93
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
və obyektiv üsullarla müşahidə edilməsi və vergi dərəcələrinin muxtəlifliyinin mini -
mal olması məqsədə uyğundur.
5.Biznes mühitinin formalaşmasında vergi güzəştlərinin rolu
Fikrimizcə, müəyyən güzəştlər düzgün həyata keçirilərsə birbaşa xarici in-
vestisiya axınlarına təkan verə bilər. Güzəştlər biznes və investisiya mühitində tək-
milləşdirmələr aparılmasını əvəz edə bilməz, onları mövcud əlverişli investisiya
mühitinə əlavə kimi nəzərdən keçirmək lazımdır.
Ölkələr daha əlverişli investisiya məkanına çevirmək üçün investorlara, adətən
xarici investorlara maliyyə və ya vergi güzəştləri təklif edir. Ümumi maliyyə
güzəştlərinə aşağıdakılar daxildir:
korporativ gəlir vergilərinin azaldılması;
korporativ gəlir vergilərindən şirkətin əməliyyatlarına investisiya şəklində
yenidən yatırılan gəlirlərin çıxılması imkanı;
vergi bayramları və ya vergilərin azaldılması günləri (bu zaman şirkətlər
müəyyən vaxt ərzində korporativ gəlir vergilərini və ya sosial zəmanət vergisini
ödəməli olmur);
investisiyaların ilkin mərhələlərində üz vermiş itkilərin növbəti illərə keçi -
rilməsi imkanı;
işsiz şəxslərin, ali təhsil müəssisələrini yeni bitirmiş məzunların, keçmiş hərbi
heyət zabitlərinin və s.-in işə götürülməsinə görə aşağı və ya sıfır sosial vergi
öhdəlikləri;
ƏDV-dən azad edilmə və ya ƏDV ödənişi vaxtının uzadılması;
ƏDV ödənişi vaxtının biznes əməliyyatlarının başlamasına qədər uzadılması;
ƏDV ödənişlərinin sadələşdirilmiş və sürətli sisteminin tətbiqi;
kapital investisiyalarına görə ƏDV-dən və ya gömrük rüsumlarından azad
edilmə və ya müvafiq ödəniş vaxtının uzadılması;
korporativ gəlir vergisindən kapital investisiyasının dəyərinin və ya dəyərinin
müəyyən hissəsinin çıxılması;
kapital investisiyalarının sürətli amortizasiyası;
kənd təsərrüfatı torpaqlarının sənaye torpaqlarına çevrilməsinə görə
vergilərdən azad edilmə;
zəif inkişaf etmiş ərazilərdə təlim təşəbbüslərinə və ya iş yerlərinin yaradıl-
masına görə qrantların təmin edilməsi.
Güzəştləri effektivliyə görə kateqoriyalaşdırmaq çətindir. Onların nisbi effek-
tivliyi investisiyanın növü və sektoru, investisiyanın başa çatdırılması üçün tələb ol-
unan vaxt, hər bir ölkənin nisbi zənginliyi və hökumətin güzəştləri idarə etmək
qabiliyyəti kimi amillərdən asılı olur. Estoniyada gəlirlərin yenidən investisiya şək-
lində yatırımı güzəşti çox uğurlu nəticələrə gətirib çıxarmışdır. Xorvatiya vergi
bayramlarının tətbiqi sayəsində müəyyən investisiyaları cəlb edə bilmişdir.
Rumıniyanın yerli hakimiyyət orqanları iş yerləri yaradan və vergi bazasını
genişləndirən layihələrin icrası zamanı kənd təsərrüfatı torpaqlarının sənaye tor-
paqlarına çevrilməsinə görə vergini ləğv edir.
Bu araşdırmanın əsas ideyası ayrı-seçkiliyə yol verməyən, daha sadə və daha
mütərəqqi investisiya mühitini təbliğ etməkdir. Bu səbəbdən də, investisiya
güzəştləri siyasəti dəstəklənir. Sözügedən siyasətdə güzəştlərin şəffaf, xarici və daxili
investorların üzünə açıq, yalnız sənaye üzərində mərkəzləşməmiş və asan idarə
edilən olması tövsiyə edilir. Güzəştlər müəyyən qaydalara uyğun olaraq tətbiq
edilməli və fərdi zəmində ayrı-ayrı layihələr üçün nəzərdə tutulmamalıdır.
Güzəştlərin seçimi zamanı aşağıdakı prinsiplər tətbiq edilməlidir:
1. Güzəştlərlə əlaqədar ümumi hökumət strategiyası olmalıdır. İnvestisiya
güzəştləri koordinasiya edilməlidir. Hökumətlər “ifrat” güzəştlərə yol ver-
məməyə çalışmalıdır. İnvestorlar tez-tez əslində onların cəlb edilməsi üçün
lazım olduğundan qat-qat çox müxtəlif güzəştlər alır və bu, nəticədə maliyyə
çatışmazlıqlarına gətirib çıxarır.
2. Güzəştlər şəffaf olmalıdır. Hökumət sözügedən güzəştlərin səmərəliliyini və
şirkətlərin müvafiq qaydalara riayət edib-etməməsini yoxlamağa qadir ol-
malıdır. Hökumət güzəştlərin maliyyə səmərəliliyini hər il nəzərdən keçirmə-
lidir.
3. Güzəştlər məhdud zaman müddətləri üçün təsis edilməli və onların qüvvədə
olması müddəti aydın şəkildə ifadə edilməlidir. Güzəştlərin məqsədi hər hansı
bir müəssisənin maliyyə dəstəyi və ya subsidiya ilə təmin edilməsi deyil, in-
vestorların cəlb edilməsi və biznesin ilkin mərhələlərində onlara kömək
edilməsidir.
4. Güzəştlər investorun hansı ölkədən olmasına və ya konkret bir sənaye sahəsinə
deyil, investisiyanın məbləğinə və ya konkret bir regiona uyğun olaraq və ayrı-
seçkiliyə mümkün qədər yol verilməməsi şərtilə tətbiq edilməlidir.
5. Dövlət bütün güzəştlərin qeydiyyatını aparmalıdır. Dövlət saytlarında və icti-
mai girişin təmin edildiyi hökumət sənədlərində bütün güzəşt proqramları və
qaydaları aydın şəkildə göstərilməlidir.
Bundan əlavə, hökumətlərə xarici investorlar üçün korporativ gəlir vergilərinin
azaldılmasına yönəldilmiş mürəkkəb güzəşt sxemləri əvəzinə sadəlik və aşağı
dərəcələr prinsiplərinə əsaslanan və beləliklə də, bütün biznes sahələri üçün əlverişli
olan korporativ gəlir strukturunun yaradılması və saxlanması məsləhət görülür.
Mürəkkəb güzəştlər sxeminin idarə edilməsi həm hökumət, həm də biznes sahələri
üçün çətindir, bazarda uyğunsuzluqlara səbəb olur.
Ümumiyyətlə, güzəştlərin regional zəmində və ƏDV-yə dair, həmçinin gömrük
sahələrində tətbiqi dəstəklənir. Çoxmilli xarici investorların cəlb edilməsini nəzərdə
tutan geniş həcmli milli güzəştlərin tətbiqi isə məqsədəuyğun hesab edilmir.
P.Rzayev. Biznes mühitinin formalaşmasında vergi mexanizmlərinin rolu
94
95
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
İnvestisiya güzəştləri.
1. Ümumi aşağı vergi dərəcələri və daha sadə vergi sistemi (investorun hansı
ölkədə doğulmasına və ya konkret sənaye sahəsinə əsaslanan) çoxsaylı
mürəkkəb vergi güzəştlərindən daha məqsədəuyğundur.
2. Vergi güzəştləri beş ildən çox müddət ərzində tətbiq edilməməlidir.
3. Sərbəst zonalar və ya ixracat zonaları kimi xüsusi iqtisadi zonalar investisiya
məkanının rəqabətədavamlılığını zəiflədən, cəlbedici olmayan köhnə sənaye
obyektlərində deyil, investorlar üçün arzuolunan ərazilərdə yerləşməlidir [2,
13].
6. Nəticə
Dövlətin iqtisadiyyatı birbaşa idarə etməsi əvəzinə rəqabəti dəstəkləyən ümumi
bir siyasət yürütməsi düzgün istiqamətdə atılmış fundamental addımdır.
İqtisadi sistemin mühüm elementi kimi inzibati tənzimləmə üsullarının tət-
biqindən tamamilə imtina edilməsi heç bir ölkədə vəzifə kimi qarşıya qoyul-
mamışdır. Dünya təcrübəsi bir daha təsdiq edir ki, iqtiadiyyatın tənzimlənməsində
inzibati üsullardan istifadə edilməsi yalnız iqtisadi əsası olmadığı halda təhlükəli
xarakter daşıyır.
Dövlət bölməsindən iqtisadiyyatın tənzimlənməsi vasitəsi kimi geniş istifadə
edilməlidir. Belə ki, iqtisadi konyukturanın kəskinləşdiyi, depressiya və ya böhran
şəraitində xüsusi kapital qoyuluşu azaldığı halda, dövlət bölməsinə yönəldilən in-
vestisiyalar artırılmalıdır. Dövlət bu üsulla istehsal həcminin aşağı düşməsinin və
işsizliyin artımının qarşısının alınmasına cəhd göstərməlidir.
Dünya təcrübəsi göstərir ki, vergi yükü az olan ölkələrdə iqtisadi artım tempi
daha yüksəkdir. Müasir vergi sistemi sosial-iqtisadi inkişaf perspektivləri nəzərə
alınmaqla bazar münasibətləri tələblərinə əsaslanmalıdır. O, büdcə gəlirlərinin yığıl-
masını təmin etməli, əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin formalaşması və
yenidən bölüşdürülməsi xüsusiyyətlərini nəzərə almaqla, bütövlükdə və xalq təsər-
rüfatının ayrı-ayrı sahələrində istehsalın tənzimlənməsi üçün şərait yaratmalıdır.
Əlverişli biznes mühitinin formalaşması baxımından stimullaşdırıcı vergi me -
xanizmlərinin rolunun artırılması istiqamətində zəruri tədbirlər görülməli, qanun-
vericilik bazası daha da təkmilləşdirilməlidir.
Həyata keçirilən vеrgi islаhаtlаrı işgüzar fəallığı dəstəkləməlidir. Eyni zamanda
verginin mühüm iqtisadi alət kimi tənzimləyici və fiskal funksiyaları bir-biri ilə
əlaqələndirilməlidir.
Təklif olunun tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasında iqti-
sadiyyatın dövlət tərəfindən tənzimlənməsi mexanizminin səmərəliliyini yüksəlt-
məyə, mütərəqqi makroiqtisadi tənzimləmə sisteminin və əlverişli biznes mühitinin
formalaşdırılmasına imkan verərdi.
Dostları ilə paylaş: |