166
Əsrin şairi IX
Bir oyuncaqdır cihan başdan-başa,
Qafil insanlar da bənzər sərxoşa.
H.Cavid
2.11. Hüseyn Cavidin fəlsəfi lirikası
1
Azərbaycan romantik ədəbiyyatında fəlsəfi lirikanın ən
gözəl nümunələrini romantiklər, o cümlədən Məhəmməd Hadi və
Hüseyn Cavid yaratmışlar. Məncə, bu baxımdan realist ədəbiy-
yatımız romantik ədəbiyyatımızdan kasıb görünür. Əgər realist-
lərdə tipik şəraitdə tipik surətlər yaradılması (Fikir Hegelə məx-
susdur.) nə qədər güclüdürsə, romantiklərdə həyat və cəmiyyətə,
dünya və kainata, insanın daxili aləminə və psixologiyasına fəlsəfi
baxış güclüdür...
Cavidin əsərlərindəki güclü fəlsəfi idrak, ruh və düşüncə
haradan gəlir? Fikrimcə, ilk öncə onun özünün filosof təfək-
kürünə malik olmasından! Digər bir tərəfdən, filosof müəllimi
Rza Tofikdən və İstanbul Universitetində aldığı təhsildən. Ancaq
bununla da kifayətlənməyən şair asudə vaxtlarında mütaliə yolu
ilə özünün fəlsəfəyə dair biliklərini zənginləşdirir və dərin-
ləşdirirdi. Qeyd etdiyim yolla Şərq və Qərb filosoflarının əsər-
lərini oxuyub-öyrənir, onların fikir, nəzəriyyə və konsepsiya-
larından bədii yaradıcılığında istifadə edirdi.
2
Bir neçə məlum fakta nəzər salaq. Cavid İstanbuldan
Qurbanəli Şərifova göndərdiyi məktublarda filosof və şair Rza
Tofikin adını bir neçə yerdə çəkir və onu hörmətlə xatırlayır.
Qurbanəli Şərifova müraciət edərək yazır: “Beş-altı ay “ədadi”
proqramını ikmala çalışıram. Hər həftə məşhur filosof Rza Tofiq
bəydən həqayiqə dair, o cümlədən fəlsəfəyə dair, bir-iki dərs proqram
xaricində oxuyuram.”
O, 1909-cu ildə yazdığı bir məktubda İstanbul Univer-
sitetinin ədəbiyyat şöbəsində tədris edilən yeddi fənnin adını
167
İsgəndər Atilla
ayrıca qeyd etmişdir. Həmin fənlər arasında “Məbadiyi-fəlsəfə”
fənni də var. Rza Tofiq xalq deputatı seçildikdən sonra
Universitetə professor təyin edilir. Şair fənlərin tədrisilə bağlı
yazır: “...Həftədə on dörd dərs birinci sinifdə oxuyuram. Fürsəti
fövt etməmək için yeddi dərs də ikinci sinfə davam edirəm.
Məktəbimiz üç sənəlik və üç sinifdən ibarətdir... Bu proqram
ustadi-möhtərəm Rza Tofik səlah gördüyü bir proqramdır...”
1
3
Cavid İstanbulda gecəsini gündüzünə qataraq, oxuyub-
öyrənir, müxtəlif fənlər üzrə biliklərə dərindən yiyələnməyə ciddi
səy göstərir. Sevdiyi fənlər arasında ədəbiyyat, tarix və fəlsəfə
xüsusi yer tutur. Elmlərə mükəmməl yiyələnməyi qarşısına məq-
səd qoyan şair, Qafqazdan İstanbula ali təhsil almağa gələnləri
özü ilə müqayisə edərək, Qurbanəli bəyə yazır: “...Və inşallah
təala [Qafqazdan] təhsil etməyə [İstanbula] gəlmiş əfəndilər ilə
Qafqaza övdət etdikdə məlum olunar ki, onlar nə təhsil alıb və
bən nə kəsb etmişəm.”
Onun fəlsəfə elminə nə dərəcədə maraq və meyl göstərdiyi
ilk öncə məktublarında öz ifadəsini tapmışdır. Onun bəzi
fikirlərini nəzərdən keçirək.
- Hər şey dəyişsə təbiət dəyişməz.
- Məşhur Kamal bəy
*
demiş ki: “Kimsənin lütfünə olma
talib, əvəzi cövhəri-hürriyyətdir.”
- Dünyada hər şeyin bir qanunu var.
- İnsan daima aldanmağa məhkumdur.
- Möhtəşəm bir filosofi-kəbirin dediyi kibi: “Təbiətdə heç
bədhava (müftə) şey yoxdur, qeyri-təbii olaraq, şöləpaş həqiqətlər
puç bir xəyaldan ibarətdir.”
- Hasili-əhbablıq, mədənilik, gözəllik, hissi-mərhəmət,
ruhaniyyət həp birər incə teldən, şəxsi və adi, qırılacaq qədər
1
Əziz Şərif. Keçmiş günlərdən, Bakı, 1977, s. 54.
*
Namik Kamal.
168
Əsrin şairi IX
çürük bir teldən asılıdır ki, tədqiq və təcrübəyə qalxışsan dərhal
qırılır! Dərhal pozular, dərhal sönər.
- Hətta çürük bir soğan qabığında belə bir fiyət, bir qiyməti
vardır. Qiymətsiz bir şey olmaz.
- Təbiətdə bədhava (hesabsız) bir şey olmaz. Hər şeydə, hər
məsləkdə, hər xüsusda bir tərbiyeyi-müntəzəmə, bir mümariseyi-
məxsusə vardır ki, insan o tərbiyə ilə təqib edəcəyi məsləkdə
kəsbi-ixtisas etməlidir, böyük bir nüfuzi-nəzərə malik olmalıdır
və s.
4
Cavid üç elmə - ədəbiyyat, tarix və fəlsəfə elmlərinə xüsusi
maraq və həvəs göstərmiş, tarixi ədəbiyyat və sənət qədər,
fəlsəfəni hər ikisi qədər sevmiş və öyrənmişdir. Buna görə də o,
təfəkkür və düşüncə etibarilə həm bədii təfəkkürə, həm tarixçi tə-
fəkkürünə, həm də filosof təfəkkürünə malik olmuşdur. Yalnız
nadir istedad sahibləri buna malik ola bilərlər. Əziz Şərif yazırdı
ki, Cavid kəskin şüura, ağıla və zəkaya, dərin düşüncəyə malik
idi. Bu, ulu Tanrının ona bəxş etdiyi ən böyük səadət və nemət idi.
O, dünya və bəşəriyyətin, vətən və millətin taleyini, bu
gününü və gələcəyini düşünən şair idi. Cəmiyyət və həyat, təka-
mül və inqilab, siyasət və ədəbiyyat, din, məzhəb, əqidə və
məslək haqqında fikirlərini ilk öncə və daha çox Qurbanəli Şərifov
və Əziz Şərif ilə bölüşürdü. Ə.Şəriflə dostluq edən şair, ona
Zərdüşt, Artur Şopenhauer, Herbert Spenser, Fridrix Nitsşe, Rza
Tofik və b. filosoflar barəsində söhbət açır, onların fəlsəfi görüşləri
haqqında saatlarla danışardı. Məqalələrində İmmanuil Kant, Con
Look, Spinoza, Spenser və b. filosofların nəzəri fikir və konsep-
siyalarına münasibət bildirirdi. Şeir və dramatik əsərlərində isə
Epikür, Platon, Aristotel, İbn Sina, Məhəmməd peyğəmbər, Xəy-
yam, Dekart və b. filosofların fəlsəfi görüşləri ayrıca yer vermişdi.
Şair Q.Şərifova yazdığı məktublarından birində özünə xas
olan xüsusiyyətləri ayrıca qeyd etmişdir. Maraqlandığı hər hansı
bir məsələni dərindən-dərinə, incədən-incəyə öyrəndiyini vurğu-