İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə63/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   59   60   61   62   63   64   65   66   ...   142

190

                                            

Əsrin şairi IX 

tərəfi.  İkinci  bir  tərəfdən,  şairə  görə,  elmi  fikrin,  kəşflərin  və 

biliyin  inkişafı  heç  də  həmişə  bəşəriyyətə  xeyir  gətirmir. 

Çarpışmalara, müharibələrə, fəlakətlərə, rəzalətlərə də səbəb olur. 

O,  bu  problemin  üzərinə  “Hərb  və  fəlakət”,  “Hərb  ilahi  qarşı-

sında”  şeirlərində,  “Müharibə  və  ədəbiyyat”  məqaləsində, 

“Uçurum” və “İblisin intiqamı” pyesində qayıdır. Həmin konsep-

siyanı ardıcıl olaraq davam və inkişaf etdirir. 



 

32 

Baxaq görək o, bir şeirində nə yazır? 

 

Yığın-yığın bəşəriyyət ölümlə pəncələşir... 



O top, tüfək, o qılıclar, zəhərli qumbaralar 

Nə istər, ah, niçin böylə gürləyib parlar!?. 



Təməddünün

*

 sonu vəhşətmidir, nədir əcəba!.. 



(“Hərb və fəlakət”) 

 

Bax,  problem  budur!  Təməddünün  –  yəni  tərəqqinin, 

mədəniyyətin sonu vəhşətmidir, nədir, əcəba? Şairin bu problemli 

sualına zaman – XX və XXI əsrlər cavab verdi və verməkdədir... 

“Həp cəhlə doğrudur hər adım” fikrinin üzərinə filosof-şair “Mü-

haribə  və  ədəbiyyat”  məqaləsində,  “İblis”  və  “İblisin  intiqamı” 

pyeslərində qayıdır. Məqaləsində alman filosofu Nitsşenin müha-

ribə nəzəriyyəsi barəsində ayrıca söz açır. Almaniyada Nitsşelərin 

yaratdıqları  müharibə  ədəbiyyatına  münasibətini  bildirir.  Xüsusi 

vurğulayır  ki,  bugünkü  müharibələrdə  yalnız  toplar,  tüfənglər 

deyil, “hər məmləkətin ədəbiyyat və fəlsəfəsilə bəslənən beyinlər 

də ayrıca haizi-əhəmiyyətdir... Əvət, bugünkü müharibənin

*

 ha-



zırlamaqda olduğu zərbə, pək  qorqunc, pək təhlükəlidir.”  Başqa 

sözlə,  cahil  və  nadan  insan  kəşf  etdiyi  silahlarla  özü-özünü, 

yaratdığı  mədəniyyəti  və  sivilizasiyanı  məhv  edir.  Bax,  budur 

                                                 

*

 Seçm


ələr mənə aiddir. 

∗*

 Birinci cahan h



ərbinin. 


         

191

 

İsgəndər Atilla 

dünya və bəşəriyyət üçün təhlükə! Bax, budur problem! 

Şair  həmin məqaləni  və  “İblis”  faciəsini  birinci  cahan 

müharibəsinin  getdiyi  günlərdə,  “İblisin  intiqamı”  pyesini  ikinci 

dünya müharibəsindən 2 il əvvəl qələmə almışdır. Öncədəngörən 

şair  pyesdə  həmin  problemi  yenidən  ədəbiyyata  gətirmiş  və 

əvvəlki əsərlərində izlədiyi fəlsəfi fikir və düşüncələri davam və 

inkişaf etdirmişdir. İblisin bir monoloquna nəzər salaq. 



İblis  (gülərək).  O  hansı  fəlsəfədir  ki,  daimi  və  sabit  olsun? 

Dünyada hər şey dönüb dolaşır, biz də bərabər. Bütün həyat aqıb 

dəyişir, biz də içində. 

Cavid  şeirlərində  izlədiyi  həmin  fəlsəfi  fikirlərə  çox-çox 

sonralar  “İblisin  intiqamı”  pyesində  qayıdır.  Ona  görə,  həyatda, 

dünyada  və  fəlsəfədə  daimi  və  sabit  bir  şey  yoxdur  və  ola  da 

bilməz. Çünki belə olarsa, dünya və bəşəriyyət inkişaf edə bilməz 

və  tərəqqidən  geri  qalar.  Kainatda  hər  şey  –  dünya  da,  elm  də, 

bəşəriyyət  də  daima  hərəkətdə  və  inkişafdadır.  Bu,  dünya  və 

bəşəriyyətə  xas  olan  arasıkəsilməz  dialektik  və  tarixi  bir  pro-

sesdir! 

Pyesin  ikinci  pərdəsində  İblis  səhnəyə  İxtiyar  Professor 

qiyafətində  gəlir  və  özünü  adamlara  bu  cür  təqdim  edir:  “Mən 

talesiz  professoram.  Gözlərim  zəhərli  qaz  və  başqa  kimya 

təcrübələrində kor olmuş... Əvət, yavrum, bizim elmimiz cəhalət 

qadar  iyrənc  və  uğursuzdur.  Ona  görə  də  Allah  məni  öz  əlimlə 

cəzalandırdı. Uf, lənət olsun mənim taleyimə!” 

Bax, budur filosof şairin həmin elm və irfanın nə olduğunu 

“anlamaması”,  hər  addımın  cəhalətə  doğru  olması,  bəşəriyyətin 

“kamala çatması?!.” Elmdə, mədəniyyətdə və tərəqqidə yeni elmi 

kəşf və nailiyyətlər  qazanılmasını təqdir edən və alqışlayan şair, 

həmin elmi kəşf və nailiyyətlərin bəşəriyyətin rifah halının daha 

da yaxşılaşdırılmasına sərf və xidmət etməsini istəyirdi. Bütün ya-

radıcılığı  boyu  bu  ideyanı  və  fəlsəfəni  izləməsi  humanist  şair 

üçün  təbii  idi.  Bu,  onun  insanpərvərlik  və  insana  sevgi  fəl-

səfəsində  xüsusi  yer  tutur.  Əgər  o,  “Müharibə  və  ədəbiyyat” 




192

                                            

Əsrin şairi IX 

məqaləsində  birinci  cahan hərbi  və  Nitsşelərin  müharibə  nəzə-

riyyəsinin timsalında imperializmin insanaqənimlik fəlsəfəsini və 

siyasətini  tənqid  edirdisə,  “Azər”  poemasında  həmin  siyasət  və 

fəlsəfəni ifşa edir və fikrini sanki: 

 

- Bəxtiyarsın, əgər çəkdiyin əmək 



  Cihan sərgisinə versə bir çiçək. 

- beytilə tamamalyır. 



 

33 

Cavid  “Elmi-bəşər”  şeirində  bəşər  elminin  idrakı  və  fəlsəfi 

mahiyyətini açır. “Bəşəriyyətin tamamilə kamala çatması” fikrini 

qəbul  etmir  və  bunu  bədii  cəhətdən  bu  cür  əsaslandırır:  «Hər 

keçən günə nəzər salın. Hər gün, demək olar ki, bəşər elmində bir 

yenilik baş verir. Yeni bir qanun kəşf olunur. Demək, bəşər elmi 

durmadan  inkişaf  edir,  yeniləşir,  dəyişir.  Bu,  arasıkəsilməz  bir 

prosesdir.  Belə  olan  surətdə  hər  hansı  bir  insanın,  alimin, 

filosofun hər şeyi bilməsini iddia etməsi “bir xəyalıtdir”...» 

Filosof-şair  şeirin  son  bəndində  əvvəlki  bəndlərdə  dedik-

lərini  fəlsəfi  baxımdan  ümumilləşdirərək,  bəşər  elmini  özünə-

məxsus şəkildə izah edir. 

 

Bir həqiqət bu gün müsəlləm ikən, 



Onu mütləq yarınkı hikmətlər 

Zəhrxəndilə örsələr, zədələr, 

İki gün sonra eyni hikmətdən 

Daha çoq şübhələr, tərəddüdlər 

Duyar insan, bu iştə elmi-bəşər!.. 

 

Bununla nə  demək  istəyir  şair?  Məncə,  şair  həmin  bənddə 



əvvəlki bəndə əsaslanaraq, demək istəyir ki, insan fikri bitməz – 

tükənməzdir.  Bu  gün  təslim  edilən,  şübhə  doğurmayan,  etiraza 

səbəb  olmayan  fikri  sabahkı  hikmətlər  zərərli  gülüşlə  örsələr  və 

zədələr.  İki  gün  sonra  eyni hikmətdən  daha  çox  şübhələr  və 

tərəddüdlər duyar insan. Bax, budur elmi-bəşər! 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə