İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə43/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   39   40   41   42   43   44   45   46   ...   142

130

                                            

Əsrin şairi IX 

haranı  nəzərdə  tutur?  Azərbaycanımı?  Şərqimi?  Turanımı? 

Məncə, hər üçünü! Fəqət daha çox müsəlman Şərqini! Şair maarif 

və  mədəniyyətcə  geri  qalmış  Vətəninin  halına  yanır,  ona  sanki 

qara  yas  tutur.  Onun  “qalibi-zəval  olmasına”  acıyır,  ayaqlar 

altında qalmasından məyus olur, dərin təəssüf hissi keçirir. 



 

23 

Şairin  şeirdəki  halını  təsvir  edən  fikirlərilə  Qurbanəli  Şə-

rifova  göndərdiyi  məktublarda  təsvir  etdiyi  halı  və  vətən 

haqqında  düşüncələri  arasında  böyük  oxşarlıq  var.  Həmin mək-

tublardan  bir  neçə  cümləni  oxucuların  nəzərinə  çatdırıram: 

“Validəxanada  bir  otaq  icarə  edib  ələ  gətirdim.  Buranı  kəndimə 

məskən  etdim.  Keçdi  cəhalət  zamanı,  gəldi  hürriyyət  zamanı. 

Xalqa boyunduruq olmaq istəməm və istəməyəcəyəm. Şimdi əsl 



məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir.”  

Cavid  İstanbulda  təhsil  alarkən  bu  cür  düşünür,  vətənə, 

konkret  olaraq  Azərbaycana  layiqincə  xidmət  etmək  arzusu  ilə 

yaşayırdı.  Öz  fikirlərini  həm  şeirlərində,  həm  də  məktublarında 

açıq  şəkildə  bildirirdi.  O,  vətən  haqqında  düşündükcə  cismi-

nazənində yaralar sanki gülün qönçəsi kimi qızarırdı. Fikir etdik-

cə cismi-təni məhv olurdu. Düşündüklərini nəzmə çəkirdi. 

 

Bir zamanlar şu vətən maarifcə 



Sayılırdı yer üzrə bir gülşən. 

Kəsbi-qəflət edib təsadüfcə 

Şimdi olmuş libası qanlı kəfən. 

Get-gedə qabili-zəval olmuş, 

Ayaq altında paymal olmuş. 

 

24 

“Dekadans  şair”  libası  qanlı  kəfən  olmuş,  maarif  və  mədə-

niyyətcə  geri  qalmış  vətəninə  elə  bil  ki,  mərsiyə  deyir,  ağı 

söyləyirdi.  Vətəni  özünün  sevimli  validəsi,  vətəndaşları  onun 

zavallı yavruları hesab edən müəllif, buna son dərəcə təəssüflənir 



         

131

 

İsgəndər Atilla 

və  kədərlənirdi.  Vətən  övladlarını  əğyardan  vəfa  ummamağa 

çağırırdı. 

Ey vətən! Ey gönül pərəstarı! 

(------------------- Ey gönül aşiqi!) 

Var ümidim, qüsura baqmayasan, 

Bizə tərcih edib də əğyarı 

(Əğrarı bizdən üstün tutub da) 

Buraqıb nari-hicrə yaqmayasan. 

(Buraxıb bizi hicran oduna, atəşinə yaxmayasan) 

Səni bu hala saldı qəflətimiz, 

Daha əfv et, yetər nədamətimiz. 

(----------------- yetər peşmançılığımız.) 

 

Şeir dərin ictimai məzmuna malikdir. Şair vətəninin elmcə, 



maarifcə,  tərəqqicə  geri  qalmasından  narahat  olur,  “ah”  çəkib 

təəssüflənir.  Vətənin  bu  hala  düşməsinə  özümüzün  günahkar 

olduğumuzu  etiraf  edir,  onun  dərdinə  dərman  axtarır.  Daha 

kəskin ifadələr işlətməkdən belə çəkinmir. 

 

Bizi, ey yer! Yarıl da kamına çək! 



Eyidir bu həyatdan ölmək. 

 

25 

Şairin  dərdi  vətən  dərdidir,  vətən  sevgisidir,  vətən həs-

rətidir. O, vətənsiz yaşaya bilmir, vətənsiz düşünə bilmir, vətənsiz 

qələm çalmaq istəmir. Vətən övladlarını vətəni sözdə deyil, işdə, 

əməldə sevməyə çağırır. İnkişafdan geri qaldığına görə vətəndən 

üzr istəyir. Bu işdə hamının suçu olduğunu, “Ər kişinin mayeyi-

iftixarının  vətən  uğrunda  bəzli-himmətidir”  və  “Qeyrət  istər  ki, 

can nisar edəlim, mədəniyyətlə iftixar edəlim” fikrini oxucuların 

diqqətinə məxsusi çatdırır, beyninə yeritmək istəyir. O, vətəndən 

uzaqda,  İstanbulda  bu  cür  düşünür  və  bu  cür  yazırdı:  “Vətən, 

vətən  deyərək hər  diyara  səs  sallam!”  İstibdadın,  zülmün, 

mütləqiyyətin  əleyhinə  çıxırdı.  İnsanların  hüquqlarının  bərbad 




132

                                            

Əsrin şairi IX 

olmasına,  zülmün  atəşi  ilə  onların  canını  yaxmasına  qarşı  etiraz 

səsini  ucaldırdı.  -  Bu nə  dəhşətli  haldır,  ya  Rəb,  -  deyə  haray 

çəkirdi. Şərq ilə Qərbi müqayisə edərək bu nəticəyə gəlirdi. 

 

Ey vətən! Səndə parlayanda ziya 



Büsbütün əhli-Qərb cahilimiş.

*

 



Şimdi bulmuş vüqu əksi-qəza, 

(Şimdi bulmuş geriləmə, tənəzzülə uğrama) 

Əcəba bu nasıl təğafilimiş? 

(Əcəba bu necə qəflət imiş, unutma imiş, 

özünü bilməməzliyə vurmaq imiş?) 

 

26 

Şair  şeirdə  “Bilməm  ki,  nədir  bu  hala  səbəb”  desə  də,  o, 

həmin səbəbləri gözəl bilirdi. Şeirdə yeri gəldikcə həmin səbəblərə 

həm tarixi, həm də müasir baxımdan münasibət bildirirdi. Onun 

fikrincə, bizi (Şərqi, Türk dünyasını) cəhalət yuxusuna sövq edən, 

bu  hala  salan  arsızlardı,  abırsızlardı.  Düşmən  bizi  aldadarkən, 

                                                 

*

  H



əmin beytdə  Şərq və  Qərb mədəniyyət tarixini gözəl bilən Cavid, ciddi 

problem

ə toxunmuşdur. Bəzi şeirlərində, “Uçurum”, “İblis”, “İblisin intiqamı” 

pyesl

ərində, “Azər”  poemasında,  məqalələrində  həmin problemin üzərinə 

qayıtmışdır.  Şair  “Ey  vətən” deyərkən  Şərqi nəzərdə  tutur. Təsadüfən “Səndə 

parlayanda ziya, büsbütün 

əhli-Qərb  şahilimiş”  yazmır.  Görkəmli alim, 

şərqşünas  Əbülfəz Elçibəy yazır:  “VI-XI yüzillərdə  xristian  dünyasında  dinin 

böyük t

əzyiqi nəticəsində  azadfikirlilik  boğulduğu,  bilik  ocaqları  qapadıldığı, 

Avropada bir zülm

ət və  cəhalət hakim kəsildiyi halda, IX-XI yüzillərdə  islam 

al

əmində  azaddüşüncəlilər mübarizəsi gedir, yüzlərlə  elmi mədini cərəyan 

özünün  doğru  olduğunu  sübuta  çalışır,  “Haqqı”  tapmaq  bütün  mübahisələrin 

ana x

əttini təşkil edirdi. Hakim mövqedə dayanan ərəb təfəkkürü ilə yanaşı, fars 

t

əfəkkürü də  müəyyən  mövqe  tutmuşdu.  IX  yüzildən  başlayaraq  türk  təfəkkürü 

Yaxın  və  Orta  Şərqin ictimai-siyasi həyatına  daxil  olub  getdikcə  yüksəlir, 

yönverici mövqe qazanırdı... Çox çəkmədi ki, oğuzlar bütün Orta və Ön Asiyanı 

birl

əşdirib Böyük Səlcuq imperiyası yaratdılar, türk düşüncə tərzi Yaxın və Orta 

Şərqdə hakim mövqe qazandı...” (Əbülfəz Elçibəy. Bu mənim taleyimdir, Bakı, 

1992, s. 224-225). Ulu Cavidimiz d

ə həmin beytdə bunları nəzərdə tutur. Qərb 

inkivizasiya

sını  unutmur.  Həmin inkivizasiya məsələsinin  üzərinə  “İblisin inti-

qa

mı” pyesində qayıdır. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə