İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə31/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   27   28   29   30   31   32   33   34   ...   142

94

                                            

Əsrin şairi IX 

başlayan şeiri oxuyurlar. 

Xəyyam artıq qocalmış, əldən düşmüş və xəstələnmişdir. O, 

ölümöncəsi nə  Müftinin,  nə  də  Şeyxin  səsini  eşitmək  istəyir. 

Yanına Xanəndə dəvət edir. Xanəndə onun üçün “Dəşti” və “Əbu-

əta”  muğamlarını  ifa  edir.  “Dinsiz  Xəyyam”  “Fatihə”  surəsinin 

avazı altında deyil, musiqinin və muğamın təranələri altında ölür. 

Məncə,  Cavid  pyesdə  Xanəndənin  timsalında  ya  Cabbar 

Qaryağdıoğlunun, yaxud Seyid Şuşinskinin proobrazını yaratmışdır. 

Xanəndə oxuyur, qoca Xəyyam onu dinləyir. 

 

- Könlümün başqa bir öksüzlüyü var, 



Çırpınan ruhumu bir şölə yaqar. 

Bəni oqşarkən o süzgün gözlər, 

Yağdırıb göz yaşı qısqandı bahar. 

 

“Dəşti”  muğamı  qoca  Xəyyamın  ruhunu  oxşayır.  Ölüm-



öncəsi  qayğı  və  həsrətini,  dünyaya  sevgisini  və  həyat  faciəsini 

ifadə edir. Böyük şair “Əbu-əta” oxunarkən can verir və gözlərini 

əbədi olaraq yumur. 

 

Beş gün ömrün necə əfsanəsi var, 



Eşqi var, badəsi var, peymanəsi var. 

Sonu həsrətlə bitərkən, əfsus,  

Yenə dünya dolu pərvanəsi var. 

 

2.6. Uşaqlara aid şeirləri 

 

XX əsr Azərbaycan realist yazıçıları kimi, romantik yazıçılar 

da  uşaqlar  üçün  bir  çox  maraqlı  və  gözəl  şeirlər  yazmışlar.  Bu 

cəhətdən  Abbas  Səhhət,  Məhəmməd  Hadi,  Hüseyn  Cavid, 

Əhməd  Cavad  və  b.  şairlərin  adını  ayrıca  qeyd  etmək  lazımdır. 

Cavid dörd şeirini (“Küçük sərsəri”, “Öksüz Ənvər”, “İlk bahar” 

və  “Qız  məktəbində”)  bilavasitə  uşaqlara,  bir  şeirini  (“Çiçək 

sevgisi”) Əli bəy Hüseynzadəyə həsr etmişdir. 

Şairin  uşaqlara  aid  şeirləri  özünəməxsus  xüsusiyyətlərilə 



         

95

 

İsgəndər Atilla 

seçilir.  Onun  incə  ruha,  incə  və  həssas  qəlbə  malik  olması  uşaq 

şeirlərində  də  özünü  açıq-aydın  büruzə  verir.  Şair  “Küçük 

sərsəri” şeirində kimsəsiz çocuqların taleyinə biganə qala bilmir. 

Həyatda gördüyü, müşahidə etdiyi kasıb, kimsəsiz, haqqı və hü-

ququ  tapdanan  uşaqların  obrazını  ədəbiyyata  gətirir,  onların 

müdhiş həyatını ürək ağrısı ilə təsvir edir.  

 

Günəşin qızğın, odlu zərbəsinə 



Hədəf olmuş vücudu; həm də əlil... 

Bir küçük qübbə yoq ki, kölgəsinə 

İltica eyləsin zavallı səfil! 

 

Şeirdə kiçik bir sərsərinin həyatı və məişəti təsvir edilir. Əlil, 



səfil  və  kimsəsiz  çocuq  yaşamağa  ümidini  itirmişdir.  Soluq  bir 

yaprağa  dönmüşdür.  Küçələrdən  keçən  yığın-yığın  insanlar  ona 

nəinki əl tutur, heç diqqət də yetirmirlər. Onların daş ürəyi uşağı 

alov  kimi  qarsır.  Günəşin  qızğın  odu  onun  arıq  vücudunu 

yandırır.  Şair  məsələni  belə  qoyur:  “Şəhərdə  cinayətin  yolunu 

kəsmək üçün həbsxanalar tikilir. Ola bilsin ki, sabah bu sərsəri də 

cinayət törədəcək və cinayətkar elan edilərək, zindana atılacaq.” 

 

Haqqa varmaq, pərəstiş etmək için 



Yücəlir bir tərəfdə məbədlər. 

Daş, çamur, haq rizası namümkün... 

Aldanır, aldanır zavallı bəşər. 

 

Uşaqlara, gələcək nəslə diqqət və qayğı göstərməyən zavallı 



insanlar gerçəkdən aldanırlar!.. 

Şair  “Öksüz  Ənvər”  şeirində

*

  daha  dəhşətli  və  faciəli  əh-



valatı  qələmə  almışdır.  Əhvalat,  daha  doğrusu,  tamaşa  sinifdə 

şagirdlərin  gözü  qarşısında  baş  verir.  Tamaşanın,  necə  deyərlər, 

baş qəhrəmanları şagird Ənvər və Müəllimdir. Balaca Ənvərin 9 

yaşı  var.  O,  ibtidai  sinifdə  oxuyur.  Ədəbli,  bacarıqlı  və  çalışqan, 

zəki və mütəfəkkir Ənvər başqa şagirdlərdən həm də davranışına 

                                                 

*

 

Şeir 19 aprel 1910-cu il tarixində “Həqiqət” qəzetində dərc edilmişdir. 




96

                                            

Əsrin şairi IX 

görə  fərqlənir.  Ənvərin  ümidi-pənahı,  sevinci-kədəri  bircə  anası 

var. O, anasını böyük  məhəbbətlə  sevir. Xəstə  anasına diqqət  və 

qayğı göstərməklə bərabər, dərslərinə də yaxşı hazırlaşır. Zavallı 

qadın uşağın gözləri qarşısında əriyir. Xəstəlik hər gün onu ölümə 

bir qədər də yaxınlaşdırır. 

 

Zavallı annəsi söndükcə yavrucuq yanıyor, 



Yanıb da qavruluyor; ən böyük düşüncələri 

Yarınki matəmi güldürmək üzrə aldanıyor, 

Fəqət qadın ərimiş, onda yoq həyat əsəri. 

 

Ənvər  anasının  xəstə  olduğunu  sinifdə  heç  kimə  bildirmir. 



Müəllim onu sorğu-suala tutarkən, özünü itirir, anlaşılmaz sözlər 

söyləyir. Dərddən, qəmdən dalıb gedir. Toqat yeyirsə də, susur. 

Artıq  ana  ölmüşdür.  O,  neçə  gündür  ki,  dərsə  getmir.  Hər 

gün  anasının  qəbri  üstə  gedib  göz  yaşı  tökür.  Ənvərin  dərsə 

gəlməməsi Müəllimi  maraqlandırmır.  Əksinə,  o  qızır,  sinifdə 

onun arxasınca söylənib durur: 

 

- Aman, nasıl yaramaz! Baq bir həftə keçdi dəxi 



Nə bir xəbər, nə bir iz var! Demək o bir sapqın... 

 

Budur,  anasına  yas  saxlayan,  hüzn  və  kədər  içində  olan 



Ənvər  dərsə  gəlir.  Sayğısız  və  kobud  Müəllim  onu  görüncə 

qəzəblənir.  “Ey!  Çocuq,  bana  baq!  Sən  iştə  hansı  Cəhənnəmdə 

idin?”  deyə  onu  təhqir  etməyə  başlayır.  Uşağın  bahar  buludu 

kimi  gözləri  dolur,  cavab  verə  bilmir.  Müəllim  “tülkü,  qurnaz” 

deyə onu kötəkləməyə başlayır. 

 

-  Ah, dəni, yaramaz! 



Nasıl da baq dalıyor, sanki tilkidir qurnaz!.. 

Çocuqcığazda cavab: iştə bir sükuti-həzin... 

Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç 

Toqatlayınca, çocuq bircə kərrə hıçqırdı: 

“Aman, vay, annəciyim!..”, sonra qəşş olub getdi

Bu səs sınıfda olan cümlə qəlbi titrətdi. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə