157
İsgəndər Atilla
dönə-dönə qayıdır. “Elmi-bəşər” və “İştə bir divanədən bir
xatirə...” fəlsəfi şeirlərində isə problemi “Mən kiməm, mən
nəyəm? Mən hardan gəlib, haraya gedirəm?” şəklində qoyur və
bədii cəhətdən həll edir. Allaha, insana və dünyaya qarşı məhəb-
bəti güclü olan şair, həqiqətə doğru gedir, həqiqəti dərk edir və
həqiqətə qovuşur.
Seyr eylədikcə bən şu gözəl kainatı, həp
Ruhum uçar, uçar, əbədi bir səfa duyar...
İnsan olan cihanda nasıl sevgisiz yaşar!?
Həp sevgidir gözəlliyi insana sevdirən.
Mərhumi-eşq olunca gözəllik də can sıqar...
(“Hər yer səfalı, nəşəli...”)
Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur.
(“Dün və bu gün”)
22
Cavidin bəzi şeirlərində, xüsusilə “Azər” poemasında və
“İblisin intiqamı” pyesində Şərq və Qərb adamı, Şərq və Qərb əqli
və təfəkkürü, Şərq və Qərb adamının əməli problemi daha kəskin
qoyulur.
Ey vətən! Səndə parlayanda ziya
Büsbütün əhli-Qərb cahilimiş.
(“Hali-əsəfiştimalımı təsvirdə
bir ahi-məzlumanə”)
Bu fikri Hegelin yuxarıda qeyd etdiyim iddiasına bir cavab
kimi də qəbul etmək olar.
İştə Qərbin azğın səadətləri
Alır qida Şərqin fəlakətindən.
(“Azər”)
Qərbin azğın səadətləri yalnız Şərqin fəlakətindən qida
almırdı və almır. Qərb adamının ağlı, təfəkkürü və fəlsəfəsi, eyni
158
Əsrin şairi IX
zamanda, Şərq adamının ağlı, təfəkkürü və fəlsəfəsindən qida
almışdı və alır. Əgər dünən də, bu gün də Şərqi Zərdüştün günəşi
işıqlandırırdı və işıqlandırırsa, Qərbi İsa məsihin təlimi işıqlan-
dırırdı və işıqlandırır; əgər Şərq və islam dünyanı və bəşəriyyəti
sülhə çağırırdısa və çağırırsa, Qərb dünyanı və islamı müharibə
ilə hədələyir.
Gərçi bu gün kapitalizm “sülh” arar,
Hər salondan doğar yeni bir şiar.
“Tərki-silah” nəğmələriylə ancaq
Məzlumlara qarşı qurulur tuzaq.
(“Azər”)
Qərb fikri, əqli və təfəkkürü budur. O daha çox ölüb-öldür-
məyə, Şərq fikri, əqli və təfəkkürü isə şəfqət və mərhəmətə meyl-
lidir.
23
Hegeldən çox-çox sonralar yaşamış bir almanın “İblisin
intiqamı” pyesində söylədiyi sözlərə diqqət edək.
Birinci alman (məğrur və sərt bir ahəng ilə). Həzərat! Hər kəs
kibi Almaniya xalqının da sülhə böyük ehtiyacı var.
*
Lakin bizim
ölkədə yaşayış getdikcə ağırlaşır. Bu acı həqiqəti bilməyən
yoxdur. Burada
∗
*
sevgidən, mərhəmətdən bəhs edirlər. Bu bir
xəstəlikdir. Həqiqi sülhü əldə etmək için hər kəsin haqqı təmin
olunmalıdır. Bizə hüquq və torpaq verilmədikcə, barışıqdan söz
açmaq yersizdir.
Qərb insanının düşüncəsinə baxın! O, sevgi və məhəbbətdən
bəhs etməyi bir xəstəlik hesab edir. Başqa bir alman isə açıqca
bildirir: “Biz təmin olunmadıqca, Avropa dövlətləri sülh və
əmniyyət görməyəcək...”
Hegel fəlsəfi əsərlərini yazarkən bilmirdi ki, XX əsrdə iki
*
H
əmin alman bu sözləri birinci dünya müharibəsindən xeyli sonra söyləyir.
∗*
Belçikada keçiril
ən sülh konfransında. Kursiv mənə aiddir.
159
İsgəndər Atilla
dünya müharibəsi olacaq və onu almanlar törədəcəklər. Yeri
gəlmişkən, bugünkü Almaniyanın bəzi dairələrində faşist əhval-
ruhiyyəsi dünənki Almaniyadakı faşist əhval-ruhiyyəsindən fərq-
lənmir...
Şərq və Qərb adamını, onun düşüncə və təfəkkürünü, ağıl,
zəka və fəlsəfəsini gözəl bilən Cavid əsərlərində buna ayrıca
diqqət yetirmişdir. Lakin oxucu elə başa düşməməlidir ki, şair
Şərqdə həmişə işıq, Qərbdə həmişə zülmət görmüşdür. Bu, heç də
belə deyildir. O, istər Şərq, istərsə də Qərb olsun, insanın yaxşı
əməllərini təqdir etmiş, yaramaz əməllərini pisləmişdir. Şair
Platonun “Məhəbbət insanı birləşdirir. İnsan yalnız məhəbbətlə
İnsan olur.” fikrinə necə qarşı çıxa bilərdi?! Bu, ola bilməzdi!..
24
Cavidcə, Şərq və Qərb mədəniyyəti bir-birini qarşılıqlı
şəkildə zənginləşdirmiş, tərəqqiyə təkan vermişdir. İstər Şərq,
istərsə də Qərb olsun, insan ağlı və təfəkkürünün inkişafı
tarixində onu həmişə belə bir sual düşündürmüşdür: “Mən
kiməm, yaxud nəyəm? İnsan Kimdir, yaxud nədir?” Bu sual
İstanbulda fəlsəfə elminin dərinliklərinə baş vuran Cavidi 1912-ci
ildə daha ciddi düşündürməyə başlayır. Çılğın, həyəcanlı hallar
keçirən şair-filosof suallara cavab axtararkən, dürlü-dürlü şübhə
və həqiqətlərlə üz-üzə qalır və sual edir:
“Bən nəyim?” Kəndim də bilməz, vaz keçin!
Sən nəsin? Boş bir sual insan için.
Bir müəmmadır ki, “bənlik” – həll edən
Yüksəlir Lahuta fərti-nəşədən...
(Yüksəlir İlahiyyata ifrat nəşədən.)
Kant hesab edirdi ki, insan əqlini maraqlandıran problemlər
nə bir əsrin, nə də bir millətin həll edəcəyi problemlər deyildir.
Qərb sivilizasiyanı Şərq sivilizasiyasına qarşı qoyan, Qərb
xristian dünyasını bəşər sivilizasiyanın yekunu hesab edən Hegel