İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə39/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   35   36   37   38   39   40   41   42   ...   142

118

                                            

Əsrin şairi IX 

Vasif 

Əfsus ki, hiçdir sonu, türk ordusu varsın, 

İstərsə bütün Hindi də, Əfqanı da sarsın, 

İstərsə bütün qarşı çıqan manei yıqsın, 

Turanı basıb bağrına Altaylara çıqsın, 

Mümkün deyil, əsla olmaz naili-mail, 

Etdikcə xəyanət əli bu milləti pamal. 

Turana qılıcdan daha kəskin ulu qüvvət 

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət... 

(“İblis”) 

Divan  bəyi.  Fəqət  bən  biləks,  Yıldırım  məsələsinə  əsla 

tərəfdar  olmaq  istəməm. Çünki hər  ikiniz  Turan  aləminin  birər 

qütbüsünüz.  Şu  iki  qütb  bir-birilə  çarpışırsa,  ortada  fəlakətli  bir 

uçurum açılmış olur. Və bu nifaqdan istifadə edərək ətrafı saran 

əcnəbi devlətlər türk dünyasına saldırmağı fürsət bulur... 

(“Topal Teymur”) 

 

Vəzir 

Türk ordusu 

Keçmiş bizim hüdudu. 

Atılaraq iləri, 

Talamışlar köyləri. 

 

Birinci cəngavər 

Haydı, qorqunc olur hücumu türkün. Və s. 



(“Səyavüş”) 

 

XX əsr parlaq surətdə məlum həqiqəti bir daha təsdiq etdi: 

insan vəhşiliyinin həddi-hüdudu yoxdur. Həmin vəhşiliyə məruz 

qalan  millətlərdən  biri  və  bəlkə  də  birincisi  türklər  oldu.  Birinci 

cahan hərbində  xristian  dünyasının  müsəlman  Anadolu  türk-

lərinə,  rus  bolşeviklərinin  Qafqaz  və  Orta  Asiya  türklərinə  tut-

duğu divan əsrin ən qanlı səhifələrindən birini təşkil edir. Qüdsi 



         

119

 

İsgəndər Atilla 

kafirlərdən azad edən, səlib yürüşlərində məğlub edilən xristian-

lar  haçansa  türklərdən  intiqam  almalı  idi  və  aldılar  və  alırlar!.. 

Ancaq türkün iradəsini qıra bilmədilər, türkü məğlub edə bilmə-

dilər!.. 

Sözün  müsbət  mənasında,  millətçi  və  təəssübkeş  şairin  öz 

əsərlərində bu kibi tarixi həqiqətləri nəzərə alması təbii və tarixi 

gerçəkliyə uyğun idi. Şairin yeni əsrdə basılan, əzilən, kəsilən, ası-

lan,  qəhr  edilən  türkün  halına  yanması,  milli  faciə  və  fəlakətini 

özünün  şəxsi  fəlakəti  və  faciəsi kimi mənalandırması,  ürək 

ağrısına çevirməsi də təbii idi. Bu, hər şeydən öncə, onun millət və 

vətən sevgisindən irəli gəlirdi. 



 

Şair “Hərb və fəlakət”, “Kars və Otlu ətrafında səbəbsiz (!?) 

olaraq  alçaqcasına  qətl  və  yəğma  edilən məzlumlar  için”, 

“Qürubə qarşı” və “Qoca bir türkün vəsiyyəti” şeirlərində qədim 

türkün şanlı və şərəfli tarixi ilə müasir türkün fəlakət və faciəsini 

qarşılaşdırır.  Türkün  keçmişində  möhtəşəm  qalibiyyət  və 

qəhrəmanlıq,  bu  günündə  böyük  bir  sıxıntı,  kədər  və  fəryad 

görür.  Bir  zamanlar  türkün  seçmə  oğulları,  qəhrəman  övladları, 

anlı-şanlı  əcdadı  yer  üzünü  titrədər,  hökm  edər,  millətlərə,  kral-

lara, xanlara, ulu şahlara, Çin hökmdarlarına sözünü dinlədərdi. 

 

Həp krallar, prenslər, xanlar, 



Ulu şahlar, kibirli xaqanlar,

*

 



Papalar, həp xəlifələr hər gün 

Diz çökərlərdi türkə qarşı bütün. 

 

Çünki hökm və qılınc onun əlində idi. Türk ərləri və ərənləri 



qartal  kimi  saldırıcı  idi.  Qəhrəman  türk  igidləri  qüvvətdən, 

ululuqdan,  fəth  və  zəfərlərdən  zövq  alardı.  Qonşu  dövlətlər  və 

ölkələr bunu gördükcə türkə yalvarardı... Zavallı millətlər, başsız 

məmləkətlər  türkün  qüdrətini  görübən,  ona  boyun  bükərdi, 

                                                 

*

 



Çin hökmdarları. H.C. 


120

                                            

Əsrin şairi IX 

yalvarardı, ondan mərhəmət umardı. Ölümdən canını qurtarmaq 

üçün  onun  qılıncına  sığınardı.  Lakin  bu  mərhəmət,  o  aman 

sonradan türkə verdi ziyan.  



Türkün qədim və müasir tarixini vərəqləyən şair, oxucuların 

diqqətini  birinci cahan hərbinə yönəldir. Necə  deyərlər, daş atır, 

baş tutur. İndi o şahamətli türkün övladı əzilir, büzülür, yeməyə 

çörək tapmır. Yanır, qovrulur, fəryadı əflaka çıxır. 

 

İştə baq! Yavrular, xanım qızlar 



Titriyor pənceyi-fəlakətdə, 

Həp ölüm qarşısında, zillətdə... 

Həpsi qardaşca bir nigah arıyor, 

Bir kömək, bir pənahgah arıyor... 

Nə fəlakət bu, həm nasıl müdhiş!? 

Ah, ölüm ən böyük səadət imiş... 

 

Dünənki  türk  qəhrəmanlığı  ilə  öyünürdü.  Bugünkü  ac, 



çılpaq  türk  zillət  və  fəlakət  içində  çırpınır.  Məhzun,  şikəstə  türk 

qan ağlayır, fəryad qoparır, fəqət o fəryadı dinləyən yox. 

 

Mən  bu  sətirləri  yazdıqca  düşünürəm:  İlahi!  Şair  həmin 

şeirləri  necə,  hansı  şəraitdə,  hansı  əsəb  gərginliyi,  hansı  əhval-

ruhiyyə  ilə  qələmə  almışdır?..  Bəlkə  də  yaza-yaza  gözləri 

yaşarmış, qan ağlamışdır!.. Hər halda, həmin misraları sakit halda 

yazmaq  mümkün  deyildi.  Çünki  bu,  zərif,  incə  və  həssas  şairin 

qəlbinə  və  ruhuna  zidd  olardı.  Şairin  ürəyindən,  könlündən 

qopub gələn hiss və düşüncələr onun əsəblərini tarıma çəkməyə 

bilməzdi. Bunu həmin şeirlərin ruhundan aydınca duymaq olur. 

Digər  bir  tərəfdən,  şair  rus  və  xüsusilə  ermənilərin  Kars, 

Ərdəhan,  Sarıkamış,  Oltu  və  Türkiyənin  başqa  bölgələrində 

törətdikləri  qırğınlara,  qətliamlara  necə  laqeyd  qala  bilərdi?..  O, 

qan  qardaşı,  can  qardaşı,  din  qardaşı  türklərin  XX  əsrin  əvvəl-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə