378
Əsrin şairi IX
vətəninə layiqincə xidmət edir. Millətini, tarixini, dilini, dinini
sevən qeyrətli və dəyanətli vətəndaşlar tərbiyə edib yetişdirir.
Əhməd Cavad, Rza Təhmasib, Əli Səbri, Mikayıl Müşfiq, Adil
İsgəndərov, Əli Zeynalov, Mehdi Məmmədov kimi gələcəkdə bö-
yük sənətkar olacaq gənclər ondan həyat, həqiqət, ədalət, sədaqət,
qeyrət, mərdlik və düzlük dərsi alırlar. Cavid öz şair və müəllim
şəxsiyətilə ətrafındakı müəllimlərin bir çoxuna nümunə olur...
Məqalədə başqa bir qaranlıq məqam Aleksandr Çern-
yayevski və Rəşid bəy Əfəndiyevin məlum dərslikləri ilə bağlıdır.
İstanbuldan Naxçıvana yenicə qayıtmış şair “Vətən dili” və
“Bəsirəti-ətfal” dərsliklərini necə əldə edib oxuya bilərdi?
Görünür, həmin dərsliklər ya çoxdan rəhmətə getmiş Sidqinin
vaxtilə təsis etdiyi məktəbin arxivində, yaxud da Naxçıvan
ziyalıları və maarifpərvərlərindən kiminsə şəxsi arxivində
olmuşdur. Həqiqətpərəst şair də onlardan alıb oxumuş, ilk
məqalələrini təsadüfən “Həqiqət” qəzetində çap etdirməmişdir.
Ədəbiyyat
1. Naxçıvanda nə gördüm? / “Həqiqət”, 4 yanvar 1910; Naxçıvana
nə lazım? / “Həqiqət”, 5 yanvar 1910; Həsbi-hal / “Həqiqət”, 12, 14, 17,
24 və 25 may, 3, 7 və 8 iyun 1910.
2. Şərif Ə. Keçmiş günlərdən. Bakı. “Azərnəşr”, 1977.
3. Cəfər M. Hüseyn Cavid, Bakı. “Azərnəşr”, 1960.
4. Cavid H. Əsərləri, V cild, Bakı. 2005.
5. Cavid H. Urmiyədən məktub (M.T.Sidqinin vəfatı münasibətilə)
/ Şərqi-Rus, 23 yanvar 1904.
Резюме
В статье на материале работ Гусейна Джавида “Что видел я в
Нахичевани?” и “Что нужно Нахичевани?” прослеживается
развитие просветительского движения конца XIX - начала XX века
под руководством М.Т.Сидги. Исследуются положение первона-
379
İsgəndər Atilla
чального образования в Нахичевани, проблемы подготовки
учительских кадров для мусульмано-тюркских школ, оцениваются
заслуги и деятельность М.Т.Сидги в области первоначального обра-
зования в Нахичевани.
Summary
In the article of Huseyn Javid's work “What did I see in
Nakhchivan?” and “What does Nakhchivan need?” is followed the
improvement of educational moviment due to the end of XIX century -
the beginning of XX century under leading M.T.Sidgi. The situation of
the primary education in Nakhchivan, the problems of preparation of
teachers' stuff for muslim-turkish schools are investigated and also the
service and activity of M.T.Sidgi in the sphere of primary education in
Nakhchivan are investigated.
380
Əsrin şairi IX
Cavid
ə şeir ithaf etmiş şairlər
Hüseyn Cavid
ə ithaf edilmiş şeirləri üç qismə bölmək olar:
1. Cavidi t
ənqid edən şairlərin şeirləri.
2. Cavid
ə ithaf edilmiş səmimi şeirlər.
3. Şairin Sibirdən qəbrinin tapılması və vətənə gətirilməsi
münasib
əti ilə yazılmış şeirlər.
H
əmin şeirlərin bir hissəsi şair sağ ikən, qalan hissəsi isə
b
əraət aldıqdan sonra, daha doğrusu 1956-cı ildən bu günümüzə
q
ədər yazılmış və yazılmaqdadır.
Cavidi t
ənqid 1913-cü ildən başlanır. O zaman şair “Şəlalə”
jurnalına “Sevinmə, gülmə quzum!..” şeirini göndərir. Jurnalın
naşiri Xalid Xürrəm Səbribəyzadə şeiri təshih edərək, çap edir. Bu,
geniş ədəbi mübahisəyə səbəb olur. Cavid, onun böyük qardaşı
Şeyx Məhəmməd, Seyid Hüseyn, Səlman Mümtaz və b. naşirə öz
etirazlarını bildirirlər. X.X.Səbribəyzadə onlara cavab olaraq və
is
tehzalı şəkildə aşağıdakı misraları yazıb jurnalında çap edir:
− Şeiri – Cavidi görüb gülmüş idim,
Dem
ə biçarədə yoxmuş təqsir,
Q
əhqəhəylə uğunub ölmüş idim,
S
əbribəyzadədən imiş təqyir.
Onu b
ən çox sevərim, köp sevərim.
S
əlman Mümtaz “Xortdan bəy” imzası ilə ona kinayəli for-
mada aşağıdakı şeiri yazmışdır:
Yeni şair, o müdiri-məqlub,
“Görmüş”ə “gülüş” qılmışdı rədif,
G
ərək əlbəttə dəyişsin üslub,
Qaba Qafqaz dilin etsin d
ə zərif...
Cavid İstanbulda tanış olduğu və günlərini bir yerdə keçirdiyi
Abdull
a Sura iki şeir ithaf etmişdir. A.Sur “Bərdərim şair ruhlu
Hüseyn Cavid
ə” qeyd ilə “Neçin, nədən” şeirini yazmış və
“H
əqiqət” qəzetində (1 iyun 1910) çap etdirmişdir. Mən Qulam
M
əmmədlinin “Cavid – ömrü boyu” kitabından A.Surun bu