409
İsgəndər Atilla
•
Cavid t
ərcüməni, xüsusilə klassik ədəbiyyatın tərcüməsini
son d
ərəcə məsuliyyət, inam və cəsarət tələb edən bir iş kimi
qiym
ətləndirirdi. Firdovsinin 1000 illiyi günlərində ona
“Şahnamə”dən parçalar tərcümə etmək təklif olunmuşdu. O,
bunun
əvəzinə Firdovsi motivləri əsasında “Səyavüş” pyesini
yazmağı öhdəsinə götürmüşdü.
Mehdi M
əmmədov
•
Hüseyn Cavidin yaradıcılıq taleyi elə gətirmişdir ki, o,
uzun müdd
ət ədalətsiz tənqidə məruz qalmışdır. Azərbaycanda
apçılıq, vulqar sosiologiya və şəxsiyyətə pərəstişin hökm sürdüyü
ill
ərdə ancaq tənqid hədəfi olmuşdur. Özü də elə tənqid ki, onu
o
rtalığa çıxarmağa adamın üzü gəlmir.
•
Cavidin b
əzi tədqiqatçıları çox vaxt unudurlar ki, Cavid
tarix
ə müraciət edərkən hadisələrə bugünün gözü ilə baxmış,
onları müasirlik baxımından mənalandırmışdır. Kim deyə bilər ki,
“Knyaz”, “S
əyavüş”, “Xəyyam” pyeslərində tarixlə müasirlik üzvi
sur
ətdə bağlanmamışdır?...
Abbas Zamanov
•
Cavid iyirmi-
iyirmi beş illik qısa bir zamanda bəzən haqlı
ədəbi mübahisələrə səbəb olan, bəzən haqsız irad və böhtanlara
h
ədəf olan poetik əsərlər, dramlar, faciələr, şeirlər qoyub getdi.
Çox tez getdi. Minl
ərlə könüllərdə təəssüfü, inciyi, nigarançılığı
qaldı.
•
Şair Hüseyn Cavidin yazıb-yarada bilmiş olduqları şərəfli
bir insan ömrünün, bir şair ömrünün tutumlu, dolumlu, unudulmaz
s
əhifələridir.
•
Hüseyn Cavid Az
ərbaycan ədəbiyyatında qüdrətli bir faciə
ustası idi. Onun romantik qanadlı şeiri yüksək sənətkarlıq
nümun
əsi idi. Bu gün də öz təsir gücünü itirməmişdir. Cavidin şeir
dilinin mür
əkkəbliyi və bugünkü dilimizə görə bəzən çətin
anlaşılması haqqındakı fikirlər yalnız qismən qəbul oluna bilər.
Dilimizin inkişaf yolunu izləyənlər bilirlər ki, Cavidin yazıb-
yaratdığı illərdə Azərbaycan dilinə yad olan sözlər, tərkiblər həm
410
Əsrin şairi IX
ədəbi dilimizdə, həm də mətbuatda bol-bol işlənirdi.
R
əsul Rza
•
Nizamid
ən və Füzulidən bu tərəfə bütün sənətkarları tərəzinin
bir gözün
ə, Cavidi bir gözünə qoysan, Cavid ağır gələr.
Mir C
əlal
•
Cavidin m
ənzum pyeslərinin tamaşalarına dəfələrlə
baxmaqdan daima h
əzz alırdıq, qəhrəmanlarının sonralar aforizm,
xalq misallarına çevrilən monoloq və dialoqlarını əzbər bilirdik.
Abbas Mirz
ə Şərifzadənin, Kazım Ziyanın, Sidqi Ruhullanın,
Möhsün S
ənaninin, İsmayıl Hidayətzadənin parlaq ifasında
gördüyümüz Cavid q
əhrəmanlarının monoloqları dilimizin əzbəri
idi. Söhb
ətlərimizdə daima:
“N
ə demək istəyirsən? İzah et”.
“Arif ol, arif! Atma vicdanı”.
“H
əqiqət istərəm, yalnız həqiqət!
Yet
ər artıq şəriət, ya təriqət!...”
− kimi oynaq misralardan istifadə edərdik.
Şəmsi Bədəlbəyli
•
G
ənclik illərimizdə Cavid bizim xəyalımıza hikmətamiz
f
əlsəfi fikirlər, güclü ehtiraslar tərənnüm edən böyük poeziyanın,
böyük s
ənətin ustadı kimi daxil olmuşdu.
Mirz
ə İbrahimov
•
Cavidin “xırda”, “balaca”, “kiçik” sözlərdən xoşu gəl-
m
əzdi. “Böyük”, “ali”, “ülvi”, “əbədi” kimi kəlmələr leksikonun-
da tez-tez
eşidilərdi.
M
əmməd Rahim
•
Hüseyn Cavidin s
ənəti, görüşləri və yaradıcılığı haqqında
düşünərkən fikrimizin fövqündə çox əzəmətli və məğrur bir sima,
inc
ə, həssas, həm də son dərəcə qüdrətli bir istedad canlanır.
•
Q
əlbin saysız-hesabsız gözəlliklərlə zəngin dünyası ilə
m
əşğul olarkən Cavid yalnız lirik şairdir; məhəbbətdən, gözəllik və
eşqdən sonsuz nəşə duyan coşğun həyatsevər və nikbin bir şairdir.
Cavid şəxsiyyətin, naturanın, subyektin aləmini daima təbii, saf və
Dostları ilə paylaş: |