136
Əsrin şairi IX
şairin şeirlərində, xüsusilə dramaturgiyasında öz bədii ifadəsini
tapmışdır. Budur, lirik qəhrəman gözlərini yola dikərək öz nazlı
Yarını gözləyir. O, isə gəlib çıxmır. Hilal qaşlı Sevgilisindən xəbər
almayan lirik qəhrəmanın bağrı qana dönür. Yaralı könlünü oxşa-
yan tapılmır. Yüz bahar gəlsə də, onun eyni açılmır, üzü gülmür.
Öz Yarından başqa gözü özgə gözəli görməyən şair, anadan
təzəcə doğulmuş öksüz bir çocuq kibi zar-zar ağlayır.
Gülməz, yüz bahar olsa, gülməz yüzüm,
Yardan başqa bir gözəli görməz gözüm,
Sanki anadan ayrılmış öksüzüm
Yar-yar deyib gecə-gündüz ağlarım.
Qoşma formasında yazılmış şeir öz ruhu etibarilə “Şeyx
Sənan” mənzum faciəsində Serğonun türküsünə və “Qaçqın”
şeirinə oxşayır. Serğonun türküsündən bir bəndə nəzər salaq.
Uzaqlaşdım gülümdən, sevgilimdən,
Ayrı düşdüm vətənimdən, elimdən.
Həp sızlarım, bir şey gəlməz əlimdən,
Yar-yar deyib gecə-gündüz ağlarım.
“Çoban türküsü” şeirində şair öz obrazını, “Qaçqın” şei-
rində həm özünün, həm də həyat yoldaşı Mişkinaz xanımın
obrazını yaradır. Lirik qəhrəmanın dərdini şairin Leylası, şairin
dərdini Mişkinaz xanım uyutmur... Dərdi başından aşan şair,
üzünü göyə tutaraq, dərdini Aya danışır. Ayı görər-görməz fik-
rindən Yarının xəyalı gəlib keçir. Dərbədər könlünün məlalı daha
da artır. Yarının mavi gözlərini, süzgün baxışlarını, tatlı sözlərini
xəyalında canlandırır.
Göy yüzündə görür-görməz hilalı,
Keçər fikrimdən yarımın xəyalı,
Dərbədər gönlümün artar məlalı,
Yar-yar deyib gecə-gündüz ağlarım.
137
İsgəndər Atilla
Yosma dilbərim deyilmiş ədasız,
Pək nazlıdır, amma deyil vəfasız,
Nə çarə!? Eşq əhli olmaz bəlasız,
Yar-yar deyib gecə-gündüz ağlarım.
Cavid “Knyaz” mənzum faciəsində mövzunun üzərinə
yenidən qayıdır və Şakronun yumoristik-satirik bir “türküsünü”
yazır. Şakro həmin mahnı ilə məclisi ələ alır və əyləndirir.
Mahnıdan bir neçə misraya nəzər yetirək.
...Bənim nazlı yarımın pudralı cəmalı var,
Boyalıdır saçları, iki yapma xalı var.
Həm cavan, həm gözəldir: əlli səkiz yaşında?
Dərman için bir tük yoq kipriyində, qaşında...
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün: yoxsa bu qan həpsi hədərmi?..
Məhəmməd Hadi
2.9. Türk əsirləri
Türkçü Hadi birinci cahan hərbinin canlı şahidi olmuş, onu
yaxından izləmişdir. Türkçü Cavid isə əksinə, onu uzaqdan-uzağa
izləmiş və həmin mövzuda şeirlər yazmışdır...
XX əsrin birinci yarısı türk dünyası üçün faciəli və fəlakətli,
ağrılı və acılı, uğurlu və uğursuz olmuşdur. Osmanlı imperiyası
çökmüş, onun yerində yeni türk dövləti yaradılmışdır.
*
Azərbay-
can müstəqillik qazanmış, iki ildən sonra rus sovet təcavüzünə
məruz qalmışdır. Birinci cahan hərbi Türkiyəyə, Oktyabr çevrilişi
və SSRİ-nin yaradılması Qafqaz, Azərbaycan və Orta Asiya
türklərinə baha başa gəlmişdir. Milyonlarla türk öldürülmüş, diri-
diri torpağa gömülmüş, quyulara atılmış, malı-mülkü talan
*
Qeyd.
İki dünya müharibəsinə 4 trilyon ABŞ dolları xərclənmişdir. Hər iki
müharib
ədə 60 milyon adam ölmüşdür ki, onun böyük əksəriyyətini mülki əhali
t
əşkil edirdi.
138
Əsrin şairi IX
edilmişdir...
Birinci dünya müharibəsi tüğyan etməkdə idi. Türkiyə
ölüm-dirim savaşına qatılmışdı. Düşmənlər türk ordusu və
xalqının iradəsi, dözümü, mətanəti, yeniməzliyi və mübarizə əzmi
qarşısında mat qalmışdı. Çanaqqala döyüşü müharibənin taleyini
həll etməli idi!.. Cəbhələrdə döyüşlər səngimirdi. Ermənilər
rusların havadarlığı ilə türklərə qarşı genosid siyasətini davam et-
dirirdilər, dinc əhaliyə divan tuturdular. Əhali ağlasığmaz
ingəncələrə məruz qalırdı. Döyüşən döyüşür, ölən ölür, əsir
düşənlər güllələnirdi. Cavid bir neçə il idi ki, müharibənin ağrı-
acısını, türkün faciə və fəlakətini öz içində yaşadırdı. Əsəbi hallar
keçirir, qələminə güc verib yazırdı.
Həmin müdhiş hadisələrin canlı şahidi olan Qurban Səidin
“Əli və Nino” romanından bəzi parçalara nəzər salaq: “...Düzdür,
türklər sünnidirlər. Amma buna baxmayaraq ürəyim Ənvər
(Ənvər paşanın – İ.A.) şəhərimizə (Bakıya – İ.A.) girişinin
həsrətini çəkirdi. Bu nədir axı? Şəhidlərimizin qanı boş yer axıb?
- Seyid, - dedim, - türklər də bizim tayfadandır. Biz eyni
dildə danışırıq. İkimizin də damarlarında Turan qanı axır. Bəlkə
buna görə xəlifənin hilalı altında ölmək daha asandır...
1
Bakıda müharibə getməsə də, şəhər həyəcanlı günlərini
yaşayırdı. Etmənilər Bakının küçələrində at oynadırdılar. Cavid
bunları öz gözlərilə görür və məyus olurdu...
Qurban Səid romanında ermənilərə qarşı nifrət və “rəğbəti”
bu cür təsvir edir: «...Elə ayağımı küçəyə qoymuşdum ki, kimsə
tələsik özünü mənə çatdırdı. Atamın köhnə dostu Süleyman ağa
idi. O da restoranda oturmuşdu. Ağır əlini çiynimə qoydu və
dedi: “Tfu, sən işə bax! Şirvanşir nəslinin övladı ermənini
qucaqlayır.” Açarı çıxarıb qapını açmaq istəyəndə başımı yırğala-
yıb öz-özümə düşündüm: “Ermənilərə belə nifrət bəsləmək nə
axmaq işdir.”»
1
Qurban S
əid. Əli və Nino, Bakı, 2006, s. 73.
Dostları ilə paylaş: |