İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə45/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   41   42   43   44   45   46   47   48   ...   142

136

                                            

Əsrin şairi IX 

şairin  şeirlərində,  xüsusilə  dramaturgiyasında  öz  bədii  ifadəsini 

tapmışdır. Budur, lirik qəhrəman gözlərini yola dikərək öz nazlı 

Yarını gözləyir. O, isə gəlib çıxmır. Hilal qaşlı Sevgilisindən xəbər 

almayan lirik qəhrəmanın bağrı qana dönür. Yaralı könlünü oxşa-

yan tapılmır. Yüz bahar gəlsə də, onun eyni açılmır, üzü gülmür. 

Öz  Yarından  başqa  gözü  özgə  gözəli  görməyən  şair,  anadan 

təzəcə doğulmuş öksüz bir çocuq kibi zar-zar ağlayır. 

 

Gülməz, yüz bahar olsa, gülməz yüzüm, 



Yardan başqa bir gözəli görməz gözüm, 

Sanki anadan ayrılmış öksüzüm 

Yar-yar deyib gecə-gündüz ağlarım. 

 

Qoşma  formasında  yazılmış  şeir  öz  ruhu  etibarilə  “Şeyx 



Sənan” mənzum  faciəsində  Serğonun  türküsünə  və  “Qaçqın” 

şeirinə oxşayır. Serğonun türküsündən bir bəndə nəzər salaq. 

 

Uzaqlaşdım gülümdən, sevgilimdən, 



Ayrı düşdüm vətənimdən, elimdən. 

Həp sızlarım, bir şey gəlməz əlimdən, 

Yar-yar deyib gecə-gündüz ağlarım. 

 

“Çoban  türküsü”  şeirində  şair  öz  obrazını,  “Qaçqın”  şei-

rində  həm  özünün,  həm  də  həyat  yoldaşı  Mişkinaz  xanımın 

obrazını  yaradır.  Lirik  qəhrəmanın  dərdini  şairin  Leylası,  şairin 

dərdini  Mişkinaz  xanım  uyutmur...  Dərdi  başından  aşan  şair, 

üzünü  göyə  tutaraq,  dərdini  Aya  danışır.  Ayı  görər-görməz  fik-

rindən Yarının xəyalı gəlib keçir. Dərbədər könlünün məlalı daha 

da artır. Yarının mavi gözlərini, süzgün baxışlarını, tatlı sözlərini 

xəyalında canlandırır. 

 

Göy yüzündə görür-görməz hilalı, 



Keçər fikrimdən yarımın xəyalı, 

Dərbədər gönlümün artar məlalı, 

Yar-yar deyib gecə-gündüz ağlarım. 



         

137

 

İsgəndər Atilla 

Yosma dilbərim deyilmiş ədasız, 

Pək nazlıdır, amma deyil vəfasız, 

Nə çarə!? Eşq əhli olmaz bəlasız, 

Yar-yar deyib gecə-gündüz ağlarım. 

 

Cavid  “Knyaz”  mənzum  faciəsində  mövzunun  üzərinə 



yenidən  qayıdır  və  Şakronun  yumoristik-satirik  bir  “türküsünü” 

yazır.  Şakro  həmin  mahnı  ilə  məclisi  ələ  alır  və  əyləndirir. 

Mahnıdan bir neçə misraya nəzər yetirək. 

 

...Bənim nazlı yarımın pudralı cəmalı var, 



Boyalıdır saçları, iki yapma xalı var. 

Həm cavan, həm gözəldir: əlli səkiz yaşında? 

Dərman için bir tük yoq kipriyində, qaşında... 

 

Türkün tökülən qanları bihudə gedərmi? 



Diqqətlə düşün: yoxsa bu qan həpsi hədərmi?.. 

Məhəmməd Hadi 

 

2.9. Türk əsirləri 

 

Türkçü Hadi birinci cahan hərbinin canlı şahidi olmuş, onu 

yaxından izləmişdir. Türkçü Cavid isə əksinə, onu uzaqdan-uzağa 

izləmiş və həmin  mövzuda şeirlər yazmışdır... 

XX əsrin birinci yarısı türk dünyası üçün faciəli və fəlakətli, 

ağrılı  və  acılı,  uğurlu  və  uğursuz  olmuşdur.  Osmanlı  imperiyası 

çökmüş, onun yerində yeni türk dövləti yaradılmışdır.

*

 Azərbay-



can  müstəqillik  qazanmış,  iki  ildən  sonra  rus  sovet  təcavüzünə 

məruz qalmışdır. Birinci cahan hərbi Türkiyəyə, Oktyabr çevrilişi 

və  SSRİ-nin  yaradılması  Qafqaz,  Azərbaycan  və  Orta  Asiya 

türklərinə baha başa gəlmişdir. Milyonlarla türk öldürülmüş, diri-

diri  torpağa  gömülmüş,  quyulara  atılmış,  malı-mülkü  talan 

                                                 

*

Qeyd. 

İki  dünya  müharibəsinə  4  trilyon  ABŞ  dolları  xərclənmişdir.  Hər iki 

müharib

ədə 60 milyon adam ölmüşdür ki, onun böyük əksəriyyətini mülki əhali 



t

əşkil edirdi. 




138

                                            

Əsrin şairi IX 

edilmişdir... 

Birinci  dünya  müharibəsi  tüğyan  etməkdə  idi.  Türkiyə 

ölüm-dirim  savaşına  qatılmışdı.  Düşmənlər  türk  ordusu  və 

xalqının iradəsi, dözümü, mətanəti, yeniməzliyi və mübarizə əzmi 

qarşısında mat qalmışdı. Çanaqqala döyüşü müharibənin taleyini 

həll  etməli  idi!..  Cəbhələrdə  döyüşlər  səngimirdi.  Ermənilər 

rusların havadarlığı ilə türklərə qarşı genosid siyasətini davam et-

dirirdilər,  dinc  əhaliyə  divan  tuturdular.  Əhali  ağlasığmaz 

ingəncələrə  məruz  qalırdı.  Döyüşən  döyüşür,  ölən  ölür,  əsir 

düşənlər  güllələnirdi.  Cavid  bir  neçə  il  idi  ki,  müharibənin  ağrı-

acısını, türkün faciə və fəlakətini öz içində yaşadırdı. Əsəbi hallar 

keçirir, qələminə güc verib yazırdı. 

Həmin müdhiş hadisələrin canlı şahidi olan Qurban Səidin 

“Əli və Nino” romanından bəzi parçalara nəzər salaq: “...Düzdür, 

türklər  sünnidirlər.  Amma  buna  baxmayaraq  ürəyim  Ənvər 

(Ənvər  paşanın  –  İ.A.)  şəhərimizə  (Bakıya  –  İ.A.)  girişinin 

həsrətini çəkirdi. Bu nədir axı? Şəhidlərimizin qanı boş yer axıb? 

-  Seyid,  -  dedim,  -  türklər  də  bizim  tayfadandır.  Biz  eyni 

dildə danışırıq. İkimizin də damarlarında Turan qanı axır. Bəlkə 

buna görə xəlifənin hilalı altında ölmək daha asandır...

1

 



Bakıda  müharibə  getməsə  də,  şəhər  həyəcanlı  günlərini 

yaşayırdı.  Etmənilər  Bakının  küçələrində  at  oynadırdılar.  Cavid 

bunları öz gözlərilə görür və məyus olurdu... 

Qurban Səid romanında ermənilərə qarşı nifrət və “rəğbəti” 

bu  cür  təsvir  edir:  «...Elə  ayağımı  küçəyə  qoymuşdum  ki,  kimsə 

tələsik özünü mənə çatdırdı. Atamın köhnə dostu Süleyman ağa 

idi.  O  da  restoranda  oturmuşdu.  Ağır  əlini  çiynimə  qoydu  və 

dedi:  “Tfu,  sən  işə  bax!  Şirvanşir  nəslinin  övladı  ermənini 

qucaqlayır.” Açarı çıxarıb qapını açmaq istəyəndə başımı yırğala-

yıb  öz-özümə  düşündüm:  “Ermənilərə  belə  nifrət  bəsləmək nə 

axmaq işdir.”» 

                                                 

1

 Qurban S



əid. Əli və Nino, Bakı, 2006, s. 73. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə