169
İsgəndər Atilla
lamışdır. Şairin bu fərdi xüsusiyyətlərini və iş üsulunu nəzərə
alsaq, deyə bilərik ki, o, həmin filosofların əsərləri ilə elə-belə
maraqlanmamışdır. Maraqlandığı məsələni dərindən və hərtərəfli
öyrənmişdir.
Bunun bariz nümunəsi “İştə bir divanədən bir xatirə...”
şeiridir. Burada “Ətraf mühiti, dünya və kainatı, Allah və bəşər
elmini dərk etməyin yolunun insanın özünü dərk etməsindən
başlanır” konsepsiyası önə çəkilir. Şairin 1912-ci ilədək ayrı-ayrı
filosofların əsərlərindən öyrəndikləri özünün şəxsi həyat təcrübəsi
və biliyi əsasında ümumiləşdirilir.
5
1912-ci ildir. Cavid Tiflisdə hələ də İstanbulda aldığı təhsil
və tərbiyənin təsiri altında idi. Beynində öyrəndiyi filosofların
əsərlərindən əzbərlədiyi fikirlər, onların kainata, dünyaya, insan
şəxsiyyətinə və idrakına baxışları cövlan edirdi. Bir-birini təkzib
və təsdiq edən, bir-birilə toqquşan fikirlər aləmində idi. Son
dərəcə əsəbi və narahat hallar keçirirdi. Başında cövlan edən
fikirləri kağıza köçürmək üçün masa arxasına keçdi və bu sözləri
yazdı. «İştə bir divanədən bir xatirə. “Sən nəsin? Kimsin?” deyə
ariflərə.»
Mən həmin əsəri nəinki Cavid lirikasında, XX əsr Azər-
baycan poeziyasında fəlsəfi məzmunda yazılmış, bədii cəhətdən
ən gözəl və mükəmməl əsərlərdən bir hesab edirəm. “Bir
divanədən” ifadəsini müsbət mənada, yəni “arif” mənasında
anlayıram. Şeirdə cəm şəkildə işlədilən “ariflər” sözünü bir neçə
görkəmli filosofa aid edirəm. Onlardan birinin Platon, o birisinin
Aristotel, üçüncüsünün Dekart olduğunu düşünürəm.
Cavid Dekartın adını çox-çox sonralar “Asudə və işsiz
saatlarda oxunacaq bir məktub”unda çəkir və yazır: “Artıq
bundan sonra mən hər kəsdən şübhə etməyə başladım, hətta
kəndimdən də... Adətən filosof Dekart kimi “Mən nəyim!” deyə
kəndimə, kəndi kölgəmə, kəndi varlığıma belə etmiyorum...”
170
Əsrin şairi IX
Şair filosof Dekart haqqında fikrini heç bir yerdə bu cür açıq
şəkildə ifadə etməmişdir. Məktub 1920-ci illərin əvvəllərində
Bakıda yazılmış və vəzifəli bir şəxsə ünvanlanmışdır. O zaman
şairin oğlu Ərtoğrol xəstə idi. Maddi cəhətdən İstanbulda çəkdiyi
əzab və əziyyəti o, demək olar ki, Bakıda çəkirdi. Ömrünün ən ağır
çağlarından birini yaşayırdı. Oğlunu müalicə etdirmək üçün bəzi
qiymətli kitablarını aparıb satmışdı. Demək istəyirəm ki, şeir qələ-
mə alındığı günlərdə şair İstanbulda hansı hisslər, iztirablar, maddi
sıxıntılar keçirmişdirsə, 12-13 ildən sonra onu Bakıda keçirirdi,
hətta “aeroplanım olsaydı, şəhəri tərk edərdim” yazırdı. Başıbəlalı
şair bir bəladan qurtulub, başqa bir bəlaya düçar olmuşdu...
6
Ulu Tanrı! Bu necə hal, bu necə təb, bu necə həyəcan və
sarsıntı idi ki, şair yaşayırdı?!. O, birmənalı şəkildə arqadaşlarını
rədd edirdi. Onun dərdini sormamağa, qəlbinə atəş vurmamağa
çağırırdı. Çünki biganələr dərd əhlinin dərdini anlamırdılar.
Könlünü qırıq bir viranəyə, özünü qayğısız bir divanəyə, söy-
lədiklərini bütün əfsanəyə bənzədən idealist şair, yazdıqca
Dekartı və başqa filosofları düşünür və alovlu misralarını kağız
üzərinə köçürürdü:
- Arqadaşlar! Sormayın, hiç sormayın!
Sızlayan bir qəlbə yara vurmayın!
Sormayın, ariflər! Ey fərzanələr!
Anlamaz dərd əhlini biganələr
“Bən nəyim?” Kəndim də bilməm vaz keçin!
Sən nəsin? Boş bir sual insan için.
Şair yanırdı, alovlanırdı. Əslində özünün və ətrafındakı
biganələrin kim olduğunu gözəl anlayırdı. Qarmaqarışıq fikirlər
və düşüncələr içində sanki bir şimşək kimi çaxır, bəzi filosofları
“məhşər ayağına” çəkirdi. Bəzən bir idealist şair-filosof kimi,
bəzən bir materialist şair-filosof kimi düşünür və mühakimələr
yürüdürdü.
171
İsgəndər Atilla
7
“Bənlik nədir?” Şairə görə, o bir müəmmadır. Sualı həll edən
kəs fərti-nəşədən lahuta yüksəlir. Göz görmək, qulaq eşitmək
alətidir ki, çox zaman insanlar aldatmışdır. Siz mənim söylədik-
lərimə etibar etməzsiniz. Çünki mən divanəyəm, siz qafilsiniz.
“Çünki anlaşılmaq deyildir pək qolay, // Laylalaylay, laylalaylay,
laylalay.” Cahil və qafil insanlara laylay çalmaqla nə demək istə-
yir filosof-şair? Məncə, demək istəyir ki, kainat və dünyanın sirlə-
rini, bəşər elmini, insan “Mən”ini dərk etmək üçün mürgüləmək
yox, oxuyub öyrənmək, elmə dərindən yiyələnmək gərəkdir.
8
Fikrimcə, həmin əsər bioqrafik əsərdir. Bunu sübut etmək
üçün əsərdə kifayət qədər dəlil-sübut var. Şeiri yazarkən şairin 30
yaşı var idi. O, artıq fəlsəfə elmində mövcud olan bir çox cərəyan
və təlimləri öyrənmiş, analiz etmişdi. Şair öyrəndiyi fəlsəfi təlim,
anlayış və konsepsiyaları bu şeirində sistemləşdirmiş və özünə-
məxsus fəlsəfi fikirlər ilə zənginləşdirmişdir.
Yeri gəlmişkən, sovet dönəmində bəzi filoloq və filosoflar
Cavidin fəlsəfi görüşlərinə birtərəfli yanaşmış, onun fəlsəfi fikir
və mühakimələrində “burjua filosoflarına” məxsus təmayül axtar-
mışlar. Həmin fikirlərlə qətiyyən razılaşmaq olmaz. Müasir cavid-
şünaslar bu cür məsələlərdə çox diqqətli və ehtiyatlı olmalıdırlar.
Onlar Cavidin fəlsəfi görüşlərini daha dərindən araşdırmaq üçün
onun özünün maraqlandığı və bəhrələndiyi filosofların əsərlərini
diqqətlə və yaxşı öyrənməlidirlər.
9
Şeirin ilk beytlərinə fəlsəfi mühakimələrlə başlayan, sanki
bir inqilab içində çırpınan şair, sonra öz həyat tarixini vərəq-
ləməyə başlayır. Bir zamanlar ənisi - yar, əhli - məna və mərhə-
məti - əsrar olan şair uşaqlıq illərini xatırlayır. Qayğısız və azad-
sər şair bəxtiyar günlərini yaşayır. Bilmir ki, xilqət nədir, möv-
cudiyyət nədir, heçlik və sonsuzluq nədir? Ən dəni bir hiss onun
Dostları ilə paylaş: |