142
iki hərflə:
AA, AB, AC
və s. kimi adlandırılır.
AZ
sütunundan sonra
BA, BB, BC, ..., BZ
kimi davam edir və bu qayda ilə sonuncu sütunun adı
IV
olur.
Sətirlərin nömrəsi isə rəqəmlərlə
1, 2, 3
və s. göstərilir. Axırıncı sətrin nömrəsi
65536
-
dır.
Sətir və sütunlar üzərində hansı əməliyyatları apara bilərsiniz? - İki
sətir/sütun arasına yeni sətirlər/sütunlar əlavə edə, mövcud sətir/sütunu silə, sətir/sütunları
gizlədə, sətirlərin yüksəkliyini və sütunların genişliyini istədiyiniz kimi dəyişdirə
bilərsiniz.
Hücrələr (xanalar).
Hücrə
Excel XP
-nin əsas komponentlərindən biri sayılır ki, bu da sətirlərlə sütunların
kəsişməsindən alınan sahələrə verilən addır. Hər işçi səhifədə
16777216
ədəd hücrə vardır.
Ümumiyyətlə
255
səhifədən ibarət bir işçi kitabda
4278190080
hücrə ola bilər.
Hücrələr üzərində aşağıdakı əməliyyatları aparmaq olar:
Bir hücrədən digərinə asanlıqla keçmək olar;
Klaviaturadakı
[Delete]
düyməsini sıxmaqla hücrə içərisindəki yazıları silmək olar;
Bir hücrədəki məlumatları digərlərinə də köçürmək olar;
Bir hücrədəki məlumatı asanlıqla digərinə daşımaq olar;
Bir-neçə hücrəyə eyni vaxtda eyni məlumatı daxil etmək olar;
Qonşu hücrələrə ardıcıl sıralanmış məlumatlar (rəqəmlər, tarixlər və s. kimi) daxil
etmək olar;
Hücrə içərisindəki yazıların yerini təyin etmək olar;
Hücrə içərisindəki məlumatı gizlətmək olar;
Hücrələrə izahlı qeydlər vermək olar;
Hücrə içərisindəki yazıları üfqi, şaquli və ya müəyyən bucaq altında yerləşdirmək
olar;
Hücrələrə formullar
169
yerləşdirmək və formulların nəticələrinin, ya da özlərinin
görünməsini təmin etmək olar;
Hücrələrin kənar xətlərini çəkmək olar;
169
düsturlar
143
Hücrə içərisindəki yazıların rəngini və ya hücrənin fon rəngini təyin etmək olar.
İki cür hücrə vardır: aktiv (
current
) və aktiv olmayan hücrə. Şəkildə göstərilmiş
soldakı hücrə aktiv olmayan hücrədir (şəkil 8.). Sağdakı hücrə isə aktiv hücrədir.
Şəkil 8.
Aktiv və aktiv olmayan hücrələr
Aktiv hücrənin kənarları qalın xətlərlə çərçivəyə alınır. Bu çərçivənin aşağı sağ
küncündəki kiçik ―+― işarəsinə diqqətlə baxın. Bu işarə düyməsindən hücrə içərisindəki
məlumatları digər hücrələrə müxtəlif formada köçürmək üçün istifadə edilir.
Ünvanlar.
Hücrə adı verilən sahələrə daxil ediləcək məlumatlar üzərində hansı əməliyyatları
aparacaqsınız? Aralarında hər hansı bir əlaqə qurulmayan məlumat yığımının praktik
olaraq bir məna daşımadığı aydındır. Hərflərdən ibarət məlumatlar
170
görünüş baxımından
uyğun bir formada nizamlanaraq bir məna kəsb edə bilər
171
, ancaq ədədlər üçün bunları
demək çətindir.
Excel XP
-dən istifadə etməkdə əsas məqsəd isə daxil edilmiş məlumatları
bir riyazi modelə, ya da məntiqə görə cədvəl şəklində nizamlamaqdır.
Deyək ki, bir sütuna adları, onun sağındakı sütuna soyadları, bunun sağına isə ümumi
maaşları daxil etdiniz. Növbəti sağda yerləşən sütuna alınacaq maaşları daxil etmək
istəyirsiniz. Bütün şəxslər üçün alınacaq maaşları bir-bir hesablamağa ehtiyac yoxdur. Bu
halda, hücrələrə daxil edilmiş ümumi maaşlarla alınacaq maaşlar arasında bir riyazi əlaqə
qurmaq lazım gəlir. Məsələn, deyək ki, alınacaq maaş ümumi maaşın
66%-
ni təşkil edir
(şəkil 9.).
170
məsələn, adlar, soyadlar və s. kimi
171
adlar eyni bir sütuna alt-alta, soyadlar isə sağdakı sütuna alt-alta daxil edilə bilər
144
Şəkil 9.
Sadə bir maaş cədvəli
Bu riyazi əlaqəni qurduqdan sonra, bunu
Excel XP
cədvəlinə çevirmək lazım gəlir.
E
sütununda,
D
sütunundakı hər ümumi maaşın yanında alınacaq maaşı necə
göstərəcəksiniz? Bu əməliyyat əslində çox asanlıqla yerinə yetirilir.
E
sütunundakı uyğun
hücrələrə yuxarıda göstərilən riyazi əlaqəni bir formul şəklində daxil etmək kifayətdir.
Hücrə ünvanlarından və formullardan istifadə etməyin əhəmiyyəti və əslində
Excel XP
-nin əsas məntiqi budur: formul yerləşmiş bir hücrədəki məlumatlar, onun
əlaqələndirildiyi digər hücrələrdəki məlumatlar dəyişdirildiyi zaman avtomatik olaraq
yenidən hesablanır. Məsələn, ümumi maaşların hər hansı biri dəyişdirildikdə, ona uyğun
olan alınacaq maaş da yenidən hesablanacaqdır.
Bir hücrənin ünvanı.
Excel XP
hücrələrinə ad, soyad, maaş və s. kimi hərf və rəqəm məlumatları daxil
etdikdə, bəzi məlumatların da öz-özünə yaradılmasını və görünməsini istəyə bilərsiniz. Bu
cür məlumatlar digər mövcud məlumatlarla əlaqələndirilmə yolu ilə yaradıla bilər. Bunun
üçün yaradılacaq məlumatların digər məlumatlarla riyazi əlaqəsini qurmaq və formullar
şəklində ifadə etmək lazımdır.
Formullar məlumatlar arasında əlaqə quraraq yeni məlumatlar yaratmaq üçündür. Bir
formulun yazılışında, hansı məlumatlarla əlaqə qurulacağı, o məlumatın yerləşdiyi
hücrənin işçi səhifə üzərindəki yeri, yəni, ünvanı göstərilə bilər.
Yuxarıda göstərdiyimiz misalda alınacaq maaşı hesablamaq üçün aşağıdakına uyğun
bir ifadə yazmağınız lazımdır:
AlınacaqMaaş = ÜmumiMaaş *
0.66
Dostları ilə paylaş: |