İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə62/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   58   59   60   61   62   63   64   65   ...   142

         

187

 

İsgəndər Atilla 

Şairin bu beytini onun fəlsəfi  ruhda və məzmunda yazdığı 

şeirlərinin leytmotivi hesab etmək olar! 

“Elmi-bəşər” və “Dün və bu gün” şeirləri şairin izlədiyi fəl-

səfi  düşüncələr  baxımından  “İştə  bir  divanədən  bir  xatirə...” 

şeirilə  səsləşir.  Müəllif  birinci  şeirin  başlığına  belə  bir  qeyd 

yazmışdır: «“Bir məktub münasibətilə” Bəradərimə.» 

Kim  idi  şairin  həmin  bəradəri?  Mən  düşünürəm  ki,  böyük 

qardaşı  Şeyx  Məhəmməd  idi.  Şeirin  ilk  misraları  bu  sözlərlə 

başlayır: 

“Kəsbi-irfan için, fəzilət için 

Çalış, uğraş!” diyorsun... İştə bənim 

Ən böyük, ən sevimli amalım, 

Qayeyi-məqsədim budur. Lakin...

1

 

 



Bu  fikir,  demək  olar  ki,  olduğu  kimi,  şairin  “İştə  bir  diva-

nədən bir xatirə...” şeirində ifadə edilir, onun fəlsəfi mahiyyətini 

və leymotivini təşkil edir. Görünür, o dövrdə Naxçıvan mühitində 

öz  müəllimliyi  və  maarifpərvərliyi  ilə  tanınan  Şeyx  Məhəmməd 

məktublarından  birində  qardaşının  İstanbulda  yaxşı  oxumasını, 

mükəmməl təhsil almasını məsləhət görmüşdü. Cavid ona şeirilə 

cavab vermişdi. 

29 

Birinci bəndin sonundakı “lakin”dən sonra şair yazır: 

 

Nə için gizlətmək gərək, yetişir 



Nə qədər pürümidi – biaram 

(Nə qədər ümüddolu arsızam) 

Gecə-gündüz çalışsam, uğraşsam, 

Yenə ən son nəticə heclikdir. 

                                                 

1

“Elmi-b



əşər” şeiri “Qafqazlı Hüseyn Cavid” imzası ilə 27 avqust 1909-cu ildə 

İstanbulda  çıxan  “Sirafül-müstakim”  jurnalında,  həmin ildə  “İttifak”  (Tiflis) 

q

əzetində (16 sentyabr) dərc edilmişdir. “İttifak” qəzeti belə bir qeyd vermişdir: 



«“Sirafül-

müstakim”  jurnalından».  Şeirin  1909-cu ildə  yazıldığını  düşünmək 

olar. 



188

                                            

Əsrin şairi IX 

Mən irəlidə Cavid fəlsəfəsində və onun dünyabaxışında bu 

heçlik  probleminə  toxunmuşdum.  Oxucu  həmin  heçliyi  “dünya 

beş  günlükdür,  beşi  də  qara”,  yaxud  “İnsan nə  qədər  çalşsa

çabalasa,  kəsbi-irfan  etsə,  uğraşsa,  yenə  son  nəticə  ölümdür” 

mənasında  başa  düşsə  xəta  edə  bilər.  Şair  çalışır,  çabalayır, 

uğraşır, elmin dərinliklərinə baş vurur. Bu zaman onun qarşısına, 

məktubunda Qurbanəli bəyə yazdığı kimi, çoxlu lakinlər, fəqətlər, 

heçliklər çıxır. O, bu sonsuz fəqətlər və heçliklər içində “özünü iti-

rir”, “şaşırıb durur”. Bir qarın çörəyə möhtac qalan şair, gecəsini 

gündüzünə  qatıb,  elmin  və  biliyin  nəhayətsiz,  ucu-bucağı  gö-

rünməyən  dərinliklərində  həqiqət  axtarır.  Lakin  qarşısında  sonu 

görünməyən bir uçurum, bir heçlik görür. 

 

30 

Filosof-şair arayır, axtarır, bulur, ictihad edir, oxuyub öyrə-

nir,  arif  olmağa  çalışır.  Heyhat!!.  Bəradərinə  sual  edir:  “Yerdən 

səmaya  doğru  dərin  bir  fəza  təsəvvür  et.  Uğur  gətirən  Cənnət 

quşu  kibi,  itiqanadlı  uçan  bir  Mələk  kibi  həmin  fəzanın 

dərinliklərinə dal. Onda nə duyarsın? Şübhə yox ki, qanadlarında 

bir  yorğunluq,  bir  tənbəllik  görərsin.  Çünki  Cənnət  quşu  da, 

Mələk  də  yorulacaq,  çırpınacaq,  bayılacaq,  göyə  yüksəlməyə 

həvəsi sönəcək. İnsan da belədir. Elmə, biliyə yiyələndikcə, onun 

dərinliyinə baş vurduqca, o da yorulacaq, çırpınacaq, müsbət mə-

nada, bayılacaq, həvəsi sönəcək. Çünki bilmək, öyrənmək öylə bir 

uçurumdur  ki,  onun  sonu  yoxdur.  Mütəfəkkir  şairin  bu  fikirləri 

həm qədim filosofların, həm də Qurani-Kərimdə elm ilə ilgəli irəli 

sürülən fikirlərlə səsləşir. 

Yuxarıda  söylədiklərim  şairin  qardaşının  ona  yazdığı  mək-

tuba  cavabı  kimi  başa  düşülməlidir.  O,  fikrini  davam  etdirərək, 

yazır ki, qafil insan, zavallı və pək məsum bəşər bilmək və öyrən-

mək yolunda daima bir sərabə, puç ümidə, boş xəyala aldanaraq, 

sanki  bir  dəniz  bulacaq  kibi  elmə,  biliyə  yiyələnməyə  can  atır. 

Fəqət  heyhat!!.  Üzünü  “hər  şeyi  biririm”  söyləyənlərə  tutaraq 




         

189

 

İsgəndər Atilla 

deyir:  “Onlar  pək  çoxdur.  Fəqət  nəmə  lazım.  O  bir  xəyalətdir.” 

Mütəfəkkir  şairə  görə,  insan  elmə  və  biliyə  yiyələndikcə 

qarşısında  yeni  üfiqlər  və  səhifələr  açılır.  İnsan  oxuyur,  öyrənir, 

oxuyur, öyrənir... Lakin nəhayətsiz görünən elmin, biliyin sonuna 

çata  bilmir.  Bax,  bu  məqamda  o  çırpınır,  yorulur.  Bəşər  elmi 

sonsuzdur,  daima  dialektik  inkişafdadır.  Bu,  tarix  boyu  belə 

olmuşdur, belədir və belə də olacaqdır!.. 



 

31 

“Elmü irfan” nədir, bən anlamadım, 

Çünki həp cəhlə doğrudur hər adım. 

“Bəşəriyyət kamalı buldu” denir... 

İştə bürhan! “Bu gün bir qanun 

Kəşf olunmuş...” Fəqət bitərmi zünun!? 

 

Şair  bu  bənddə  elm  və  irfanın  nə  olduğunu  anlamadığına 



etiraf  edir.  İddia  edir  ki,  bəşəriyyətin  hər  addımı  cəhalətə 

doğrudur.  Bir şeirində  məsələni  beləcə də  qoyur: “Təməddüdün 

sonu  vəhşətmidir,  nədir  əcəba?”  Öz  opponentilə  (ona  məktub 

yazanla)  polemikaya  girişən müəllif,  “bəşəriyyətin  kamala 

çatması” fikrilə razılaşmır. Gerçək həyata müraciət edir və deyir: 

“İştə  bürhan!”  Yəni  budur  dəlil-sübut:  “Bu  gün  bir  qanun  kəşf 

olunmuşdursa”,  bu  o  deməkdirmi  ki,  zünun,  yəni  elmi  fikirlər, 

zənlər və düşüncələr də bitmişdir. Şair bu fikirlə razılaşmır. Ona 

görə, kainat necə bitməz, tükənməzdirsə, fikir də, elm də, bilik də 

o cürdür. Bu cəhətdən şair elə bil ki, həm də Hegellə polemikaya 

girir,  onun  Şərq  fikri  və  Şərq  fəlsəfəsinə  qarşı  özünün  fəlsəfi 

konsepsiyasını qoyur. 

Həmin bənddə başqa bir maraqlı fikir və məqam da var ki, o 

da budur: “Çünki həp cəhlə doğrudur hər adım.” Filosof-şair bu-

nunla nə  demək  istəyir?  Məncə,  demək  istəyir  ki,  insan  elm  və 

bilikcə nə qədər inkişaf etsə, yenə cahildir; Allahın, dünyanın və 

kainatın  sirlərinə  tam  yiyələnməkdə  acizdir.  Bu  məsələnin  bir 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə