İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə58/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   54   55   56   57   58   59   60   61   ...   142

         

175

 

İsgəndər Atilla 

1.  Cavidin  həyatını,  xüsusilə  İstanbul  həyatını  incədən-

incəyə  öyrənmədən  və  bilmədən  onun  bir  sıra  şeirlərini,  o 

cümlədən  “İştə  bir  divanədən  bir  xatirə...”  şeirini  anlamaq  və 

obyektiv təhlil etmək mümkün deyildir. 

2. Qoy bəziləri bilsinlər ki, Cavid İstanbula kef çəkmək üçün 

deyil,  mükəmməl  təhsil  almaq  üçün  getmişdi.  O,  burada  son 

dərəcə  çətin  və  yoxsul  bir  həyat  içində  yaşamışdır.  Çox  ağır  və 

əzablı  şəraitdə  təhsil  almışdı.  Fəqət  iradəcə  sarsılmamışdı.  Hətta 

“dilənçilik  deyilən  quduz  illətə”  belə  yalvarmamışdı.  Çocuqlu-

ğundan  bilmədiyi,  görmədiyi,  sevmədiyi  o  qorxunc  və  müdhiş 

illətə  boyun  əyməmişdi.  Cavidin  yerinə  kim  olsaydı,  bəlkə  də 

təhsilini yarımçıq buraxıb, vətənə dönərdi. Lakin o hər məşəqqətə 

dözürdü! Onu “mürtəce burjua fəlsəfəçiliyində”, maxizmdə, şüb-

həçilik  fəlsəfəsində,  estetizmdə,  xırda  burjua  romantizmində, 

skeptizmdə  nə  bilim  daha  nədə,  nədə  tənqid  etmək  və  günah-

landırmaq nə qədər asandırsa, anlamaq, dərk etmək, heç olmasa 

“yarımcavid olmaq” (Mehdi Məmmədov) bir o qədər çətindir! 

 

14 

Nə isə, qayıdaq mətləbimiz üstə. 

Şair  coşur,  daşır,  çalışır,  vuruşur,  yazıb-pozur,  oxuyub 

öyrənir.  Hər  bir  işini,  hərəkətini  və  fəaliyyətini  ağıl  və  hissiyya-

tına  uydurmağa  çalışır.  Bəzən müəllimi Məşədi  Tağı  Sidqini, 

bəzən  hamisi  Qurbanəli  Şərifzadəni  xatırlayır.  Şeirində  buna 

üstüörtülü işarələr vurur. Məktubunda isə açıq yazır: “Sizlər bənə 

o qaranlıq pərdələri yırtdınız, parçaladınız, yoxsa iləl-əbəd zəlalət 

uçurumlarında, cəhalət bataqlıqlarında məhv olub gedəcəkdim.” 

Şair  keçmişinə  xor  baxmır.  Əksinə,  gələcəyini  keçmişi  üzə-

rində  qurur.  Eım  və  biliyə  yiyələndikcə  zəlalət  uçurumlarından, 

cəhalət bataqlıqlarından xilas olur, hər elmi və fəlsəfi təfəkkürdən 

feyziyab olur. Bəzən çalışıb-çabalamaq onu yorur. Amansız həyat 

onu inlədir, küskün ruhunu dinlədir. O düşünür, daşınır, götür-

qoy  edir.  Mərhəmətsiz  Adəm  oğlundan  fərar  qılır.  İnsana  qarşı 



176

                                            

Əsrin şairi IX 

etibarını  itirir.  Oxuduğu  kitabları,  yazdığı  dəftərləri  bir  kənara 

atır. Bir zamanlar öyrəndiyi, bildiyi həqiqəti köhnə sayır. Gördü-

yü  və  hiss  etdiyi  hər  şeydə  bir  məna  axtarır.    Çox  bilik  əldə 

etdikcə  iztirabı  anbaan  artır.  Çünki  öyrəndiyindən  daha  çox  şey 

öyrənmək lazım olduğunu daha dərindən anlayır. 

 

Artıyorkən iztirabım anbaan, 



Xeyli daldım... Bir də baxdım, nagəhan 

Əski bütlər qalmamış, həp qırmışım, 

Uçmuş əqlim büsbütün çıldırmışım. 

 

15 

Filosof-şair hiss və dərk edir ki, bilmək və öyrənmək öylə bir 

uçurumdur ki, onun intihasi və dibi yoxdur. Elmin dərinliklərinə, 

elmi-bəşərin  tarixinə,  gərdişinə  baş  vurduqca,  özünü  başqa  bir 

aləmdə  hiss  edir.  Haldan-hala  düşür,  qarmaqarışıq  fikirlər 

burulğanında çabalayır. Elm və biliyin dəli-divanəsi olan filosof-

şairin  bəzən  əqli  başından  uçur.  O,  büsbütün  çıldırır.  Gülər 

görüdüyü şeyləri ağlar, ağlar gördüyü şeyləri gülər görür. Heyrət 

içində  donub  qalır.  Sərsəmləyir,  tükləri  ürpənir,  qan  beyninə 

vurur, qəlbində bir tufan qopur.  

 

Bəncə hər mahiyyəti-əşya bütün, 



Başqa rəng almaqdadır guya bu gün. 

Hər həqiqət sanki ölgün bir xəyal... 

Hökm edər ruhumda artıq başqa hal. 

 

16 

Şair  oxuyub  öyrəndikcə,  insanın  tarix  boyu  keçdiyi  yola 

nəzər  saldıqca,  əski  hissiyyatı  sərbəsər  dəyişir,  yeniləşir.  Əldə 

etdiyi  yeni  informasiyalar  və  biliklər  köhnə  informasiya  və 

bilikləri  rədd  edir.  Ruhunda  başqa  bir  hal  baş  qaldırır.  Xilqətin 

meydana gəlməsilə maraqlanır. Onun kim və nə olmasını bilmək 

və həll etmək istəyəni divanə adlandırır və yazır: 

 



         

177

 

İsgəndər Atilla 

- Bir oyuncaqdır cihan başdan-başa, 

Qafil insanlar da bənzər sərxoşa. 

 

Cavid təbiəti, insan cəmiyyətini və insan təfəkkürünü diama 



dialektik  hərəkət  və  inkişafda  görür.  Bəşər  tarixinin inkişafını 

bunsuz təsəvvür etmir. Həmin inkişaf prosesində müxtəlif dövr-

lərin, o cümlədən ibtidai icma, quldarlıq, feodalizm və s. dövlərin 

olduğunu  qeyd  edir.  Həmin  dövrlərin  özünəməxsus  xüsusiyyət-

lərini, insan cəmiyyətinin keçdiyi tarixi yolu poetik bir dillə təsvir 

edir. Bəşəriyyətin cahilliyyə dövrü haqqında ayrıca söz açır. 



 

17 

Qədim  dünyada  müxtəlif  inanca,  əxlaqa  və  mənəviyyata 

malik olan insanlar yaşayırlar. Həmin ibtidai insanlar cahil, əməl-

siz,  qayğısız  və  sayğısızdı.  Kəndilərindən  xəbərləri  yoxdur. 

Nitqsizdir.  Anlaşılmaz  sözlər  söyləyirlər.  Daima miskin,  daima 

düşünməzdilər.  Əksəri  kiçik  xülyaya  heyrandır.  Gah  yıldızlara, 

aya  və  günəşə  səcdə  edirlər,  gah  dilara  qızlarla  əylənirlər. 

Heyvanı  özləri  özləri  için  Tanrı  sanırlar...  Bu  qaranlıq  bəşər 

dünyasını  aydınlatmaq  için  bir  qaç  dahilər,  filosoflar  meydana 

gəlir və deyir: “Korları irşad için gəldik.” 

Dahilər  yoxdan  bir  Haq  mövcud  olduğunu  kəşf  edirlər. 

Həmin haqqa “Məbud” deyirlər. “Elə bir Məbud ki, hökm edər, 

fəqət kimsəyə bənzəməz. Elə bir Məbud ki, müqtədirdir; həm xəlq 

edər,  həm məhv.  Çünki  O,  hər  bir  qüvvətin  fövqündədir.”  Xalq 

həmin  dahilərin  söylədiklərinə  inanır.  Çünki  onlar  ülviyyətə 

yaxın, xitabi-qüdrətə layiq, aləmin əsrarına aşina idilər. Hamısının 

amalı  və  əfkarı,  iqbalı  və  idbarı  bir  idi.  Hamısının  ruhunda  bir 

Cənnət gülürdü. Həpsi ilhamını Haqdan alırdı... 

 

İştə hər dahidə var bir etiyad, 



Yan baqıb təqlidə, eylər ictihad. 

Dinləyib əslafı hər fikir etdilər, 

Göstərib əxlafa bir yol, getdilər. 

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə