İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə55/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   51   52   53   54   55   56   57   58   ...   142

166

                                            

Əsrin şairi IX 

Bir oyuncaqdır cihan başdan-başa, 

Qafil insanlar da bənzər sərxoşa. 

H.Cavid 

2.11. Hüseyn Cavidin fəlsəfi lirikası 

 

Azərbaycan  romantik  ədəbiyyatında  fəlsəfi  lirikanın  ən 

gözəl nümunələrini romantiklər, o cümlədən Məhəmməd Hadi və 

Hüseyn  Cavid  yaratmışlar.  Məncə,  bu  baxımdan  realist  ədəbiy-

yatımız  romantik  ədəbiyyatımızdan  kasıb  görünür.  Əgər  realist-

lərdə tipik şəraitdə tipik surətlər yaradılması (Fikir Hegelə məx-

susdur.) nə qədər güclüdürsə, romantiklərdə həyat və cəmiyyətə, 

dünya və kainata, insanın daxili aləminə və psixologiyasına fəlsəfi 

baxış güclüdür... 

Cavidin  əsərlərindəki  güclü  fəlsəfi  idrak,  ruh  və  düşüncə 

haradan  gəlir?  Fikrimcə,  ilk  öncə  onun  özünün  filosof  təfək-

kürünə  malik  olmasından!  Digər  bir  tərəfdən,  filosof  müəllimi 

Rza Tofikdən və İstanbul Universitetində aldığı təhsildən. Ancaq 

bununla da kifayətlənməyən şair asudə vaxtlarında mütaliə yolu 

ilə  özünün  fəlsəfəyə  dair  biliklərini  zənginləşdirir  və  dərin-

ləşdirirdi.  Qeyd  etdiyim  yolla  Şərq  və  Qərb  filosoflarının  əsər-

lərini  oxuyub-öyrənir,  onların  fikir,  nəzəriyyə  və  konsepsiya-

larından bədii yaradıcılığında istifadə edirdi. 



 

Bir  neçə  məlum  fakta  nəzər  salaq.  Cavid  İstanbuldan 

Qurbanəli  Şərifova  göndərdiyi  məktublarda  filosof  və  şair  Rza 

Tofikin  adını  bir  neçə  yerdə  çəkir  və  onu  hörmətlə  xatırlayır. 

Qurbanəli  Şərifova  müraciət  edərək  yazır:  “Beş-altı  ay  “ədadi” 

proqramını  ikmala  çalışıram.  Hər  həftə  məşhur  filosof  Rza  Tofiq 



bəydən  həqayiqə  dair, o cümlədən fəlsəfəyə  dair, bir-iki dərs proqram 

xaricində oxuyuram.” 

O,  1909-cu  ildə  yazdığı  bir  məktubda  İstanbul  Univer-

sitetinin  ədəbiyyat  şöbəsində  tədris  edilən  yeddi  fənnin  adını 



         

167

 

İsgəndər Atilla 

ayrıca  qeyd  etmişdir.  Həmin  fənlər  arasında  “Məbadiyi-fəlsəfə” 

fənni  də  var.  Rza  Tofiq  xalq  deputatı  seçildikdən  sonra 

Universitetə  professor  təyin  edilir.  Şair  fənlərin  tədrisilə  bağlı 

yazır: “...Həftədə on dörd dərs  birinci sinifdə  oxuyuram.  Fürsəti 

fövt  etməmək  için  yeddi  dərs  də  ikinci  sinfə  davam  edirəm. 

Məktəbimiz  üç  sənəlik  və  üç  sinifdən  ibarətdir...  Bu  proqram 

ustadi-möhtərəm Rza Tofik səlah gördüyü bir proqramdır...”

1

 

 



Cavid  İstanbulda  gecəsini  gündüzünə  qataraq,  oxuyub-

öyrənir, müxtəlif fənlər üzrə biliklərə dərindən yiyələnməyə ciddi 

səy  göstərir.  Sevdiyi  fənlər  arasında  ədəbiyyat,  tarix  və  fəlsəfə 

xüsusi yer tutur. Elmlərə mükəmməl yiyələnməyi qarşısına məq-

səd  qoyan  şair,  Qafqazdan  İstanbula  ali  təhsil  almağa  gələnləri 

özü  ilə  müqayisə  edərək,  Qurbanəli  bəyə  yazır:  “...Və  inşallah 

təala  [Qafqazdan]  təhsil  etməyə  [İstanbula]  gəlmiş  əfəndilər  ilə 

Qafqaza  övdət  etdikdə  məlum  olunar  ki,  onlar  nə  təhsil  alıb  və 

bən nə kəsb etmişəm.” 

Onun fəlsəfə elminə nə dərəcədə maraq və meyl göstərdiyi 

ilk  öncə  məktublarında  öz  ifadəsini  tapmışdır.  Onun  bəzi 

fikirlərini nəzərdən keçirək. 

- Hər şey dəyişsə təbiət dəyişməz. 

-  Məşhur  Kamal  bəy

*

  demiş  ki:  “Kimsənin  lütfünə  olma 



talib, əvəzi cövhəri-hürriyyətdir.” 

- Dünyada hər şeyin bir qanunu var. 

- İnsan daima aldanmağa məhkumdur. 

-  Möhtəşəm  bir  filosofi-kəbirin  dediyi  kibi:  “Təbiətdə  heç 

bədhava (müftə) şey yoxdur, qeyri-təbii olaraq, şöləpaş həqiqətlər 

puç bir xəyaldan ibarətdir.” 

-  Hasili-əhbablıq,  mədənilik,  gözəllik,  hissi-mərhəmət, 

ruhaniyyət  həp  birər  incə  teldən,  şəxsi  və  adi,  qırılacaq  qədər 

                                                 

1

 



Əziz Şərif. Keçmiş günlərdən, Bakı, 1977, s. 54. 

*

 Namik Kamal. 




168

                                            

Əsrin şairi IX 

çürük bir teldən asılıdır ki, tədqiq və təcrübəyə qalxışsan dərhal 

qırılır! Dərhal pozular, dərhal sönər.  

- Hətta çürük bir soğan qabığında belə bir fiyət, bir qiyməti 

vardır. Qiymətsiz bir şey olmaz. 

- Təbiətdə bədhava (hesabsız) bir şey olmaz. Hər şeydə, hər 

məsləkdə, hər xüsusda bir tərbiyeyi-müntəzəmə, bir mümariseyi-

məxsusə  vardır  ki,  insan  o  tərbiyə  ilə  təqib  edəcəyi  məsləkdə 

kəsbi-ixtisas  etməlidir,  böyük  bir  nüfuzi-nəzərə  malik  olmalıdır 

və s. 


Cavid üç elmə - ədəbiyyat, tarix və fəlsəfə elmlərinə xüsusi 

maraq  və  həvəs  göstərmiş,  tarixi  ədəbiyyat  və  sənət  qədər, 

fəlsəfəni hər ikisi qədər  sevmiş və öyrənmişdir.  Buna görə də o, 

təfəkkür və düşüncə etibarilə həm bədii təfəkkürə, həm tarixçi tə-

fəkkürünə,  həm  də  filosof  təfəkkürünə  malik  olmuşdur.  Yalnız 

nadir istedad sahibləri buna malik ola bilərlər. Əziz Şərif yazırdı 

ki,  Cavid  kəskin  şüura,  ağıla  və  zəkaya,  dərin  düşüncəyə  malik 

idi. Bu, ulu Tanrının ona bəxş etdiyi ən böyük səadət və nemət idi. 

O,  dünya  və  bəşəriyyətin,  vətən  və  millətin  taleyini,  bu 

gününü və gələcəyini düşünən şair idi. Cəmiyyət və həyat, təka-

mül  və  inqilab,  siyasət  və  ədəbiyyat,  din,  məzhəb,  əqidə  və 

məslək haqqında fikirlərini ilk öncə və daha çox Qurbanəli Şərifov 

və  Əziz  Şərif  ilə  bölüşürdü.  Ə.Şəriflə  dostluq  edən  şair,  ona 

Zərdüşt, Artur Şopenhauer, Herbert Spenser, Fridrix Nitsşe, Rza 

Tofik və b. filosoflar barəsində söhbət açır, onların fəlsəfi görüşləri 

haqqında saatlarla danışardı. Məqalələrində İmmanuil Kant, Con 

Look,  Spinoza,  Spenser  və  b.  filosofların  nəzəri  fikir  və  konsep-

siyalarına  münasibət  bildirirdi.  Şeir  və  dramatik  əsərlərində  isə 

Epikür, Platon, Aristotel, İbn Sina, Məhəmməd peyğəmbər, Xəy-

yam, Dekart və b. filosofların fəlsəfi görüşləri ayrıca yer vermişdi.  

Şair  Q.Şərifova  yazdığı  məktublarından  birində  özünə  xas 

olan xüsusiyyətləri ayrıca qeyd etmişdir. Maraqlandığı hər hansı 

bir məsələni dərindən-dərinə, incədən-incəyə öyrəndiyini vurğu-




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə