127
İsgəndər Atilla
“Altay” dağı, “Makan” çölü, həm də “Yasın” ovası
Birər aydın səhifədir, hər türk gərək anlasın.
19
Şair bu bənddə türk tarixi, türk soyu, türkün yurdu və yu-
vası, türk dili, bir sözlə, türk mədəniyyətilə bağlı maraqlı və
diqqətəlayiq fikirlər söyləmişdir. 1910-cu ildə Azərbaycan türk
məktəblərində ana dilinin tədris edilməməsindən şikayətlənərək
yazmışdı: “Məhz bunun nəticəsidir ki, məktəb şagirdləri az bir
zamanda özlərini unudurlar. Tarixlərindən, köklərindən xəbərsiz
qalırlar. Bu da bir millət için pək böyük qəflət, pək böyük
tədənnidir. Dilsiz bir millət yaşamaz, çabuq münqəriz olur. Bir
millətin lisanı, mevcudiyyətinin ən parlaq bürhanıdır.”
1
Yəni dilsiz bir millət tez bir zamanda tükənər, məhv olar. Bir
millətin dili onun mövcudluğunun ən parlaq dəlili, sübutudur.
Şair həmin şeiri “Həsbi-hal” məqaləsi ilə bir ildə yazmış və
mətbuatda çap etdirmişdir. Məqalədə izlədiyi fikri dolayısı ilə
şeirdə ifadə etmişdir. Millətin millət olması və millət kimi
formalaşması üçün aşağıdakı şərtləri irəli sürmüşdür: Millətin
tarixi, əsli-kökü, dil birliyi, yurd-yuvası olmalıdır, o coğrafi bir
məkanda yaşamalıdır.
Müəllif bu cəhətdən müasir oxucuların diqqətini ümumi
türk tarixində mühüm yer tutan üç çoğrafi məkana – Altay
dağına, Makan çölünə və Yasın ovasına yönəldir. Şeirin sonunda
həmin tarixi məkanların izahını verir. İzah qəzetdə çox kiçik
hərflərlə (nonparellə) verildiyindən Turan Cavid və mən mətni
oxumağa çox səy göstərsək də, faydası olmadı. Turan xanım
axırda əsəbləşdi və biz bir təhər birinci cümləni oxuya bildik: “Bu
yerlərin hər üçü türk tarixi – ümumiyyəsincə böyük bir
əhəmiyyəti haizdir... H.C.”
1
Hüseyn Cavid. H
əsbi-hal, “Həqiqət”, 5 yanvar 1910.
128
Əsrin şairi IX
20
Haşiyə. Mən arxivlərdə çalışarkən Cavidin bir neçə şeirinə,
“Həsbi-hal” silsilə məqalələrinə təsadüf etdim və çox sevindim.
Çünki həmin əsərlərin, demək olar ki, hamısı müasir oxuculara, o
cümlədən Turan xanıma məlum deyildi. “Qoca bir türkün
vəsiyyəti” şeiri 1910-cu ildə yazılsa da, nə şairin sağlığında çap
etdirdiyi şeirlər kitablarına, nə də sovet nəşrlərinə salınmışdı.
Şeiri oxudum, məni bərk tutdu. Əzbərlədim, “Azərbaycan
müəllimi” qəzetində çap etdirdim. Sonralar Turan xanımın xahişi
ilə həmin əsərlərin surətini çıxarıb bir nüsxəsini ona verdim, bir
nüsxəsini özümdə saxladım. 1982-ci ildə, Hüseyn Cavidin anadan
olmasının yüz illiyində onun əsərlərinin 4 cildliyi çap edilərkən
həmin şeir ora daxil edilmədi. Mən Turan xanımdan bunun
səbəbini soruşduqda o dedi: “Hələ vaxtı deyil...” Nəhayət, həmin
vaxt müstəqillik illərində gəlib çatdı. Şeir tam şəkildə 2005-ci ildə
müəllifin beş cildliyinin birinci cildində müasir oxucuların
nəzərinə çatdırıldı.
Mənim araşdırmalarıma görə, şeirdə qeyd edilən tarixi
yerlər qədim Türküstanda (Ötükəndə) Turan dövlətilə Çin
dövlətinin həmsərhəd bölgələrində, Şərqi Türküstana aid
torpaqlarda yerləşirdi. “Takla Makan” hazırda Çin ərazisindədir.
Yasın ovasının harada yerləşdiyini dəqiq müəyyənləşdirə
bilmədim. Altay türklərin ana vətəni hesab olunur. Ancaq türklər
Doğudan Batıya – Şərqdən Qərbə köç etmişlər. Onların ana vətəni
Ön Asiya olmalıdır...
21
Qoca Türk yavrularına qədim əcdadlarının tarixini, adət və
ənənəsini xatırladır. Onların necə doğub yaşamasını, həyat
sürməsini, nə kibi ərliklər etməsini yada salır. Soykökünü,
millətini, tarixini unutmamağa çağırır.
Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,
Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz,
129
İsgəndər Atilla
Baqın, görün tarixiniz sizə nələr göstərir,
Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz.
“Qoca Cavid” mərd ataların igidliyindən, qəhrəmanlığından,
döyüş meydanlarında ad çıxarmasından, ta qədimdən onların elmə
və hikmətə böyük maraq göstərməsindən ilhamla, fəxr ilə şöhbət
açır. Ruhundan və bağrından qopub gələn alovlu sözləri, hiss və
düşüncələri müasir oxucunun beyninə, hafizəsinə yeritməyə çalışır.
Yeni türk nəslini ağıllı, kamallı, mübariz və düşüncəli görmək is-
təyir. Günəş kimi parlayan tarixlərinə nəzər salmağa, Səmərqəndin –
Əmir Teymur dövrünün darülfününunlarından, Uluqbəyin rəsəd-
xanasından zövq və ilham almağa çağırır. Türk gənclərini və
ellərini keçmiş tarixlərini öyrənməyə, milli dəyərlərə sadiq
qalmağa, çağdaş dünya ilə ayaqlaşmağa dəvət edir.
Əvət, arslan yavrularım! Türk eli həp şanlıdır,
Elmas kibi ləkəsizdir, saqın, qafil olmayın.
Əsr, iyirminci əsrdir! Vəzifəsi pək ağır...
Arş iləri!
Qomşular yol aldı, geri qalmayın!
Bu çağırış dünən nə qədər müasir səslənirdisə, bu gün
dünənkindən, sabah bu günkündən daha müasir səslənəcək!..
22
Caviddə yurd və vətən sevgisi onun İstanbulda qələmə
aldığı “Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə” şeirində
özünün daha parlaq ifadəsini tapmışdır.
- Məhv olur fikir edincə cismü tənim,
Aman Allah! Odur bənim vətənim!
- deyə haray çəkən, dünyaya səs salan və qürbət bir şəhərdə
böyük sıxıntılar içində yaşayan şair, vətən üçün darıxır, vətən
həsrətinə dözə bilmir. “Odur bənim vətənim!” deyərkən şair
Dostları ilə paylaş: |