İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə23/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   19   20   21   22   23   24   25   26   ...   142

70

                                            

Əsrin şairi IX 

deməmişdimmi?”

1

 

Öz-özlərinə zülm edən Adəm və Həvva Allahdan bağışlan-



malarını  istəyirlər.  Rəbbi  onları  Cənnətdən  qovur.  Yer  üzünə 

enməyi əmr edir. Onlar yerə enirlər. Yer üzərində Adəm oğulları 

doğulur.  Allah  Adəm  oğullarına  müraciət  edərək  deyir:  “Ey 

Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək geyim və bəzəkli libas 

nazil  etdik.  Şeytan  Adəm  və  Həvvanı  Cənnətdən  qovdurduğu 

kimi, sizi də aldadıb yoldan çıxarmasın...” 

Amma  belə  olmayacaq.  Şeytan-İblis  Adəm  oğullarını  yer 

üzərində  də  aldadıb  yolundan  çıxaracaq.  Onlar  dünyada  misli-

bərabəri  görünməyən  fitnə-fəsadlar  törədəcəklər.  Böyük  Cavid 

gələcəkdə  bunları  “İblis”,  “İblisin  ilhamı”  və  “İblisin  intiqamı” 

dramalarında təsvir edəcək. 

Hələ  o  zamana  çox  qalıb.  Qurani-Kərimi  gözəl  bilən  şairi 

Adəm  və  Həvvanın  göydən  yerə  enməsi,  Cənnətdən  qovulması 

düşündürür.  O,  bu  haqda  bir  şey  yazmaq  istəyir  və  yazır  da. 

“Hübuti-Adəm”  şeirini  1913-cü  ildə  çap  etdirdiyi  “Keçmiş 

günlər” kitabının ilk səhifəsinə daxil edir. Sonralar o, “Uçurum” 

faciəsində  Adəm  və  Həvva  məsələsinin  üzərinə  yenidən 

qayıdacaq. Yıldırıma bu sözləri söylədəcək: 

İlk atamız Adəm kibi öncə sapdım, aldandım; 

Sonra “Mələk, Cənnət!” deyə ah çəkməkdən usandım. 

Adəm və Həvva əhvalatı dünyada ən məhşur əfsanələrdən 

biridir.  Yer  üzərində  insanın  törəməsi,  artması  onların  adı  ilə 

bağlıdır. Əhvalat gənc şairin diqqətini də cəlb edir. Şeirin neçənci 

ildə  yazılması  məlum  deyil.  Ancaq  o  püxtələşmiş  bir  şairin  şeiri 

təsirini  bağışlayır.  Şair  şeirdə  əfsanəyə  yaradıcı  yanaşır,  məlum 

hadisələri  olduğu  kimi  təkrar  etmir.  Allahla  İblis,  Allahla  Adəm 

və  Həvva  arasında  baş  vermiş  əhvalatı  bədii  cəhətdən 

poetikləşdirir, ona yeni məna çalarları verir. 

                                                 

1

 Qurani-K



ərim (Z.Bünyadov və V.Məmmədəliyevin tərcüməsində). Bakı, 1992, 

s. 126-127 




         

71

 

İsgəndər Atilla 

Şeir  iki hissədən  ibarətdir.  Birinci  hissədə  Adəm  və 

Həvvanın Cənnətdə yaşaması, Allahın onlara əmri, İblisin onları 

aldatması,  ikinci  hissədə  aldadılan  Adəm  və  Həvvanın  Allah 

tərəfindən  töhmətləndirilməsi,  nəhayət,  Cənnətdən  qovulmaları 

təsvir edilir. 

“Diyorlar  bir  zaman  Adəmlə  Həvva  //  Yaşarmış  rövzeyi-

Cənnətdə


*

  tənha.”  beytilə  başlayan  şeirdə  onların  Cənnət  həyatı 

bu cür təsvir edilir: 

O bir məva

**

 ki, ruhani, münəvvər, 



Uçarmış orada zərrinpər mələklər. 

O bir məva ki, nəşr eylər sərasər. 

Əməllər, nəşələr, güllər, çiçəklər. 

Gözəl, asudə bir mavayi-sevda; 

Geniş, azədə bir səhrayi-xülya... 

 

Behiştdə qayğısız, nuranur içində yaşarkən, alçaq bir ehtiras 



Adəm  və  Həvvaya  hücum  edir.  Adəmiyyət  hisslərini  qopardır. 

Vəhşi  bir  ehtiras  onları  yoldan  çıxarır.  Tutduqları  əməlin 

peşmançılığını çəkərkən Cənabi Həqdən fərman gəlir: 

 

...Çıq, ey səfalətpərvər insan! 



Çıq, ey qafil bəşər! Dəf ol, çəkil, get! 

Bu lahuti təfərrücgahı

***

 tərk et! 



 

Allah  onları  gülzar  bir  Cənnətə  layiq  olmadıqlarına,  alçaq 

adamiyyət hissinə qapıldıqlarına və ülviyyəti idrak etmədiklərinə 

görə Cənnətdən qovur. 

Cənabi  Həq  Cənnətdə  qayğısız  yaşayan,  xeyir  və  şərdən 

xəbərsiz  olan  Adəm  və  Həvvaya  həqiqəti  anladır.  Üzünü  onlara 

tutaraq sorğu-sual edir: 

 

                                                 



*

 Axar-bax

arlı, sulu-çəmənli bağçada, behiştdə, Cənnətdə.

 

**



 M

əskən, yurd. 

***

 

Seyrangahı.



 


72

                                            

Əsrin şairi IX 

Nə buldun, qürbi-Həqdən böylə sapdın? 

Düşün! Naqis bəşər, bir baq nə yapdın!?. 

Bu gün qüdsiyyətin olmaqda fərhəm; 

Yazıq! Aldandın, ey biçarə Adəm!.. 

 

Allah  sayğısız  Adəmi  dərgahından  qovaraq,  qalmaqallı  və 



qovğalı  dünyaya  göndərir.  Onları  burada  nələr,  ah,  nələr  gözlə-

yir?..  Yer  üzərində  onlardan  törəyən  bəşər  nələr,  ah,  nələr  törə-

dəcək?.. Rəbbi bu həqiqəti onlara anladır. Başdan-başa rəzalət və 

fəlakətlərlə dolu dünyaya işarə edərək deyir: 

 

Nədir əzvaqi-dünya anla, ögrən! 



Əzil, qəhr ol, keçənlər keçdi, heyhat!.. 

Yaşarsın vadiyi-zillətdə məyus, 

Fəqət dönməz, o günlər geçdi, əfsus!.. 

Cihan durduqca həp nəslin bərabər, 

Bu müdhiş zərbədən qurtulmaz, inlər... 

 

Allahın qəzəbi yerə-göyə sığmır. Adəmi süfli-cinayətə (alçaq 



cinayətə)  uyduğu  üçün  lənətləyir.  Gələcək  övladlarına  ondan 

qalacaq əmanətin yalnız fəlakət olacağını anladır və deyir: “Nəfs 

harada  hakim  olsa,  haqsızlıq  və  zülm  həqiqi  eşqi  məhv  edər. 

Kimin  ülviysə  ruhu,  söz  onundur,  əsiri-nəfs  olan  daima 

zəbundur.” Yəni nəfsinin əsiri olan daima zəif və qüvvətsizdir. 

Dünən  və  bu  gün  yer  üzərində  Adəmdən  törəmiş  bəşər 

övladı  öz  nəfsinin  qulu  və  qurbanıdır.  Hər  cür  alçaq  cinayətlər, 

fəlakətlər,  rəzalətlər,  saysız-hesabsız  müharibələr  törətməyə  qa-

dirdir və törədir də!.. Allah bununla sanki alçaq cinayətlər törət-

məyə həvəsli olan Adəm övladlarından Adəmin intiqamını alır... 

Şeirdə  müasirlik  ruhu  qüvvətlidir.  Şair  əsər  üzərində 

işlərkən  Adəm  və  Həvva  əfsanəsilə  ilgəli  yalnız  dini  kitablarda, 

xüsusilə Qurani-Kərimdə, yazılanları deyil, xalq arasında və ağız 

ədəbiyyatında  geniş  yayılmış  rəvayətləri  də  nəzərə  almışdır. 

Adəm və Həvva Qurani-Kərimdə çılpaq şəkildə təsvir edilir. Şair 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə