413
İsgəndər Atilla
t
əmiz olmur, qənd al”.
•
Uşaqlıqda sakit oturduğu zaman anası ona deyərdi: “Ay
qara Hüseyn, göy Hüseyn, uşaqları döy Hüseyn”.
•
Cavid uşaq vaxtı çox nadinc olmuşdu. Məktəbə gedəndə
qonşu arvadları deyərdilər: “Heç olmasa uşaqlarımızın qulaqları
bir neç
ə saat dinc olar”.
•
Gec
ə vaxtı bir yerə gedəndə, yaxud gələndə tanış bir qapı-
dan keç
əndə qapını döyərdi.
•
Uşaqlar nadinclik edərkən deyərdi: “Darıxma, nadinc uşaq
yaxşıdı”.
•
Cavidgil üç qardaş, üç bacı olublar.
•
O, yerlip
ərəstliyin düşməni idi.
•
Abbas Mirz
ə Şərifzadə ilə dost idi.
•
Cavidin bacısı həmişə ürəyində deyərmiş ki, kaş Hüseyn
g
ələydi, Mişkinazı ona alaydım.
•
O zaman Cavid Bakıda müəllimlik edirdi. Kitablarından bir
neç
əsini çapa vermişdi. (“Ana”, “Şeyda”, “Bahar şəbnəmləri”).
Fikrind
ə tutubmuş ki, kitablar çapdan çıxar, ev-eşik düzəldib,
sonra da evl
ənərəm. Cavid bu fikirdə ikən Bakını od-alov içində
görür. M
ətbəəni yandırırlar...
*
•
O zaman “T
əbriz” mehmanxanasında olurmuş. Bu vaxt
erm
ənilər mehmanxananı mühasirə edirlər. Orada olan insanları
– 70 n
əfər sakini əsir götürürlər. Əsirləri Opera və Balet Teatrına
aparırlar. Cavid özü belə nəql edirdi:
«Onlar iç
əri girəndə mən dəftərlərimi, paltomu və bir düzüm
bublikim vardı, onu da götürdüm. Ordakılardan biri:
− Sağ qalmağa ümidin varmı? – dedi.
− Çıxmayan cana ümid çoxdu – dedim.
Yolun h
ər ayrıcında bizi aparanlar çəkilirdilər kənara, əsirləri
at
əşə tuturdular. Bizi aparanlardan biri hər dəfə məni də özü ilə
b
ərabər çəkirdi kənara. Başqa birisi isə qabağa itələyirdi. Elə bu
*
Bakıda 1918-ci il mart hadisələri nəzərdə tutulur. Həmin illərdə ermənilər
Musavat partiyasının “Açıq söz” mətbəəsini yandırırlar. Yanğın zamanı onun
əsərləri yanıb kül olur. – İ.A.
414
Əsrin şairi IX
vaxt m
əni qabağa itələyən o adama güllə dəydi. O biri isə deyirdi:
“G
ərək bu işi başlayanlar öləydilər”... 70 nəfərdən qaldıq 10
n
əfər. Hamısını yolda ermənilər qırdılar. Heç kəsin yemək yadına
düşmürdü. Gətirdiyim bublikləri Seyid Hüseynə göstərib dedim: −
El
ə et ki, bir neçə günə çatsın...»
•
1920-ci ild
ə xəstələndim. Bir gün kitablarından bir neçəsini
ayırdı. Soruşdum:
− Onları neynirsən?
− Bir nəfər istəyib, ona verəcəm − dedi.
Kitabları götürüb getdi. Bir neçə saatdan sonra gəldi. Mənim
d
ərmanımı, qənd, çay, çörək, ət... alıb gətirdi. Onda bildim ki,
kitabları satdırıb. Çünki pulu olmadığını bilirdim. Amma çox
fikirli idi... Ağladım. Çünki hər kitabı bir neçə dəfə əlinə alıb yerə
qoyurdu. M
əni ağlayan görüb:
− Adam dar günündə dözümlü olar. Həmişə belə olmayacaq ki
– dedi.
− Sən darıxdığın üçün ağladım.
− Keçib gedər, darıxma. Dar günün ömrü az, acısı çox olar.
Amma özü daha çox q
əmgin idi.
•
Bir azdan uşaq da xəstələndi
*
. Ağ yun parçadan kostyumu
vardı. Onu istədi və dedi:
− Verim satsınlar. Onsuz da o kostyumu geyinməyəcəm. Sonra
daha yaxşısını alarıq. Ancaq daha ağlamayasan.
•
Uşağın biri öldü.
**
Bel
ə ağır bir vəziyyətdə Cavid üçün
işləmək çox çətin idi. O ərəfədə yazdığı bir əsərini cırıb atdı:
“Bel
ə bir vəziyyətdə yazılan bir əsər, əsər deyil, o heç nəyə
yaramaz” – dedi.
•
Biz Cavidi gözl
əyirdik ki, gəlsin birlikdə nahar edək. Nə-
d
ənsə bu gün çox gec gəldi. Uşaqların xörəklərini verib özüm
Cavidi gözl
ədim. Saat altıda gəldi. Qapıdan girən kimi:
− Nə istəsən alacam sənə, amma əvvəl mən sənə alacam –
dedi.
*
Ərtoğrolu nəzərdə tutur. – İ.A.
**
Qızı Tumrusu nəzərdə tutur. O, 1921-ci ildə ölmüşdü.