İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə49/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   45   46   47   48   49   50   51   52   ...   142

148

                                            

Əsrin şairi IX 

Cavid  əsərlərində  fəlsəfi  motivlər  barəsində  həm  Azər-

baycan filosofları, həm də ədəbiyyatşünasları bəhs etmişlər. (Mən 

bu  haqda  “Əsrin  şairi”  silsiləsindən  ikinci  kitabımda  söz  açmı-

şam.)  Məmməd  Cəfər  Cavidin  fəlsəfi  görüşlərinin  izahında  nə 

qədər  subyektivdirsə,  Məsud  Əlioğlu  bir  o  qədər  obyektivdir. 

Birincidə marksist metodologiyasının təsiri daha çox hiss olunur.  

M.Əlioğlu  “Məsud  və  Şəfiqə”  şeirində  daha  çox  təxəyyül, 

ideal  və  xəyal  probleminə  münasibətini  bildirir  və  yazır:  «İdeal 

həqiqət  axtarıcılığı,  müxtəlif  fəlsəfi-ictimai  məsələlərin  mahiyyə-

tini  araşdırmaq  meylləri  “İştə  bir  divanədən”,  yaxud  da  “Sən 

nəsin? Kimsin?” deyən ariflərə adlı məşhur şeirində daha dərin-

dən,  ətraflı  şəkildə  əks  olunmmuşdur...  Şair  bu  əsərində,  hər 

şeydən əvvəl, özünü dərk etməyə çalışır; qəlbini didən və dillən-

dirən suallara  cavab  axtarır;  beynini  yandıran  alovlu  fikirlərini 

müəyyən ideyalar ətrafında sistemləşdirməyə səy edir.»

1

 

Ədəbiyyatşünas  M.Əlioğlunun  məqaləsi  Cavid  şeirində 



fəlsəfi  motivlər  mövzusunun  izahına  həsr  edilmiş  məqalə  və 

obyektiv  bir  yanaşma  kimi  diqqəti  cəlb  edir.  Hegel  və  Cavid 

fəlsəfəsi arasında əlaqə axtaran ədəbiyyatşünaslardan biri olaraq 

yadda qalır. M.Cəfərin  araşdırmaları isə, demək olar ki, sırf sovet 

tədqiqatı təsirini bağışlayır. 

 

10 

Müasir fəlsəfənin banisi olan Dekart hər şeyə şübhə ilə yanaşmaq 

ideyasını irəli sürmüşdür. Onun fikrincə, idrak yox, hisslər bizi aldada 

bilər. Məkan və zamanı şübhə altına almaq olar. Mənim mövcud olduğu-

mu  şübhə  altına  almaq olmaz, bu, qeyri-mümkündür.  Mən  düşünü-

rəmsə, deməli,  mövcudam.  Bu meyl subyektivizmi ifadə  edir.  Bizim 

tərəfimizdən aydın və dəqiq qavranılan bütün şeylər doğrudur. Təbiətin 

dərk edilməsinin həqiqi idrakı metodu riyaziyyat ola bilər... 

                                                 

1

 

H.Cavid şeirində fəlsəfi motivlər. Məsud Əlioğlunun “Məhəbbət və qəhrəman” 



kitabında, Bakı, 1979, s. 209. 


         

149

 

İsgəndər Atilla 

Cavidin  daha  çox  faydalandığı  filosoflardan  biri  Dekartdır. 

Əsərlərdə  idrak,  hissi  idrak,  skeptisizm  (şübhəçilik  fəlsəfəsi. 

Termin  mənşəcə  yunan  sözü  olan  “skeptikoz”  sözündən  yaran-

mışdır.  Fəlsəfi mənası  həqiqətin  dərk  edilməsinin mümkünlüyü 

haqqında  təlim  deməkdir)  problemlərinə  toxunmuşdur.  Skep-

tisizm qədim, orta əsrlər və müasir  filosofların fəlsəfəsində xüsusi 

yer tutmuşdur. Lakin filosof-şair daha çox Dekartın fəlsəfəsindən 

təsirlənmişdir. 

 

11 

Cavid  şübhəçilik  fəlsəfəsinə,  hissin  aldadıcı  olması,  idrakın 

həqiqətə  doğru  aparması  probleminə  “İştə  bir  divanədən  bir 

xatirə”  şeirində,  “Xəyyam”  pyesində,  “Həsbi-hal” məqaləsində

daha çox isə “Şeyx Sənan” faciəsində münasibət bildirmişdir. Adı 

çəkilən  şeirdə  şair  bəzən  öz-özündən,  bəzən  fəlsəfə  tarixinin 

söylədiklərindən  şübhələnir.  Problemi  “Mən kiməm?  Mən nə-

yəm? Mən nəyə qadirəm?” şəklində qoyur. Bu cür məqamlarda o, 

daha çox hissi qavrayış və hissi idraka üstünlük verir. Hissin alda-

dıcı funksiyası onu doğru yola, həqiqətə istiqamətləndirir. Şeirdə 

köhnə, çürümüş, elmə və təfəkkürə əsaslanmayan əxlaq və adətə, 

etiqad və inanclara meydan oxuyan şair yazır: 

 

Etiqad, əxlaqü adət, hər nə var



Həp kökündən qaldırın divanələr... 

Həp qırın, həp çeynəyin, həp məhv edin! 

Hiç zərər yoq, bir müvəqqət səhv edin! 

Səhvinizdən ta ki doğsun şübhələr, 

Həp seçilsin haqqü batil, xeyrü şər... 

 

Həqiqət axtaran, həqiqətin kökünü araşdırmaq istəyən lirik 



qəhrəman oxuculara təklif edir: 

-  Etiqad,  əxlaq  və  adət,  hər  nə  varsa,  onu  dəlicəsinə  kö-

kündən  qaldırın.  Müvəqqəti  də  olsa,  onu  qırın,  çeynəyin,  məhv 

edin ki, səhvinizdən şübhələr doğsun, haqq və batil, xeyir və şər 




150

                                            

Əsrin şairi IX 

seçilsin.  Bax,  onda  siz  həqiqətə  çata  bilərsiniz,  həqiqətin  nə 

olduğunu anlarsınız. Filosof-şair demək istəyir ki, həqiqətə, elmə 

gedən yol səhv və şübhədən başlanır. 



 

12 

Skeptisizm Şərq fəlsəfəsində, o cümlədən islam fəlsəfəsində 

də mühüm yer tutur. Dramaturq şübhəsizliyin fəlsəfi mahiyyətini 

“Şeyx Sənan” faciəsində açır. Şeyxlər Sənanın davranış, inanc və 

etiqadından şübhələnməyə başlayırlar. Şeyx Hadi və Şeyx Kəbirin 

dialoquna nəzər salaq. 

 

Şeyx Hadi 

...Sənanı söylətən yalnız 

Şübhədir... Yoqsa şübhədən başqa 

Yoq onun bir qüsuru... 



Şeyx Kəbir 

Şübhədir hər həqiqətin anası, 

Şübhədir əhli-hikmətin babası. 

Şübhə etməkdə haqlıdır insan... 

 

Fəzilət  və  irfan  sahibi  Şeyx  Kəbir  bəzi  şeyxlərdən  fərqli 



olaraq, şübhə haqqında daha doğru və inandırıcı fikirlər söyləyir. 

Hesab  edir  ki,  həqiqətin  anası,  açarı,  hikmət  əhlinin  babası 

şübhədir.  O,  insanda  artıqca  artar.  Çünki,  sufi  fəlsəfəsinə  görə, 

mərifət nuru şübhədən parlar.  

Dramaturq “Xəyyam” tarixi dramasında yenə də bu proble-

mə  toxunur.  Xəyyam  üzünü  göyə  tutaraq  münacat  söyləyən 

münacatçının sözlərinə heyrətlə bu cür cavab verir: 

 

İştə, bir səs ki, edər göylərə şaşqınca xitab, 



O sağır göy, əcaba, kimsəyə vermişmi cəvab?.. 

 

13 

Cavidə  görə,  hər  şeyə  şübhə  ilə  yanaşmaq  olmaz.  Ancaq 

şübhəçiliyi  də  insanın həyatından silib  atmaq  mümkün  deyildir. 

İnsanı  həqiqətə  doğru  aparan  və  ona  çatdıran  vasitələrdən  biri 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə