İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə59/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   55   56   57   58   59   60   61   62   ...   142

178

                                            

Əsrin şairi IX 

Qədim  insanların  həyat  və  məişətinə,  inanclarına  nəzər 

salan  filosof-şair,  belə  bir  nəticəyə  gəlir  ki,  bəşəriyyətin  tarixi 

inkişafı dialektikanın qanunlarına əsaslanır. 

 

18 

Qədim  filosoflar,  dahi  adamlar  özündən  əvvəlki  əslafların 

(sələflərin)  fikirlərini  dinlədilər,  əxlafa  (xəlifələrə)  yol  göstərib, 

dünyadan  köçüb  getdilər.  Onların  bir-birindən  az-çox  fərqi  olsa 

da,  hamısı  bəşəriyyət  üçün  şahrah  –  geniş  yol  aradılar.  Sahibi-

hünər oldular. İnsanlara “Bir təcəddüd,

*

 bir xüsusiyyət” dilədilər. 



İnsanların yolunu münəvvəs etdilər. Onlar öldü, zaman dəyişdi. 

Meydana bir çox rahzən – yolkəsən, quldur çıxdı. Həmin yolkəsən 

və  quldurlar  özlərindən  əvvəlkilərin  fikirlərində  təzad  buldular 

və başqa yol tutdular. Ağıllı və dahi adamlara qarşı xalqda nifrət, 

ikrah və qəzəb hissi oyatdılar. İnsanların tarixi fəlakət və faciələ-

rinin  başqa  bir  dövrü  başlandı.  Quldurlar,  xurafatçılar  bir  yığın 

əfsanə və mənasız söz uydurub insanlar arasında ixtilaf yaratdı-

lar. Boş, əsassız və elmsiz xəyal və uydurmalar ilə dünyaya vəlvə-

lə saldılar. Bir mürşid meydana atıldı. Onun ardıcılları böhtanlar 

icad  etdi,  məzhəblər  çıxardılar.  Anlamaz  və  kor  xalqı 

tapındıqlarına  inandırmağa  çalışdılar.  Kiçik  bir  dənədən  qübbə 

yaparaq  dedilər:  “Haq  Mənəm!  Haq  məndədir!”  İnsanlar  həmin 

vicdansızlara  uydular.  Firqələr  təşkil  etdilər.  Hər  kəs sərsəm 

kəndi  fikrinə  qapıldı.  Hər  kəs  öz  həmfikirlərinə  düşman  kəsildi. 

Başqa bir yol, başqa bir Xaliq buldu. Beləliklə, bəşər tarixində bir 

təbəddülat,  təlatüm  başlandı.  Dinlər,  təriqətlər,  firqələr, 

məzhəblər meydana gəldi. Adəm övladı təkallahlıqdan çoxallah-

lığa doğru üz tutdu. 

 

Hər kəs aldanmış da sapmış bir yana, 



Bin çeşid bütlər yapıb tapmış ona. 

                                                 

*

 Yenil


ənmə, təzələnmə. 


         

179

 

İsgəndər Atilla 

Hər kəsin ruhunda bir Xaliq gülər, 

Öylə bir Xalıq ki, xəlq etmiş bəşər. 

 

19 

“İştə  bir  divanədən  bir  xatirə”  şeirində  ümumi  tarix  və 

ümumi  fəlsəfə  fənlərindən  öyrəndiklərini  ümumiləşdirən, 

bəşəriyyətin  keçdiyi  tarixi  yola,  onun  uğur  və  faciələrinə,  dini 

inam,  etiqad  və  aldanışlarına  nəzər  salan  şairə  görə,  zaman 

dəyişdikcə  ibtidai  insanın  həyat,  kainat,  Allah,  din  haqqında 

təsəvvürləri  də,  dünyagörüşü  də  dəyişir.  İnsanın  Allah  və  din 

uğrunda  mübarizəsi  tarixi  başlayır.  Din  uğrunda  vuruşmalarda 

dəryalarca qan tokülür. Hər firqə özünə bir Xalıq seçir. Sərsəm və 

azğın  insanın  bir  yığını  zülmətdə  nur,  başqa  bir  yığını  “Haq 

bəndədir!”  deyib  durur:  “Bir  guruh  vəhdətə  pərəstiş  edir,  başqa 

bir guruh kəsrətə yaltaqlanır. İzlənilən yol əyridir, düzdür – fərqi 

yox. Hər kəs əvvəldən nəyə inanmışsa, ona iman edir”. 

 

Cahil – arif, bir çoban – bir filosof, 



Kəndini sanmaqda... ərbabi-vüquf. 

Hər kim əvvəldən inanmış hər nəyə, 

Bir də ram olmaz o digər bir şeyə. 

 

20 

Nəyə inananın inamını sarsıtmaq zor və əbəsdir. Hətta Haq 

təcəssüm  etsə  belə,  onlar  tapındığından  vaz  keçməzlər.  Çünki 

keçmişi  unutmaq  pək  gücdür.  Çünki  keçmiş  artıq  insanın 

şüuruna  və  geninə  daxil  olmuşdur.  Keçmiş  bütün  vicdanlara 

hökm,  “əskilik”  izanlara  (İtaət  edənlərə)  nüfuz,  əski  adətlər 

insanın qəlbini istila etmişdir. Şair bu məqamda qədim insanlarda 

Allah  və  din  haqqında  təsəvvürlərin  yaranması,  təşəkkülü  və 

formalaşması,  onların  keçmişi,  əxlaqı,  inancı,  adəti,  mənəviyyatı 

ilə bağlı ciddi fizioloji, psixoloji və fəlsəfi problemlərə toxunur və 

yazır: 


 


180

                                            

Əsrin şairi IX 

Sorsalar: dünyada kimdir hökmdar? 

Bən derim: ölmüşlər, ölmüş duyğular. 

 

 



Nə  üçün  ölmüşlər  və  ölmüş  duyğular?  Ona  görə  ki,  onlar 

özlərinin  əxlaq,  davranış,  inanc  və  adətlərini  nəsildən-nəsilə 

ötürmüşlər.  İnsanlara  hakim  kəsilən həmin  adət  və  əxlaq 

qaydaları  onların  beynindən silib  atmaq  qeyri-mümkündür.  Şair 

bu  adi  gerçəkliyi  anlamaq  üçün  oxucunu  öz  həyatına  nəzər 

salmağa dəvət edir. 

 

Valideyin ağuşu, məktəb, mədrəsə, 



Qarqu, ümmidü təvəkkül, vəsvəsə. 

Etiqad, əxlaqü adət, hər nə var

Həp kökündən qaldırın divanələr... 

 

 



Heyhat! Bu, mümkün deyildir! Mümkün olsa insan kimə və 

nəyə  oxşar?  Ən  yaxşı  halda  meymuna,  ən  pis  halda  manqurta!.. 

Yox, əgər insan buna inanmırsa, onda qoy o, keçmişini çeynəsin, 

unutsun,  müvəqqəti  də  olsa,  səhv  etsin.  Bax,  bu  zaman  həmin 

səhvlərdən insanda şübhələr doğacaq. Bax, bu zaman haq və batil, 

xeyir və şər seçiləcək. Əgər keçmişini unutmaq istəyən, onu topa 

tutmaq  istəyən  bir  qəhrəman  varsa,  qoy  o,  meydana  atılsın  və 

şairin yazdıqlarını imtahan etsin. 

 

Etsəniz bir böylə cürət, şübhəsiz



Qarşınızdan pərdələr qalqar təmiz. 

Bir də aldanmazsınız bir kahinə, 

Fikri çaldırmazsınız hər xainə. 

 

 



21 

Hər  şeyə  kor-koranə  itaət  etmək,  kahinlərə  və  xainlərə 

inanmaq,  sxolastik  təlimə  əsaslanmaq,  əfsanələrə  aldanmaq, 

ehkamlara  tapınmaq  bəşər  tarixinin  və  insan həyatının  ayrılmaz 

bir hissəsidir. Əgər bəşər həyatını, əhvalını, fikrini, amalını və hər 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə