İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə57/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   53   54   55   56   57   58   59   60   ...   142

172

                                            

Əsrin şairi IX 

ruhunu  yoxluqdan,  heçlikdən  varlığa  atır.  “Cahil  və  qafil  şair” 

bəzən  özünü  məhbəsdə,  bəzən  zülmətdə  görür.  Çünki  o,  hələ 

elmli  deyildir.  Dünyanın  gərdişindən  xəbərsizdir.  Belə  bir  halda 

ikən qəfildən müdhiş  bir xitab eşidir: “Qalq! Ey insan oğlu, qalq!” 

O,  mollaxananı  və  Sidqinin  məktəbini  bitirdikdən  sonra 

özünü bir aləmdə, İstanbul Universitetini bitirdikdən sonra başqa 

bir aləmdə hiss edir. Ağlı, biliyi, dünyagörüşü artıqca Yaradanın 

sirrini, xilqətin mənasını, mövcudiyyətin mahiyyətini daha yaxşı 

dərk etməyə başlayır. 



 

10 

Şair  kamala  çatdıqca,  təcrübə  qazandıqca  çox  şeyi  daha 

yaxşı dərk etməyə başlayır. Bilikdə və idrakda çocuqkən bir yığın 

insana əyləncə olur. Pəjmürdəhal kiçik bir məncuna çevrilir. Fəqət 

zaman keçdikcə, yaşa dolduqca, biliklərə və elmə daha dərindən 

yiyələndikcə, o, dəyişir, yeniləşir, inkişaf edir, kamilləşir. 

 

Keçdi az-çoq, bən dəyişdim büsbütün



Taleyi-mənhusuma doğmuşdu gün. 

Ağlamazdım, şimdi pək dilşad idim, 

Qayğısız, azadə bir nevzad idim... 

 

Şairin  uğursuz,  nəhs  taleyinə  artıq  yeni  gün  doğmuşdu. 



Gördüyü,  anladığı  və  dərk  etdiyi  şeylərdən  zövq  alırdı.  Kainat 

onun üçün bir Cənnətə çevrilmişdi. O, yeni münəvvər bir həyata 

başlamışdı. Bu səbəbdən daima məsud və xoşhal idi.  

 

 



Qayğı bilməz bir çocuqkən, nagəhan 

Fikrimi cəzb etdi digər bir cihan. 

Kəsbi-irfan etməyə əzm eylədim, 

Elmə qoşdum, hər nə duydum, bəllədim. 

Əldə kəskin bir silah olmuş qələm, 

Fikrimə hökm eyliyordu dəmbədəm. 

 



         

173

 

İsgəndər Atilla 

11 

Şairin bu və buna bənzər misraları Qurbanəli Şərifova gön-

dərdiyi məktublardakı fikirlərilə çox səsləşir.  

Elmə  və  biliyə  yiyələndikcə  anbaan  fəzlü  kamalı  artır. 

Durmadan yüksəlir və yüksəlir! Yeni fikirlər və xəyallar beynini 

işğal edir. Platonun fəlsəfəsi və fəlsəfi sisteminə əsaslanaraq, onu 

düşündürən suallara cavab axtarır. 

 

Fikrimi işğal edən hər bir xəyal



Ruhumu eylərdi ilqa bin sual; 

Kəşf için sərsəm könül məftun idi, 

Kim onu həll etsə Əflatun idi. 

 

Qəlbi  irfan  eşqiylə  çırpınan  şair  Əflatunun  fəlsəfəsinə  baş 



vurur,  özünü  narahat  edən  və  düşündürən  sual  və  problemlərə 

cavab axtarır. Məlcəi məktəb və mədrəsə olduqca, heç bir vəsvəsə 

qəlbinə  girmir.  Məscid  və  meyxanələrdən,  aqil  və  divanələrdən 

zövq və feyz alır. Fəzlü irfan əhlinə heyran qalır, elm için başdan 

keçən insan olur. 

 

Fəzlü irfan əhlinə heyran idim, 



Elm için başdan keçər insan idim. 

Kainatı-elm, o bir dilbər həyat

Ən müqəddəs bildiyim bir kainat... 

Elmə vermişdim gönül arifmisal, 

Bilmiyordum başqa aləm, başqa hal. 

 

12 

Şair məktəb, mədrəsə, universitet təhsili gördükcə yeniləşir. 

Elmə, biliyə daha böyük maraq göstərir. – Qəm nədir, sevda nədir 

– bilmir. Onun yalnız və yalnız bir həmdəmi olur – fəzlü kamal! 

Tək bir munisi olur - ərbabi-hal! Şair çalışır, çabalayır, elmin sirlə-

rinə  yiyələnməyə,  elmin  qanadlarında  ucalmağa  can  atır.  Bəzən 

bir sufi, bəzən bir panteist, bəzən bir materialist, bəzən bir idealist 

kimi düşünür. Bir çox sirləri bilməyə, dərk etməyə, fəzilət sahibi 



174

                                            

Əsrin şairi IX 

olmağa  çalışır.  Bu  cür  məqamlarda  o,  sanki  bir  Əflatun,  bir 

Ərəstu,  bir  Dekart  kimi  görünür.  Hünər,  bilik  və  mərifət  nədir? 

Kamillik,  gözəl  əxlaq,  səxavət  və  alicənablıq  nədir?  Şair  bu  cür 

əxlaqi  və  mənəvi  dəyərləri  özü  üçün  aydınlaşdırmağa  girişir. 

Bəzən  elmin,  biliyin  hüdudsuz,  ucu-bucağı  görünməyən 

kainatında qanadı sınmış bir qartal kimi çırpınır.  

Cavid sözügedən şeirində sanki İstanbulda keçirdiyi şirinli-

acılı,  sıxıntılı,  ac-yalavac  günlərini  ağır  və  məşəqqətli həyatı 

fonunda  elmə  və  biliyə  necə  də  böyük  şövq  və  həvəslə  yiyələn-

diyini,  necə  də  bir  mətin  iradəyə  malik  olduğunu nəzmə  çəkir. 

Sözüm  havadan  asılı  qalmasın  deyə  onun  Qurbanəli  bəyə 

göndərdiyi məktublarındakı bəzi fikirlərə nəzər salaq. 

- Validəxananı kəndimə məskən etdim. Gündə bir saat fran-

sızca və iki saat da türk lisanında ədəbiyyat və tarixə dair elmləri 

oxuyuram.  Əlhasil  bekar  və  asudə  bir  vaqt  bulmayıram.  Gecə-

gündüz  təhsili-elmə  əp-eyicə  davam  edirəm.  Hacı    Seyid  Bağır 

ağadan üçər-beşər rublələrlə toplanan məbləğin surətini istədim. 

Ondan da bir cavab almadım. Bəndəniz şimdilik əlində olan beş-

üç  lirədən  yeməyə-yeməyə,  daha  doğrusu,  həftələrlə  penir-ək-

məkə  qənaət  edərək,  kəmali-sədalətlə  artıra  bildiyim  cüzi  bir 

məbləğlə  bir  qaç  da  kəndimi  idarə  edə  bilərəm.    Yalnız  burası 

bilinməli  ki,  həyatım  fəlasifeyi-kəlbiyyun  ki,  yaşayışları  kəlb 

yaşayışından təfriq olunmaz - həyatından pək fərqli deyil. Saf və 



pak bir vicdanla yaşayırdım və yaşayıram.

*

 Bənim kəndim cahil 



olmaqla bərabər, hər nasılsa, qəlbim pək həssas yaradılmışdır. 

Hər  bir  incə  şeydə  bir  iğbirar  duyuram  və  hər  bir  hərəkatımı 

hissiyyatıma uydurmağa məcburam. Qafqaza döndükdən sonra 

əsil məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir. 

 

13 

Mən bütün bunları müasir oxucu və araşdırıcıların nəzərinə  

ona görə çatdırıram ki: 

                                                 

*

Seçm



ələr  mənə  aiddir. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə