İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə60/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   56   57   58   59   60   61   62   63   ...   142

         

181

 

İsgəndər Atilla 

halını  seyr  etsəniz,  heyrətə  gəlib  daima  ağlarsınız,  sızlarsınız. 

Çünki: 

...Məcnun zənn edər hər kəs sizi. 



Kimsə dərk etməz fəqət Leylanızı. 

Kimsədən gəlməz kömək hiç bir zaman, 

Ürkərək sizdən qaçar yeksər cihan. 

Ərzi-didar etsə sizlərdən biri,  

Göstərib heyrətlə bir çoq sərsəri. 

Xalqa söylərlər: “Qaçın bundan, aman! 

Şarlatandır, şarlatandır, şarlatan! 

Sözləri həp saçma... Yoq məna, filan, 

Həp yalandır, həp yalandır, həp yalan...” 

 

 



Cahilliyin və cahillik dünyasının aqibəti budur! Siz bu “teatr 

tamaşasını”  görüb,  qorxu-hürkü  bilməyən mərdümgiriz 

(adamayovuşmaz)  bir  bəşər  olub,  nerdə  insan  görsəniz,  ürküb 

qaçarsınız.  Ey  hal  əhli!  Həyatınızda  bunu  sona  qədər  izləsəniz, 

cəsarətli  olub  buna  təşəbbüs  etsəniz,  “Böylə  bir  azadə  yoldan 

getsəniz”,  onda  siz  də  şair  kimi məcnun  olub  ağlarsınız.  “Bən 

nəyim? Yaxud kimim” sözlərinin mənasını anlarsınız. 

 

22 

Şair  bu  cür  məqamlarda  insanın  özünü  dərk  etməsi,  onun 

kim,  yaxud  nə  olması,  haradan  gəlib,  hara  getməsi kimi  ciddi 

fəlsəfi  və  əxlaqi  problemlər  qoyur.  İnsanın  dünyagörüşünün 

formalaşmasında mühitin, onun həyat və məişət tərzinin, elm və 

biliyin  mühüm  rol  oynadığını  önə  çəkir.  Dəlilərin  ağıllılara 

gülməsini,  istehza  etməsini  və  lağa  qoymasını  Adəm  övladının 

faciəsi hesab edir. Şeirində bu cür insanlara laylay çalır. Ağıllılara 

(filosoflara)  gülən,  onların  söylədiklərini  yalan  hesab  edən məc-

nunları  şarlatan  adlandırır.  Cahillər  dünyasının  aqillər  dünyası 

üzərində zəfər çalıb, bayram etməsini tənqid atəşinə tutur. Əgər o, 

şeirin əvvəlində: 




182

                                            

Əsrin şairi IX 

- “Bən nəyim?” Kəndim də bilməm, vaz keçin! 

Sən nəsin? Boş bir sual insan için. 

Bir müəmmadır ki, “bənlik” – həll edən 

Yüksəlir Lahuta fərti-nəşədən. 

 

- yəni – “bənlik” bir müəmmadır ki, onu həll etmək istəyən 



ifrat  nəşədən  Lahuta  –  ilahiyyata  yüksəlir,  -  söyləyirsə,  şeirin 

sonunda  həmin  bədii-fəlsəfi  konsepsiyanı  ümumiləşdirərək,  bu 

nəticəyə gəlir: 

 

Öncə “bənlik”dən təcərrüd qılmayan. 



Kəndi nəfsindən uzaqdır hər zaman. 

Kim ki, əql istər o məcnun olmalı; 

Hər fəlakət gəlsə məmnun olmalı. 

 

Yəni:  Öncə  “bənlik”dən  əl  çəkməyən,  güşənişin  olmayan 



insan, hər zaman kəndi nəfsindən uzaq olar. Şair Cavid kimi əql 

istəyən isə  elmin  və  biliyin  məcnunu  olar.  Nə  fəlakət  gəlsə, 

məmnun olar. Başqa sözlə, insan öncə özünü, sonra ətrafını dərk 

etməlidir. Özünü dərk edən insan aqil, dərk etməyən cahildir. Bu 

fikirlər  şairin  Qurbanəli  bəyə  yazdığı  məktublardakı  fikrə 

uyğundur. 



 

23 

O  sualı  belə  qoyur:  əgər  insan,  konkret  olaraq  lirik 

qəhrəman elm və bilik yolunda məcnun deyilsə, əgər o gevşək bə 

duyğusuzdursa,  boş  beyni  varsa,  onda  o,  “Sirri-xilqətdən nə 

anlar?..”  Təbiidir  ki,  heç  bir  şey.  Xilqətin  sirrini  anlamaq  üçün 

gərək  bilikli,  elmli,  savadlı,  filosof  olasan.  Belə  olan  surətdə 

Haqqın nuru daim sənə gülər, yalnız biganələr bunu dərkdə aciz 

qalar. 


Nuri-haq bir çöhrədir, daim gülər

Dərkdən aciz fəqət biganələr. 

Dərk edənlər mütləqa məczub olur

(Dərk edənlər mütləqa dəli-divanə olur.) 




         

183

 

İsgəndər Atilla 

Fərti-eşqindən həmən illət bulur. 

(Eşqin ifrat dərəcəsindən xəstəlik bulur.) 

 

“Sufi şairə” görə, Haqqın nurunu biganələr dərk edə bilməz-



lər. Dərk edənlər isə həddi-hüdudu gözləməlidirlər. Əks təqdirdə 

(müsbət  mənada)  elmin  dəli-divanəsi  olarlar.  Elmə  həddindən 

ziyadə aşiq olanlar xəstəlik taparlar. Şair demək istəyir ki, Adəm 

övladı  tarix  boyu  onu  düşündürən  suallara  cavab  axtarır.  Bu, 

arasıkəsilməz dialektik və tarixi bir prosesdir. Onun ağlı, zəkası, 

biliyi,  dünyagörüşü  artdıqca,  dünyanı,  kainatı,  ilahiyyat  elmini 

öyrənib dərk etdikcə, əski biliyi, əski elmi “rədd edir”, yeni elmə, 

yeni  biliyə  yiyələnir.  İnsan  təfəkkürü  öz  “Mən”ini,  ətraf  mühiti, 

dünya, kainat və Allahı dərk etmək üçün daima axtarış və inkişaf-

dadır. 


 

24 

Fərti-eşqindən illət bulanlar: 

 

- Çıldırıb sərsəmlər, ağlar, həm gülər



Başqa bir aləmdə rəqs etmək dilər. 

Tərk edib canana bixud canını, 

(İxtiyarsız canını canana tərk edib) 

Həp arar məşuqeyi-vicdanını. 

 

Sərsəmlər  çıldırar,  ağlar,  gülər,  vicdan  məşuqəsini  arar. 



Biqərar  onun  boynuna  sarılmaq  istərkən,  qəfildən  anlar:  “Yarı 

girmiş qoynuna.” Bundan sonra onun ruhuna artıq başqa ülviyyət 

gələr  və  o,  aləmi-lahuta  (ilahiyyat  aləminə)  yüksələr.  Yüksələr, 

əngin  fəzalar  aşar,  uca  göylərdə  qorxusuz  yaşar.  Şair  şeirin  son 

misralarında tamamilə məcazi dillə danışır. 

 

Təşneyi-irfan ikən dərya bulur, 



(İrfana susamış ikən dərya bular) 

Mevt ararkən zindeyi-cavid olur. 

(Ölüm arakən canlı, ölməz olur.) 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə