: 
Dim intX As Integer, lngI As Long 
Private Sub cmdStart_Click() 
‗Miqyas  
picAnim.Scale (-10, 10)-(10, -10) 
‗Animasiya 
For intX = -10 To 10  
‗Şəkilçəkmə 
picAnim.FillColor = vbBlue 
picAnim.Circle (intX, 0), 1, vbBlue 
‗Şəkli silmənin yubadılması 
For lngI = 1 To 10000000 
Next lngI 
‗Şəklin silinməsi 
picAnim.FillColor = vbWhite 
                                                 
115
 Hər hansı obyektin ekranda hərəkət illüziyası 
116
  
Şəkillərin bir-birini əvəzetmə sürətini
 


 
101 
picAnim.Circle(intX, 0),1,vbWhite 
Next intX 
End Sub 
3.  Layihəni  Start  düyməsi  ilə  icraya  buraxmalı  və  \textbook\VB\prjVB12\  adı  ilə 
saxlamalı. 
 
5.4.11. Visual Basic dilində ümumi prosedurlar 
Prosedurların görünmə oblastı. 
Mürəkkəb  alqoritmlərin  tərtibi  zamanı  müəyyən  alt  məsələlərin  həllini  reallaşdıran 
əməllər ardıcıllığını seçib ayırmaqla köməkçi alqoritmlər yaratmaq və lazım gəldikcə əsas 
alqoritmə  çağırıb  istifadə  etmək  məqsədəuyğun  olur.  Prosedur  dillərdə buna  alt  proqram 
deyilir.  Obyekt-istinad  dillərində  köməkçi  alqoritmlər  ümumi  prosedurların  köməyi  ilə 
reallaşdırılır.  
Ümumi  prosedurun  müəyyən  edilməsi.  Hər  bir  ümumi  prosedura  unikal  (təkrar 
olunmaz) ad (prosedurun adı) verilir və prosedurun giriş və çıxış parametrlərinin siyahısı 
müəyyən edilir.  
Giriş  parametrlərin  siyahısı  dəyişənlər  yığımından  ibarətdir.  Bunların  qiymətləri 
prosedurun icrasından əvvəl məlum olmalıdır. 
Çıxış  parametrlərin  siyahısı  prosedurun  icrasından  sonra  qiymətləri  bəlli  olan 
dəyişənlər yığımından ibarətdir. 
Ümumi prosedurun sintaksisi aşağıdakı kimidir: 
Sub ProsedurAdı (ParametrlərSiyahısı) 
Proqram kodu 
End Sub 
Ümumi prosedurun çağırılması. Ümumi prosedur digər prosedur tərəfindən çağırılır. 
Ümumi prosedur ya Call operatoru ilə, ya da öz adı ilə çağırılır.  
Call operatoru ilə çağırma zamanı sintaksis aşağıdakı kimi olmalıdır: 
Call ProsedurAdı (ParametrlərSiyahısı) 
Prosedurun öz adı ilə çağırılması zamanı isə sintaksis: 
ProsedurAdı  ParametrlərSiyahısı    kimi,  yəni,  parametrlərin  siyahısı  mötərizəsiz 
yazılmalıdır. 
 


 
102 
Bölmə 6. Kompüter sistemlərinin proqram təminatı 
6.1. Proqram təminatı haqqında ümumi məlumat 
Kompüterin  işi  proqramla  iarəetmə  prinsipinə  əsaslanır.  Yəni  kompüter  əvvəlcədən 
hazırlanmış  proqramda  nəzərdə  tutulmuş  əməliyyatları  yerinə-yetirir.  Bu  prinsip 
kompüterin universallığını təmin edir. Belə ki, hər bir müəyyən vaxt momentində seçilmiş 
proqrama  uyğun  məsələ  həll  edilir.  Bu  məsələ  başa  çatdıqdan  sonra  yaddaşa  başqa 
proqram yüklənir və i.a. 
Proqram – məsələnin həll alqoritminin kompüterin anladığı dildə yazılmış əmrlər və 
ya operatorlar ardıcıllığıdır. Hər bir kompüter proqramının son məqsədi aparat vasitələrnin 
idarə edilməsindən ibarətdir. 
Məsələlərin  kompüterdə  normal  həlli  üçün  proqram  səhvlərdən  təmizlənməli,  əlavə 
işlənmələrə  ehtiyac  duymamalı  və  mevafiq sənədləşməyə  malik olmalıdır.  Buna  görə  də 
kompüterdə  işləmək  baxımından,  ―proqram  təminatı‖    (software)  termini  tez-tez  istifadə 
edilir  ki,  bu  da  verilənlərin  email  sisteminin  fəaliyyətinə  dair  proqramlar,  prosedur  və 
qaydalar, həmçinin sənədləşmələr çoxluğudur. 
Kompüterdə  proqram  və  aparat  təminatları  qırılmaz  əlaqədə  və  qarşılıqlı  təsirdə 
işləyir. Hesablayıcı sistemin proqram təminatının tərkibi proqram konfiqurasiyası adlanır. 
Proqramlar  arasında  qarşılıqlı  əlaqə  mövcuddur.  Belə  ki,proqram  təminatını  təşkil  edən 
əsas  proqramlar çoxluğunun işi aşağı səviyyə proqramlarına əsaslanır. 
Proqramlararası  interfeys  dedikdə,  proqram  təminatının  bir-biri  ilə  əlaqəli  olan  bir-
neçə səviyyədə paylanması nəzərdə tutulur. Proqram təminatının səviyyələri bir piramida 
təşkil edir ki, burada da hər bir səviyyə özündən əvvəlki səviyyələr üzərində yerləşir. Bu 
piramidanın zirvəsində tətbiqi səviyyə, bunun altında xidmətedici səviyyə, bunun altında 
sistem səviyyəsi və piramidanın oturcağında baza səviyyəsi yerləşir. 
 Baza səviyyəsi. 
Baza  səviyyəsi  proqram  təminatının  ən  aşağı  səviyyəsidir.  Bu  səviyyə  baza  aparat 
vasitələrinin  qarşılıqlı  fəaliyyətini  təmin  edir.  Baza  proqram  təminatı  baza  aparat 
təminatının  tərkibində  yerləşərək  sabit  yaddaş  qurğusunun  xüsusi  mikrosxemlərində 
saxlanır  və BİOS adlanan baza giriş-çıxış sistemini əmələ gətirir. Proqramlar və verilənlər 
sabit yaddaş qurğusuna istehsal mərhələsində yazılır və istismar zamanı dəyişdirilmir. 
Sistem səviyyəsi. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə