İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə46/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   42   43   44   45   46   47   48   49   ...   142

         

139

 

İsgəndər Atilla 

Bu sətirləri  oxuyarkən  Əkrəm  Əylisinin  “Daş  yuxular” 

romanı,  ona  qarşı  vəhşi  hücumlar,  meydanlarda  kitablarının 

yandırılması  yadıma  düşür...  Mən  onun  romanı  haqqında  bir 

kitab yazmışam, amma nəşr etdirə bilməmişəm. 

Rus  və  erməni hərbi  birləşmələri  tərəfindən  əsir  alınmış 

türklər  Bakıya  gətirilmişdi.  Nargin  adasına  sürgün  edilmişdi. 

Həmin  hadisənin  canlı  şahidi  olmuş  Qurban  Səid  bu  haqda 

yazmışdı:  “Səhradan  şəhərə  (Bakıya  –  İ.A.)  ağır  addımlarla 

dəvələr  gəlməyə  başladı...  Dəvələr  lülələri  yerə  baxan  topları, 

tüfəngləri və sursatla dolu qutuları daşıyırdılar. Bunların hamısı 

böyük döyüşdə (cahan hərbində - İ.A.) ələ keçirilən hərbi qənimət 

idi.  Cır-cındıra  çevrilmiş  boz  rəngli  uniforma  geyən  türk  əsirləri 

küçələrdən keçirdilər. Onlar dəniz (Xəzər – İ.A.) sahilinə tərəf ge-

dirdilər. Orada onları buxar gəmilərinə doldurub Nargin adasına 

aparırdılar.  Əsirlər  bu  adada  dizenteriya,  aclıq  və  vətən 

həsrətindən məhv olurdular. Bəziləri də qaçmağa müvəffəq olur, 

amma  ya  İranın  duz  basmış  səhralarında,  yaxud  da  Xəzər 

dənizinin qurğuşun rəngli dalğalarında can verirdilər.”

1

 



Cavid  həmin  hadisəni  görmüşdümü,  dəqiq  söyləmək  çə-

tindi?  Ancaq  türk  əsirlərinin  Nargin  adansına  aparılmasından 

xəbərdar idi. 

Müharibə uzaqlarda getsə də, Azərbaycanda onun ağrı-acısı 

hiss  olunurdu.  Əsgərlərlə  dolu  vaqonlar  Şimaldan  (Rusiyadan), 

yaralılarla doldurulmuş qatarlar isə Qərbdən gəlirdi. Rus knyazı 

Nikolay  Nikolayeviçin  türklərə  qarşı  kini  və  qəzəbi  yerə-göyə 

sığmırdı.  “Qumlu  səhraları  aşıb  Bağdad,  Trabzon  və  İstanbula 

qədər  uzanıb  gedirdi.”  (Qurban  Səid)  Cavid  bütün  bunları 

uzaqdan görür, duyur, qəzetlərdən oxuyurdu. Öz iti qələmilə mü-

haribə cəlladları və cinayətkarlarına qarşı qəzəb və nifrətini kağız 

üzərinə köçürürdü.  

 

                                                 



1

 Qurban S

əid. Əli və Nino, Bakı, 2006, s. 86. 



140

                                            

Əsrin şairi IX 

Erkək, qadın, əskər, çocuq, ixtiyar  

Əsir deyə, binlərcə türk evladı: 

İssiz bir adanın qoynunda sızlar 

Sorulmaz dərdi, duyulmaz fəryadı. 

İştə kinli bir məzarlıq ki, hər gün 

Sağlam vücudlar belə düşkün, ölgün... 

 

Nargində minlərcə türk əsiri rütubətli bir adanın qoynunda 



sızlayırdı. Onun dərdi sorulmur, fəryadı duyulmurdu. Ada kinli 

bir  məzarı  xatırladırdı.  Sanki  təbiət  də  düşmən  kimi  onlardan 

intiqam alırdı. Şimşək, soyuq, boran, yağmur və fırtınalar əsirlərin 

məhzun  könüllərini  daha  məhzun  edirdi.  Aclıq  bir  yana, 

susuzluqdan onların dilləri qurumuş, dodaqları çat-çat olmuşdu. 

Amansız  qartalın  vəhşi  dırnaqları  məsum  yavruları  didib  parça-

layırdı. Şair səsini dünyanın sülhsevər insanlarının səsinə qataraq, 

“Qardaşlıq, birlik və bərabərlik” deyən sərxoşları qınayırdı. 

 

İştə bir vəhşət ki, çəkilməz artıq, 



Dost deyil, düşman belə görsə ağlar. 

Ey türk eli! Ey milyonlar ölkəsi! 

Saqın, duyma nədir bu hal, bu vəhşət; 

Titrətməsin səni bu qardaş səsi, 

Korluq, sağırlıq o da bir səadət!.. 

(“Türk əsirləri”) 

 

Qeyrətli və həssas şair Nargin adasında bəlaya düçar olmuş 



türklərin  dərdinə  şərik  olur,  fəlakətinə  acıyır,  bəlkə  də  gözləri 

yaşarırdı.  Bakının  İstanbula  əl  uzatmasını,  daha  böyük  yardımçı 

olmasını  istəyirdi.  Anadolu  türklərinin  faciə  və  fəlakəti  şairi 

düşündürür, ona bir an da olsa rahatlıq vermirdi. Həmin düşüncə 

və  narahatlıq  onu  iri  həcmli  yeni  bir  əsər  yazmağa  sövq  edirdi. 

Bu, onun 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 

yazdığı  “İblis”  mənzum  faciəsi  oldu.  Artıq  türk  ordusu  həmin 

ordu deyildi. 

 



         

141

 

İsgəndər Atilla 

Türk ordusu ətrafə bu gün həmlə edərkən, 

İranə və ya Qafqaza imdadə gedərkən, 

Rus ordusu durmaz, çəkilərkən önümüzdən, 

Vasif! Nə rəvadır ki, şu parlaq günümüzdən 

Feyz almayacaq biz olalım qəflətə mail, 

Satmaz, satamaz milləti şəxsiyyətə aqil. 

(“İblis”) 

 

Həmin günlər o günlər idi ki, ermənilər daşnak Şaumyanın 

başçılığı  ilə  Bakını  gülləborana  tutmuş,  mart  qırğınını  törətmiş, 

Cavidi əsir alıb Mailov operasının binasına gətirmişdilər. Şair bu 

dəhşətli  günləri  öz  gözlərilə  görmüş  və  sarsılmışdı!..  Həmin 

günlər  o  günlər  idi  ki,  Qafqaza  imdada  gələn  xilaskar  və 

qəhrəman  türk  ordusu  Ənvər  paşanın  başçılığı  ilə  erməni hərbi 

birləşmələrini məğlub edərək, Bakıya girmiş, Azərbaycan xalqını 

erməni  zülmü  və  vəhşiliyindən  xilas  etmişdi.  Buna  ulu  şairimiz 

çox sevinmişdi...

1

 

                                                 



1

 Müs



əlmanlar! İnqilab başlanandan bəri cəbhə dağılır. Rus fərariləri əli silahlı 

v

ə  soyğunçuluğa  hazır  vəziyyətdə  Bakının  ağzında  dayanıblar.  Şəhərdə  yalnız 

bir müs

əlman hərbi hissəsi var. Bu hissə “Vəhşi diviziya”nın könüllüləri olan 

bizl

ərik. Şəhərimizdəki ikinci hərbi hissə “Daşnaksütyun” adlı erməni millətçi 

partiyasının hərbi dəstələridir. Bu partiyanın başçıları olan Lalay və Andronik 

biziml

ə təmas yaratmışdır... Müsəlmanlar, “Vəhşi diviziya”ya yazılın və silaha 

sarılın. Düşmən qapının ağzındadır. Mən inanmıram ki, ermənilər bizim tərəfi-

mizd

ə  ruslara  qarşı  vuruşsunlar.  Axı  bu  ruslar  kimlərdir?  Cındır  içində  olan 

h

əşəratlar, anarxistlər, quldurlar. Onların başçısının adı Stepan Şaumyandır və 

o, özü d

ə  ermənidir... Ermənilər ruslarla birləşdilər. Onlar bütün müsəlman-

ların tərk-silah edilməsini tələb edirlər...  

(“Əli və Nino” romanından) 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə