148
Əsrin şairi IX
9
Cavid əsərlərində fəlsəfi motivlər barəsində həm Azər-
baycan filosofları, həm də ədəbiyyatşünasları bəhs etmişlər. (Mən
bu haqda “Əsrin şairi” silsiləsindən ikinci kitabımda söz açmı-
şam.) Məmməd Cəfər Cavidin fəlsəfi görüşlərinin izahında nə
qədər subyektivdirsə, Məsud Əlioğlu bir o qədər obyektivdir.
Birincidə marksist metodologiyasının təsiri daha çox hiss olunur.
M.Əlioğlu “Məsud və Şəfiqə” şeirində daha çox təxəyyül,
ideal və xəyal probleminə münasibətini bildirir və yazır: «İdeal
həqiqət axtarıcılığı, müxtəlif fəlsəfi-ictimai məsələlərin mahiyyə-
tini araşdırmaq meylləri “İştə bir divanədən”, yaxud da “Sən
nəsin? Kimsin?” deyən ariflərə adlı məşhur şeirində daha dərin-
dən, ətraflı şəkildə əks olunmmuşdur... Şair bu əsərində, hər
şeydən əvvəl, özünü dərk etməyə çalışır; qəlbini didən və dillən-
dirən suallara cavab axtarır; beynini yandıran alovlu fikirlərini
müəyyən ideyalar ətrafında sistemləşdirməyə səy edir.»
1
Ədəbiyyatşünas M.Əlioğlunun məqaləsi Cavid şeirində
fəlsəfi motivlər mövzusunun izahına həsr edilmiş məqalə və
obyektiv bir yanaşma kimi diqqəti cəlb edir. Hegel və Cavid
fəlsəfəsi arasında əlaqə axtaran ədəbiyyatşünaslardan biri olaraq
yadda qalır. M.Cəfərin araşdırmaları isə, demək olar ki, sırf sovet
tədqiqatı təsirini bağışlayır.
10
Müasir fəlsəfənin banisi olan Dekart hər şeyə şübhə ilə yanaşmaq
ideyasını irəli sürmüşdür. Onun fikrincə, idrak yox, hisslər bizi aldada
bilər. Məkan və zamanı şübhə altına almaq olar. Mənim mövcud olduğu-
mu şübhə altına almaq olmaz, bu, qeyri-mümkündür. Mən düşünü-
rəmsə, deməli, mövcudam. Bu meyl subyektivizmi ifadə edir. Bizim
tərəfimizdən aydın və dəqiq qavranılan bütün şeylər doğrudur. Təbiətin
dərk edilməsinin həqiqi idrakı metodu riyaziyyat ola bilər...
1
H.Cavid şeirində fəlsəfi motivlər. Məsud Əlioğlunun “Məhəbbət və qəhrəman”
kitabında, Bakı, 1979, s. 209.
149
İsgəndər Atilla
Cavidin daha çox faydalandığı filosoflardan biri Dekartdır.
Əsərlərdə idrak, hissi idrak, skeptisizm (şübhəçilik fəlsəfəsi.
Termin mənşəcə yunan sözü olan “skeptikoz” sözündən yaran-
mışdır. Fəlsəfi mənası həqiqətin dərk edilməsinin mümkünlüyü
haqqında təlim deməkdir) problemlərinə toxunmuşdur. Skep-
tisizm qədim, orta əsrlər və müasir filosofların fəlsəfəsində xüsusi
yer tutmuşdur. Lakin filosof-şair daha çox Dekartın fəlsəfəsindən
təsirlənmişdir.
11
Cavid şübhəçilik fəlsəfəsinə, hissin aldadıcı olması, idrakın
həqiqətə doğru aparması probleminə “İştə bir divanədən bir
xatirə” şeirində, “Xəyyam” pyesində, “Həsbi-hal” məqaləsində,
daha çox isə “Şeyx Sənan” faciəsində münasibət bildirmişdir. Adı
çəkilən şeirdə şair bəzən öz-özündən, bəzən fəlsəfə tarixinin
söylədiklərindən şübhələnir. Problemi “Mən kiməm? Mən nə-
yəm? Mən nəyə qadirəm?” şəklində qoyur. Bu cür məqamlarda o,
daha çox hissi qavrayış və hissi idraka üstünlük verir. Hissin alda-
dıcı funksiyası onu doğru yola, həqiqətə istiqamətləndirir. Şeirdə
köhnə, çürümüş, elmə və təfəkkürə əsaslanmayan əxlaq və adətə,
etiqad və inanclara meydan oxuyan şair yazır:
Etiqad, əxlaqü adət, hər nə var,
Həp kökündən qaldırın divanələr...
Həp qırın, həp çeynəyin, həp məhv edin!
Hiç zərər yoq, bir müvəqqət səhv edin!
Səhvinizdən ta ki doğsun şübhələr,
Həp seçilsin haqqü batil, xeyrü şər...
Həqiqət axtaran, həqiqətin kökünü araşdırmaq istəyən lirik
qəhrəman oxuculara təklif edir:
- Etiqad, əxlaq və adət, hər nə varsa, onu dəlicəsinə kö-
kündən qaldırın. Müvəqqəti də olsa, onu qırın, çeynəyin, məhv
edin ki, səhvinizdən şübhələr doğsun, haqq və batil, xeyir və şər
150
Əsrin şairi IX
seçilsin. Bax, onda siz həqiqətə çata bilərsiniz, həqiqətin nə
olduğunu anlarsınız. Filosof-şair demək istəyir ki, həqiqətə, elmə
gedən yol səhv və şübhədən başlanır.
12
Skeptisizm Şərq fəlsəfəsində, o cümlədən islam fəlsəfəsində
də mühüm yer tutur. Dramaturq şübhəsizliyin fəlsəfi mahiyyətini
“Şeyx Sənan” faciəsində açır. Şeyxlər Sənanın davranış, inanc və
etiqadından şübhələnməyə başlayırlar. Şeyx Hadi və Şeyx Kəbirin
dialoquna nəzər salaq.
Şeyx Hadi
...Sənanı söylətən yalnız
Şübhədir... Yoqsa şübhədən başqa
Yoq onun bir qüsuru...
Şeyx Kəbir
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası.
Şübhə etməkdə haqlıdır insan...
Fəzilət və irfan sahibi Şeyx Kəbir bəzi şeyxlərdən fərqli
olaraq, şübhə haqqında daha doğru və inandırıcı fikirlər söyləyir.
Hesab edir ki, həqiqətin anası, açarı, hikmət əhlinin babası
şübhədir. O, insanda artıqca artar. Çünki, sufi fəlsəfəsinə görə,
mərifət nuru şübhədən parlar.
Dramaturq “Xəyyam” tarixi dramasında yenə də bu proble-
mə toxunur. Xəyyam üzünü göyə tutaraq münacat söyləyən
münacatçının sözlərinə heyrətlə bu cür cavab verir:
İştə, bir səs ki, edər göylərə şaşqınca xitab,
O sağır göy, əcaba, kimsəyə vermişmi cəvab?..
13
Cavidə görə, hər şeyə şübhə ilə yanaşmaq olmaz. Ancaq
şübhəçiliyi də insanın həyatından silib atmaq mümkün deyildir.
İnsanı həqiqətə doğru aparan və ona çatdıran vasitələrdən biri
Dostları ilə paylaş: |