151
İsgəndər Atilla
şübhədir! Şübhə etmək insana xas olan xüsusiyyətdir. (Tarixən
şübhələnmə böyük cinayətlərin açılmasında mühüm rol oyna-
mışdır.)
İstər Dekart olsun, istərsə də başqa filosoflar, Cavid idrak
sahiblərinin təlimləri və fəlsəfi konsepsiyalarına kor-koranə ya-
naşmamışdır. Ağlı kəsəni qəbul etmiş, kəsməyəni qəbul etməmiş-
dir. O, bəzən Dekart kimi düşünür və hesab edirdi ki, mənim
mövcud olduğumu şübhə altına almaq olmaz. Əgər mən varamsa,
mən düşünürəmsə, deməli, mən mövcudam. Mən yoxamsa,
deməli, mövcud deyiləm və düşünmürəm. Deməli, aydın və
dəqiq qavranılan bütün şeylər doğrudur.
Seyr eylədikcə bən şu gözəl kainatı, həp
Ruhum uçar uçar, əbədi bir səfa duyar.
(“Hər yer səfalı, nəşəli...”)
Göydə bitməyən bir dərinlik var...
Bu dərinlikdə bir həqiqət var,
Gizlidir gərçi kor beyinlər için...
(“Dəniz tamaşası”)
“Bilmək, öyrənmək” öylə bir uçurum
Ki, onun intihası yoq, dibi yoq...
“Bilirim” söylənənlər də var pək çoq.
Nəmə lazım... O bir xəyalətdir...
(“Elmi-bəşər”)
Bu parçalarda təsvir edilən şeylər dəqiq qavranılır, deməli,
doğrudur.
14
Spinoza hesab edirdi ki, azadlıq dərk edilmiş zərurətdir.
Dünya prosesləri zərurət əsasında baş verir. İnsan iradəsi heç nəyi
dəyişməyə qadir deyildir...
Filosof şair Spinozanın fikrinin birinci hissəsini qəbul et-
mişdir. Düşünmüşdür ki, azadlıq gerçəkdən dərk olunmuş zəru-
rətdir. Azadlıq və sərbəstliyin zəruriliyini dərk edən şair, bütün
152
Əsrin şairi IX
həyatı və yaradıcılığı boyu buna əməl etmişdir. Yaradıcılıqda
azad və sərbəst olmuş, sərbəst düşünmüş, sərbəst yazıb-yarat-
mışdır.
O, azadlıq-hürriyyət haqqında fikir və mülahizələrini mək-
tublarında, məqalələrində və bədii əsərlərində ifadə etmişdir. Şair
istanbullu türk xanımlarının azad və hürr olmalarına sevinmiş,
Qurbanəli Şərifzadəyə yazmışdır: “Məzmunca mümkün olduğu
qədər bəzi əvalimi dərk edib anlamağa və lüzumunca aşna ol-
mağa məcburam; keçdi cəhalət zamanı... gəldi hürriyyət zamanı.”
Cavid məhəbbəti-hürriyyətin nə olduğunu ona anlatdıqları
üçün Sidqiyə və Qurbanəli bəyə minnətdarlığını bildirmişdir.
Azadlığın nə olduğunu anlayan və dərk edən şair, Namik Ka-
malın məşhur ifadəsini nəzər-diqqətə çatdırmışdır: “Kimsənin
lütfünə olma talib, əvəzi cövhəri-hürriyyətdir.” O, əsərlərində bu
problemin üzərinə dönə-dönə qayıdır. Lakin hürriyyəti ideallaş-
dırmır. Həmin problemə həm tarixi, həm də fəlsəfi aspektdən
yanaşır.
15
Hürriyyət öylə nazlı bir afət ki, pək vəqur,
Qan aqmadıqca kimsəyə gülməz o işvəkar.
Şair demək istəyir ki, azadlıq verilmir, azadlıq alınır.
“Şeyda” faciəsində bu problemin üzərinə məxsusi dönür. Bir
şeirində məsələyə qlobal yanaşır, dünyada hürriyyət probleminə
toxunur və yazır:
Hürriyyət? Ah, o bəncə fəqət tatlı bir xəyal...
Dünyada varmı hürr, əcəba? İştə bir sual!..
(“Hərb ilahi qarşısında”)
Şair Spinozanın fikrinin ikinci hissəsini, yəni “insan iradəsi
heç nəyi dəyişməyə qadir deyildir” fikrini qəbul etməmişdir. Elə
öz şəxsi həyatı və iradəsi timsalında insanın nəyə qadir olduğunu
sübut etmişdir...
153
İsgəndər Atilla
16
Şərq dünya sivilizasiyası və fəlsəfəsinin ilkini və mənbəyi
olaraq qalır. “Fəlsəfə” anlayışını da Şərq təfəkkürrünə aid etmək
lazımdır. Hegelə görə, fəlsəfi inkişafın zirvəsi onun sistemində
“heç də mövcud olan hər şey”, habelə sözsüz gerçək deyildir.
Hegeldə gerçəklik atributu yalnız o şeyə məxsusdur ki, o, eyni
zamanda zəruridir.” (F.Engels)
1
Hegel təlimində Mütləq Ruh əsas yer tutur. Onun fikrincə,
o, dramatik şəkildə hərəkətdədir. İnsanın doğulması faktı hələ
onun insan olması demək deyildir. O yalnız doğumdur. Mütləq
Ruh doğulur, gənclik dövrünə çatır, qocalır. Şərq bu yolda ancaq
başlanğıcdır. Şərq doğulan fikrin özü deyil, fikirləşməyin imka-
nıdır. Şərq Ruhu fikir haqqında düşünməyə qadir deyil. Fikir
onun təfəkkürünün predmeti, obyekti ola bilməmişdir və s.
17
Sual oluna bilər: “Cavid həmin fikri qəbul etmişdirmi?”
Onun heç bir fəlsəfi əsəri olmadığına görə suala cavab vermək
çətindir. Amma mən düşünürəm ki, o, Şərq təfəkkürü və
fəlsəfəsini, Qərb təfəkkürü və fəlsəfəsini ayrıca bir predmet,
obyekt və sistem kimi qəbul etmişdir. Zərdüşt, İbn Sina,
Məhəmməd peyğəmbər və Xəyyam fəlsəfəsinə istinad edərək,
Şərq təfəkkürünü bütöv bir sistem kimi qəbul etmişdir. Dolayısı
ilə Hegelin Şərq Ruhu fikri haqqında düşüncələrinə müxalif
olmuşdur. Cavidə görə, fikrin özü də, fikirləşmək imkanı da
Qərbdən öncə Şərqdə mövcud olmuşdur. Şərq filosofları, o
cümlədən Zərdüst, İbn Sina, Məhəmməd, Farabi və Xəyyam Şərq
Ruhu fikri haqqında düşünməyə qadir olmuşdur. Onun bu
barədə fikirləri “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” və “Xəyyam”
pyeslərində öz bədii ifadəsini tapmışdır.
1
Ağayar Şükürov. Fəlsəfə, Bakı, 1979, s. 178.
Dostları ilə paylaş: |