İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə38/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   34   35   36   37   38   39   40   41   ...   88

əlavə dəyər vergisi ödənişlərinin sadələşdirilməsi və ya ixracın bu vergi növündən
azad edilməsi biznes sahələrinin nağd pul axınları problemləri ilə üzləşməməsinə
şərait yaradır [10, 13].
Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ-hüquqi akt-
larında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması,
sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin və əlverişli biznes mühitinin
formalaşması məsələləri xüsusi yer tutur.
Qloballaşan  iqtisadiyyatda  rəqabətə  davamlı  fəaliyyət  göstərmək  məqsədilə
sahibkarlar dünyada və ölkəmizdə baş verən proses və yenilikləri daim diqqətdə
saxlayır və yeni hədəflər müəyyən edərək həyata keçirir. Sahibkarlar mövcud və
gələcəkdəki  bazar  rəqabətini  nəzərə  alaraq  düzgün  strategiyanın  müəyyən-
ləşdirilməsinə çalışır.
Biznes mühitini firmaların məhsuldar tərzdə investisiyalar yatırması, iş yerləri
yaratması və fəaliyyətin genişlənməsinə yönəldilmiş imkanların və stimulların ol-
ması kimi xarakterizə etmək düzgün olardı. Analoji olaraq, bu araşdırmada biznes
və investisiya mühiti hər hansı bir ölkədə fəaliyyət göstərən xarici və yerli şirkətlərə
bizneslə məşğul olmaq və mənfəət əldə etmək imkanı verən sistem kimi təqdim
edilir. İnvestisiya mühiti üç geniş dəyişkən kəmiyyətlə qiymətləndirilə bilər:

makroiqtisadi vəziyyəti şərtləndirən vergi, pul və ticarət siyasətləri;

idarəetmənin keyfiyyəti və institutların mövcudluğu;

infrastrukturun inkişaf səviyyəsi.
Biznes və investisiya mühiti yalnız (sadəcə olaraq) biznes sahələri üzərinə qoyu-
lan vergi dərəcələrindən və vergi güzəştlərindən asılı deyil. Ona ciddi təsir edən
digər zəruri amillərə siyasi sabitlik, qanunun aliliyi, makroiqtisadi şərait, hökumətə
inam və tənzimləyici mühit daxildir.
Dünyada daha zəngin ölkələr daha əlverişli biznes və investisiya mühitlərinə
malik  olmağa  can  atırlar.  İqtisadi  inkişaf  ilə  rifah,  investisiya  və  biznes  mühiti
arasında aydın əlaqə mövcuddur. Böyük enerji və ya xammal ehtiyatlarına malik ol-
mayan Şərqi Avropa ölkələrinin bir çoxu öz biznes və investisiya mühitlərində isla-
hatlar  həyata  keçirməklə  iqtisadiyyatlarını  bütün  dünyada  birbaşa  xarici
investisiyalar üzrə ən cəlbedici hədəfə çevirmişlər.
Ölkələr birbaşa xarici investisiyaları dəvət edərkən çox vaxt biznes mühitinin
vacibliyini kifayət qədər qiymətləndirmir. Onlar diqqəti daha çox bazarın ölçüsünə,
təbii ehtiyatların mövcudluğuna və gözlənilən xərclərə yönəltməyə meyil edirlər. Bu
amillərin hamısının əhəmiyyətli olmasına baxmayaraq, investisiya mühiti zəruri bir
amildir və heç zaman lazım olduğundan az qiymətləndirilməməlidir.
Beynəlxalq təcrübə göstərir ki, bir sıra ölkələrdə hökumət xarici investorlara
aşağıda göstərilən əlavə hüquqi təminatlar verir:

Qanunvericiliyin pisləşməsinə qarşı: investisiyalar həyata keçirilən zaman
mövcud olan qanun 10 il ərzində qüvvədə olacaq.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
87



İnvestisiyaların milliləşməsinə (millətin və dövlətin maraqlarına zidd olan hal-
lar  istisna  olmaqla)  və  rekvizisiyasına  (təbii  fəlakətlər,  epidemiyalar  və
fövqəladə hallar istisna olmaqla) qarşı: Milliləşmə ya rekvizisiya həyata keçi -
rilsə, zərərçəkmiş xarici investorlar təcili və adekvat kompensasiya ilə təmin
olunurlar.

Dövlət  orqanları  tərəfindən  keçirilmiş  qeyri-qanuni  tədbirlər  nəticəsində
zərərçəkmiş xarici investorlara kompensasiya ödənilir.

Vergilərin ödənilməsindən sonra əldə olunan gəlirin azad repatriasiyası[1, 8].
Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətinin (sərmayədar-
lığın) ümumi sosial, iqtisadi və hüquqi şərtləri və xarici investisiya qoyuluşunun
hüquqi və iqtisadi prinsipləri müvafiq olaraq “İnvestisiya fəaliyyəti haqqında” və
“Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyənləşdirilir.
4. Əlverişli biznes mühiti və iqtisadi inkişafı dəstəkləyən vergi siyasəti
Praktikada dövlət vergi siyasətini vergi mexanizmləri vasitəsi ilə həyata keçirir.
Vergilər  dövlət  gəlirləri  artımının  zəruri  amilidir.  Gəlirlər  isə,  öz  növbəsində,
hökumətlərin həyata keçirdiyi əməliyyatların maliyyələşdirməsi və vətəndaşların
təhlükəsizliyi və digər başlıca xidmətlərin təmin edilməsi üçün vacibdir. Bununla
belə, qeyri-səmərəli, ayrı-seçkiliyə yol verən və hədsiz ağır vergiqoyma siyasəti və
təcrübəsi vergi ödəyicilərinin vergiləri könüllü olaraq ödəməsinə maneələr törədə
bilər.  Bu isə vergi gəlirlərini azaldar, bəzi şirkətləri qeyri-şəffaf və mənfi təcrübələrə
müraciət etməyə təhrik edər.
Vergidən yayınma ilə əlaqədar riskləri və potensial cərimələrin məbləğini artır-
maqla, həmçinin düzgün korporativ idarəçilik mədəniyyətini dəstəkləməklə firmaları
qeyri-qanuni fəaliyyətlərdən çəkindirmək mümkündür. Lakin aydın görmək olar ki,
qeyri-qənaətbəxş vergi siyasətləri və təcrübələri xarici investisiyaları uzaqlaşdırır ,
kiçik və orta müəssisələrin xərclərini artırmaqla, onlar üçün risk və qeyri-müəyyənlik
yaratmaqla, üstəlik rəqabətədavamlılığa xələl gətirməklə onların inkişafına mane
olur. Bu nöqteyi-nəzərdən inkişaf yönümlü vergi siyasətləri təkcə vergilərin yığımını
maksimal səviyyəyə çatdırmaq deyil, həmçinin iqtisadi inkişafı dəstəkləyən biznes
mühitini qoruyub saxlamağı da nəzərə almalıdır.
İnvestorların  müəyyən  bir  region  daxilində  məhz  hara  investisiya  yatırmaq
qərarına  vergiqoymanın  səviyyəsi  təsir  göstərə  bilər.  Eyni  zamanda  bu  proses
vergiqoymanın səviyyəsinin gəlirə müsbət təsiri, xarici investorların cəlb edilməsi
və sahibkarların fəaliyyətinə təkan verilməsi üzrə  siyasət kursunu müəyyənləşdirən-
lərdə yanlış təsəvvürlər yarada bilər. Üstəlik, vergi dərəcələri aydın ifadə edilmiş
rəqəmlər təsiri bağışlasa da, bu təəssürat aldadıcı ola bilər, çünki, inkişaf etmiş
vergiqoyma rejimləri çox vaxt hədsiz dərəcədə mürəkkəb qaydalar toplusu irəli sürür
88
P.Rzayev. Biznes mühitinin formalaşmasında vergi mexanizmlərinin rolu


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə