İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə37/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   33   34   35   36   37   38   39   40   ...   142

112

                                            

Əsrin şairi IX 

bəlkə də qədim yunanların intiqam Allahı Alastordur?!. Allah onu 

yer  üzərinə  Adəm  övladlarından  intiqam  almağa  göndərmişdir. 

Bəlkə də müharibə Allahı Areydir?!. Hər halda, demək istəyirəm 

ki, şeir əsatiri bir ruhda yazılmışdır. Şair real şər qüvvələrlə əsatiri 

şər qüvvələr arasında paralellər aparmışdır. Şeir “Hərb Allahına” 

müraciət  formasında  yazılsa  da,  o,  başda  Almaniya  olmaqla, 

dünyada  törədilən  fəlakət  və  faciələri  yer  üzərindəki  müharibə 

allahlarının rəmzidir. Şair yer allahlarının əsatir allahları Arey və 

Alastordan  daha  amansız,  daha  qəddar  olduğunu  göstərmək 

istəmişdir.  

 

Şərr olmadıqca xeyrə qavuşmaq məhal olur, 



Qəsvətli, sisli bir gecədən bir günəş doğar. 

Hürriyyət öylə nazlı bir afət ki, pək vəqur, 

Qan aqmadıqca kimsəyə gülməz o işvəkar. 

Zatən bu, köhnə yurdumuzun köhnə adəti

Hər Tanrının qan içməyə var hüsni-rəğbəti. 

 

Şair  inanır  ki,  müharibə  bitəcək.  Zülmət  dağılacaq.  Hər 



qaranlıq  gecədən  parlaq  bir  Günəş  doğacaq.  Haq  və  ədalət  in-

sanların üzünə gülümsəyəcək. Al bayrağın qanadları altında pür-

məal  olacaq.  Fəqət  bütün  dünyada  hürr  olacaqmı?  Bütün  bəşər 

övladı azad və xoşbəxt yaşayacaqmı?.. Şair buna şübhə ilə yana-

şır. Onu dadlı bir xəyal sayır və deyir: “Hürriyyət? Ah, o bəncə fə-

qət tatlı bir xəyal... // Dünyada varmı hürr, əcəba? İştə bir sual!..” 

Müəllif  burada  tarixi  bir  sual  və  problem  qoyur  və  ona 

cavab verməyi oxucuların mühakiməsinə və ixtiyarına buraxır. 

“Hərb  İlahi  qarşısında”  şeiri  bir  əsr  bundan  əvvəl  qələmə 

alınmışdır.  Bu  gün  qloballaşan  dünyada  baş  verən hadisələr  və 

savaşlar  fonunda  o  daha  müasir,  daha  aktual  görünür;  şairin 

fikirləri  oxuculara  daha  inandırıcı  təsir  bağışlayır.  Vəhşi  və 

amansız dünyada bu gün nələr baş verir?!. Şərr qüvvələr daha da 

azğınlaşır, amansızlaşır, qəddarlaşır!.. 

Cavidin  bu  tipli  əsərlərilə  “Hubuti-Adəm”  şeiri  arasında 



         

113

 

İsgəndər Atilla 

məntiqi  bir  bağlılıq,  bir  əlaqə  var.  O,  sanki  “Hübuti-Adəm” 

şeirinin fəlsəfi ruhundan doğan fikirlə həmin əsərlər arasında bir 

körpü  salır.  Rəbbin  “Cihan  durduqca  həp  nəslin  bərabər,  //  Bu 

müdhiş  zərbədən

*

  qurtulmaz,  inlər.”  fikri  yer  üzərində  çoxdan 



təsdiqini  tapmış  və  tapır.  İştə,  dünyada,  o  cümlədən  İraqda, 

Fələstində,  Əfqanıstanda,  Suriyada  baş  verən  hadisələr!  Həmin 

hadisələr  birinci  və  ikinci  dünya  savaşından  daha  dəhşətli  və 

faciəlidir.  Hərb  Allahının  qan  tökməyə  hüsni-rəğbəti  getdikcə 

artmaqdadır. 

Şeirdə Xeyir və Şərrin əzəli və əbədi bir qüvvət olduğu bir 

daha təsdiqlənir. Şair haqqa, ədalətə, hürriyyətə qovuşmaq üçün 

insanları mübariz olmağa çağırır. Qan axmadıqca hürriyyətin – o 

nazlı afətin, o işvəkarın bir kimsənin üzünə gülməyəcəyinə, xəyal 

olaraq  qalacağına  inandırmağa  çalışır.  Həmin  fikir  və  ideyanı 

başqa  şeirlərində  və  dramatik  əsərlərində  davam  və  inkişaf 

etdirir. 



 

 

* * * 

Bir millət  üçün  hər  şeydən  əqdəm arzu ediləcək  şey  qüvvətdir. 

Zəmanəmizdə  millətlərin səlamətinə, səadətinə  yeganə  vasitə  budur. 

Əvvəl ittihad, sonra tərəqqi. 

Milli mənliyini bilməyən millətlər başqa millətlərin şikarıdır.  

Əli bəy Hüseynzadə 

 

Qucaq-qucaq edilən tatlı vədlər pək çoq, 



Saqın inanma! Yalan... Yoq  zəif için haq yoq!.. 

Cihanda haq da, həqiqət də həpsi qüvvətdir. 

Hüseyn Cavid 

 

Türkçülük türk millətini yüksəltməkdir. Türkçülüyün mahiyyətini 

anlamaq üçün ilk öncə  millət  adına  verilən  topluluğun  –  zümrənin 

nədən ibarət  olduğunu  təyin etmək  lazımdır.  Türk  bir  millətin  adıdır. 

                                                 

*

 Alçaq cinay



ətdən. 


114

                                            

Əsrin şairi IX 

Millət özünəməxsus kültürü – harsı olan bir insan topluluğu – zümrə 

deməkdir. 

Ziya Göyalp 

 

Azərbaycan Türklüyü yüksək  ideyalar  uğrunda  min  bir  dürlü 



döyüş görmüş və bu uğurda ən dəyərli övladlarını qurban vermişdir.  

Azərbaycandakı  rus-bolşevik  hakimiyyətinin  ruslaşdırma  siyasəti 

iki  şəkildə  zühur  edir:  iqtisadiyyatda  mərkəzləşdirmə;  kultur  alanında 

ruslaşdırma. 

Azərbaycanda  “sovetizm”in  şəklən “türkizmə” qələbəsi təmin 

edilmişdir.  Rus  bolşevizmi  Azərbaycan millətçiliyi üzərində  zəfərini 

təsbit edir. Yabançı totalitarizm yerli demokratiyanı boğmuşdur. 

Məhəmməd Əmin Rəsulzadə 

 

Turana qılıcdan daha kəskin ulu qüvvət



Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. 

Hüseyn Cavid 

 

Məqsədimiz  yeni  bir  türk  dünyası,  müstəqil, mədəni, plüralist 

demokratiya ilə  idarə  edilən bir Azərbaycan Türk dövləti  qurmaqdır. 

Quruluşumuz demokratiyadır. 

Biz  latın  hərflərini qəbul edəcəyik  ki,  həm  o  hərflərlə  öz 

kitablarımızı oxuyaq, həm də Türkiyə ilə əlifba birliyi olsun. Bütün türk 

xalqlarında əlifba birliyi olsun. 

Əbülfəz Elçibəy 

 

Nə zaman kişnəsəydi türkün atı, 



Qırılırdı bir ölkənin qanatı. 

H.Cavid 

 

2.8. Caviddə türkçülük, yaxud vətən və Turan sevgisi 

 

Caviddə  türkçülük  məfkurəsi  İstanbulda  təhsil  alarkən  ya-

ranmış və formalaşmışdır. Bu, əsasən, iki istiqamətdə olmuş və o, 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə