İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə65/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   61   62   63   64   65   66   67   68   ...   142

196

                                            

Əsrin şairi IX 

Onlardan  yeni  hikmətlər,  yeni  fikirlər  və  kəşflər  törəyir.  Bu, 

arasıkəsilməz dialektik tarixi proses daima olmuş, var və olacaq. 

Cavid fəlsəfi şeirlərində irəli sürdüyü fikirləri dramatik əsər-

lərində davam və inkişaf etdirmişdir... 

 

Gönlüm quşu geyib yenə matəm libasını. 



H.Cavid 

2.12. Lirik qəhrəmanın kədər və iztirablarını 

 ifadə edən misralar 

 

Şairin xüsusilə həyatının İstanbul mərhələsi çox ağır və mə-

şəqqətli  keşmişdir.  Bu,  onun  bədii  yaradıcılığına  təsirsiz  ötüş-

məmiş,  şeirlərində  dərin  iz  buraxmışdır.  Əgər  o,  şeirlərində  öz 

həyatının ağrılı, acılı, sancılı, qəmli-qüssəli məqamlarını poetik bir 

dillə  təsvir  etmişdirsə,  hamisi  Qurbanəli  Şərifzadəyə  göndərdiyi 

məktublarda  onu  olduğu  kimi,  bütün  çılpaqlığı  ilə  yazmışdır. 

Sovet  siyasəti  və  ideologiyasının  təsiri  altında  olan  bəzi  Azər-

baycan  ədəbiyyatşünasları  həmin  şeirlərə  görə  şairə  bir  çox 

iradlar  tutmuş,  mövcud  həqiqəti  təhrif  etmiş,  şeirlərinin 

məzmununa uyğun olmayan ittihamlar irəli sürmüşlər... 

Mən burada yalnız bir neçə fakta müraciət etmək istəyirəm.  

O, məktublarından birində yazır: “...Bən kəndim o qədər iczamiz 

bir  hal  ilə  ianə  tələbinə  qalxışsam,  buracıqda  (İstanbuda  –  İ.A.) 

bildiyim və bilmədiyim osmanlılardan istədiyim qadar istianə edə 

bilərəm, yəni dilənə bilərəm.” 

Mən  şairin  məktublarındakı  bu  kimi  kədərli  sətirləri  oxu-

yarkən həmişə  kədərlənirəm,  qəmlənirəm,  qüssələnirəm.  Həmin 

sətirləri kağıza köçürərkən əllərim əsir. 

Şairin  məkrubuna  çox-çox  sonralar  şərh  yazan,  onun  “rica 

edirəm məktubumu  kimsəyə  oxumayın”  sözlərini  vurğulayan 

Əziz  Şərifin  fikrini  olduğu  kimi  oxucuların  nəzərinə  çatdırıram: 

“...unudulmaz dostum Hüseyn Cavidin altımışdan daha artıq bir 



         

197

 

İsgəndər Atilla 

il bundan qabaq ifadə etdiyi arzusunu (“Binaənileyh rica edirəm 

məktubi-acizanəmi kimsəyə  oxumayın”  –  İ.A.)  pozmağa  cəsarət 

edib məktubu çapa verirəm. Qoy böyük şairimizin əsərlərini sevə-

sevə oxuyan, onu hörmət və minnətdarlıqla yada salan gənclər və 

bütün  oxucular  onun  vaxtı  ilə  nə  qədər  çətin  və  yoxsul  həyat 

sürdüyünü, nə qədər ağır və əzablı şəraitdə təhsil aldığını bilsin, 

onu daha yaxşı tanısınlar.”

1

 

Şairin  başqa  bir  məktubundan  bir  cümləni  də  oxucuların 



nəzərinə  çatdırmağı  məqsədəuyğun  hesab  edirəm:  “...Şimdi 

burada  (İstanbulda  –  İ.A.)  hər  zəhmətə  mütəhəmmil  olub  da 

aldığım  maaşla  (İstanbulda  bir  neçə  nəfərə  dərs  deməyinə  işarə 

edir – İ.A.) fəqiranə bir güzəran ilə burada (İstanbulda – İ.A.) üç-

dörd  sənə  qədər  dəxi  həm  tədris,  həm  də  tədərrüs  edə  bilərəm, 

lakin...” 

Şairin Mişkinaz xanıma dediyi sözləri də qoy bugünkü nəsil 

oxusun və bilsin: “Mənə deyərdi ki, gənclik illərində xoş bir gün 

görməmişəm. Boyum çıxandan yarıac, yarıtox oxumuşam...” 

Sovet  hakimiyyətinin  ilk  illərində  şairə  Azərbaycan  SSR 

İcraiyyə Komitəsinin binasında (keçmiş AXC-nin parlament bina-

sında) mənzil verirlər. Bir gün şair burada məsul vəzifədə çalışan 

hökumət adamı Soltanməcid Əfəndiyevlə qarşılaşır. S.Əfəndiyev 

ona deyir: “Cavid əfəndi, sizin tərcümeyi-halınız lazımdır.” 

Şair  şoruşur:  “Soltanməcid,  siz  deyən  kimi  yazım,  yoxsa 

olduğu kimi?” 

S.Əfəndiyev tutulur və deyir: “Cavid əfəndi, əlbəttə, olduğu 

kimi yazın!” 

Şair, - onda müsibətnamə olar, - deyir.  

S.Əfəndiyev dərhal dillənir: “Elə isə yazmayın.” 

Şairin  həyatı  gerçəkdən  müsibətnamə  idi.  Bu  da  onun 

xüsusilə İstanbulda yazdığı şeirlərində dərin iz buraxmışdır. 

                                                 

1

 



Əziz Şərif. Keçmiş günlərdən, Bakı, 1977, s. 60. 


198

                                            

Əsrin şairi IX 

K eçmiş – o gözəl xatirələr şairə şövqü şətarət verir, keçmiş 

həyatı  üçün  o,  həsrət  çəkir.  Ati  –  gələcək,  o  qaranlıq  gecə  onun 

ruhunu daima mütəəssir edir. Şair keçmişini unutmur, gələcəyini 

keçmiş  üzərində  qurur.  Keçmişdə  hər  şey  ona  gülər  görünərdi. 

Kiçik  qəlbini  tazə  çiçəklər  oxşardı.  Əflaka  baxarkən  parlaq 

günəşin mənzərəsindən şad olardı. Gecə isə onun üçün başqa bir 

tamaşa idi. O, ulduzlara heyrətlə baxıb şad olardı. Elə sanardı ki, 

ay səmanın üzündə sanki təzə bir gəlindir. Hər mənzərə bir lətafət 

saçar, sanki şairə qucaq açardı. 

 

Əfsus!.. O gözəl günləri etdikcə təxəttür



Coşmaqda bu gün duyğularım böylə damadəm. 

Məhv etmədə şimdi bəni aləmi-təhəssür; 

Hərdəm qara xülyalar olub qəlbimə məhrəm. 

Lərzan ediyor ruhumu bir dürlü məzalim, 

Əfsus... ki mazi ədəm, ati isə müzlüm. 

(“Yadi-mazi”

 *

) 

 

Qürbətdə  yaşayan  şair  keçmiş  gözəl  günlərini  xatırladıqca, 



təəssüf  hissi  keçirir.  Duyğuları  dəmadəm  aşıb-coşur.  Keçmiş 

günlərin  həsrəti  onu  məhv  edir.  Hərdən  qara  xəyallar  onun 

qəlbinə  məhrəm  olur.  O  günlər  şairin  ruhunu  titrədir,  ona  min 

dürlü  zülmlər  verir.  O,  buna  təəssüflənir.  Şair  üçün  keçmiş 

yoxdur, o artıq “ölmüşdür”. Gələcək isə qaranlıq və məchuldur. 

Şair şeirdə keçmiş günlərini və həyatını gözəl poetik bir dillə 

ifadə etmişdir?!. İlk şeirlər kitabını “Keçmiş günlər” adlandırması 

da buradan qaynaqlanır və təsadüfi deyildir. 



 

                                                 

*

 

Şeir İstanbulda yazılmış, qafqazlı Hüseyn Cavid imzası ilə “Sirati-müstəqim” 



jurnalında  (19  mart  1909)  dərc  edilmişdir.  Bu  jurnalın  adı  Azərbaycan 

m

ənbələrində  müxtəlif  cür  yazılmışdır.  Məsələn, “Siratül-müstəqim”.  Ərəb və 



fars  lüğətində  bu  cür  yazılır: “Siratəlmüstəqim.” Mənası  düz  yol,  doğru  yol 

dem


əkdir. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə