İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə64/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   60   61   62   63   64   65   66   67   ...   142

         

193

 

İsgəndər Atilla 

Burada  Hegelin  sintez  və  antisintez  nəzəriyyəsi  (inkarın 

inkar  qanunu)  yada  düşür.  Cavid  demək  istəyir  ki,  sonrakı 

hikmətlər əvvəlki hikmətləri inkar edir. İnsan əvvəlki hikmətlərə 

şübhə və tərəddüdlərlə yanaşır və bu zaman yeni hikmətlər, yəni 

yeni  elmi  kəşflər,  yeni  qanunlar  və  s.  meydana  gəlir.  Bu,  bəşər 

fikrinin  bitməz-tükənməzliyinə,  dialektik  inkişafına  dəlalət  edir. 

Şairə görə, bəşər elmi bir yerdə durmur. O daima inkişafda, yeni-

ləşmədə  və  təkmilləşmədədir.  Alimin  kəşf  etdiyi  bir  qanun  əgər 

bu  gün  qəbul  edilirsə,  sabah  həmin  qanun  insanda  şübhə  və 

tərəddüd doğurur. Həmin şübhə və tərəddüd insanda yeni fikrin, 

yeni  elmi  ideyaların,  yeni  elmi nəzəriyyə  və  kəşflərin  meydana 

gəlməsinə səbəb olur. Təbiətdə və cəmiyyətdə olduğu kimi, bəşər 

elmi  də  daima  dialektik  inkişafdadır.  Əgər  belə  olmasaydı,  elm 

də, insanın elmi fikri də, həyat bilgisi də, bəşər elmi və biliyi də, 

mədəniyyəti də, elmi dünyagörüşü də inkişaf edə bilməzdi. Buna 

görə  də  insan  bütün  ömrü  boyu  çalışmalı,  çabalamalı,  oxuyub 

öyrənməlidir. “Mən hər şeyi bilirəm!” söyləyənlər isə bu fikirdən 

əl çəkməlidirlər!.. 

Cavidin  yüz  il  bundan  qabaq  yazdığı  şeirdə  izlədiyi  fikrin 

həqiqət  olduğunu  anlamaq  və  bilmək  üçün  XX  əsrdə  dünyada 

elmin və mədəniyyətin inkişafına nəzər salmaq kifayətdir. 

Şair  1915-ci  ildə  qələmə  aldığı  “Dün  və  bu  gün”  şeirində 

keçmişlə bu gün arasında dialektik əlaqə axtarır. Keçmişlə bu gün 

arasında  mövcud  olan  əlaqəyə,  inkişaf  və  tərəqqiyə  fəlsəfi  məna 

verir.  Bu  cəhətdən  onun  bir  çox  şeirlərində  (xüsusilə  fəlsəfi 

şeirlərində) elmliklə bədiilik vəhdət təşkil edir. Elmliklə bədiiliyin 

sintezi onun şeirlərinin həm elmi, həm də bədii dəyərini  qat-qat 

artırır. Şair Şərq və Qərb filosoflarının təlim, fikir və konsepsiyala-

rına  yaradıcı  yanaşır.  Həmin  filosoflardan  bəhrələnsə  də,  onları 

təqlid etməkdən qaçır, fəlsəfi düşüncələrinə tənqidi yanaşır və s. 

Böyük  yunan  filosofu  Sokratın  “Özünü  dərk  et.”  “Mən  bir  şey 

bilirəm  ki,  heç  nə  bilmirəm.”  müdrik  fikri  Cavidin  fəlsəfi  şeirlə-

rində bədii ifadəsini tapır. 




194

                                            

Əsrin şairi IX 

34 

Dün səadətlə parlayan gözlər 

Şimdi yəsü kədər nisar eylər. 

Dün təhəvvürlə gürləyən sözlər 

(Dün tərslik, inadkarlıqla gurlayan sözlər) 

Şimdi bir başqa macəra söylər... 

 

Filosof-şairin fikrincə, dünyada və təbiətdə əbədi heç bir şey 



yoxdur.  İnsan  həyatı  da  belədir.  Dünən  parlayan,  gülümsəyən 

gözlər,  bu  gün  yas  və  kədər  içində  ola  bilər.  Dünən  tərsliklə 

söylənən  sözlər,  bu  gün  başqa  macəra  söylər.  Dünən  sönən  bir 

əməl,  bu    gün  parlar  və  s.  və  i.a.  Şairə  görə,  həyatın  fəlsəfəsi, 

həyatın dialektikası belədir! 

Birinci  cahan  hərbinin  təsiri  altında  yazılmış  şeirdə  köhnə 

Fələyin  (Hərb  ilahinin)  mərhəmətsizliyi,  daima  bəşəriyyətlə 

əylənməsi, onu ölümə, qana, fəlakətə sürükləməsi tənqid olunur. 

Köhnə  Fələk  –  Hərb  Allahı  bəşəriyyətin  tökdüyü  qanlara, 

törətdiyi faciələrə gülərək, istehza edərək onunla əylənir. Fələyin 

çox  qəribə  oyunları  bəşəriyyətin  çox  qəribə  olayları  var.  Şairə 

görə,  həyatda  daimi  xoşbəxtlik  və  daimi  bədbəxtlik  yoxdur.  Bu 

gün xoşbəxt olan sabah bədbəxt ola bilər. Dünənki hakim bu gün 

məhkum,  bugünkü  məhkum  sabah  hakim  ola  bilər.  Dünənki 

məsud  bu  gün  mərdud  (qovulan,  rədd  edilən)  bir  səfil,  bir 

hüquqsuz  ola  bilər  və  əksinə.  Bax,  budur  insan  həyatının  fəlsəfi 

yozumu! 

Mərhəmətsizdir iştə köhnə Fələk, 

Bəşəriyyətlə əylənir daim. 

Bəşəriyyətlə əylənir gülərək... 



 

35 

Cahan  hərbini  gözləri  önündə  canlandıran  şair,  dünyanı 

başqa bir zevqdə görür: “Peymanələrdə qan coşur. Dünənki aləm, 

mədəniyyət və abadlıq bu gün məhv edilir!..” Şair öz-özünə sual 

edir:  “Nə  üçün?”  Suala  özü  də  cavab  verir:  “Çünki  dünkü 



         

195

 

İsgəndər Atilla 

peymanlar  (əhdlər,  qərarlar)  pozulmuşdur.  Köhnə  düşmanlar 

yenidən dost olmuşdur.” Nəyin xatirinə? – İnsanları öldürməyin, 

qan tökməyin, faciələr və fəlakətlər törətməyin, nəhayət, öz siyasi 

maraqlarını  gerçəkləşdirməyin  xatirinə!  Filosof-şair  dünyada  baş 

verən ictimai-siyasi hadisələrdən, hərbi münaqişə və qarşıdurma-

lardan  belə  bir  nəticə  çıxarır:  “Təbiətdə,  kainatda  və  dünyada 

əbədi  və  payidar  (daimi,  həmişəlik)  bir  qüvvət  yoxdur.  Bütün 

xilqət, bütün həyat, bütün təbiət və bütün fünun (fənlər), elm və 

bilik,  mübarizə  metodu  dəyişməkdədir.  İnqilaba

*

  əsir  və  giriftar 



olmayan yoxdur.” 

 

Yoq təbiətdə öylə bir qüvvət, 



Əbədi, həm də paydar olsun. 

Həp dəyişməkdədir bütün xilqət, 

Həp dəyişməkdədir həyatü fünun. 

Olmayan varmı inqilaba zəbun? 

Varmı sarsılmaz öylə bir qanun!? 

 

Şair suallara birmənalı cavab vermir. Əsrin XX əsr olduğunu 



nəzərə  alaraq,  oxucunu  bütün  dünyanı  və  kainatı  seyr  etməyə 

çağırır və deyir: “Seyr et də bax! Hər addımda bir əzəmət devrilir. 

Xilqət dünən baş vermiş hadisatı bu gün dinləmir. Hər dəqiqə bir 

hikmət parlıyor.” 

 

Hər qaranlıqda çırpınır bir nur. 



Hər həqiqətdə bir xəyal uyuyur. 

 

Şər  Xeyiri,  Xeyir  Şəri  izləyir.  Dünyada,  təbiətdə  və  insan 



cəmiyyətində  hər  şey  dəyişir,  yeniləşir,  təkmilləşir.  Yeniliklə 

köhnəlik  arasında  daima  mübarizə  gedir.  Bu,  əzəli  və  əbədi  bir 

mübarizədir!  Elm  də,  fəlsəfə  də,  insan  fikri,  ağlı  və  zəkası  da 

inkişaf  edir.  Yeni  ideyalar,  yeni  fəlsəfələr  meydana  gəlir.  Yeni 

ideyalar  və  fəlsəfələr  əski  ideya  və  fəlsəfələri  arxada  buraxır. 

                                                 

*

 Müharib


ə mənasında. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə