130
Əsrin şairi IX
haranı nəzərdə tutur? Azərbaycanımı? Şərqimi? Turanımı?
Məncə, hər üçünü! Fəqət daha çox müsəlman Şərqini! Şair maarif
və mədəniyyətcə geri qalmış Vətəninin halına yanır, ona sanki
qara yas tutur. Onun “qalibi-zəval olmasına” acıyır, ayaqlar
altında qalmasından məyus olur, dərin təəssüf hissi keçirir.
23
Şairin şeirdəki halını təsvir edən fikirlərilə Qurbanəli Şə-
rifova göndərdiyi məktublarda təsvir etdiyi halı və vətən
haqqında düşüncələri arasında böyük oxşarlıq var. Həmin mək-
tublardan bir neçə cümləni oxucuların nəzərinə çatdırıram:
“Validəxanada bir otaq icarə edib ələ gətirdim. Buranı kəndimə
məskən etdim. Keçdi cəhalət zamanı, gəldi hürriyyət zamanı.
Xalqa boyunduruq olmaq istəməm və istəməyəcəyəm. Şimdi əsl
məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir.”
Cavid İstanbulda təhsil alarkən bu cür düşünür, vətənə,
konkret olaraq Azərbaycana layiqincə xidmət etmək arzusu ilə
yaşayırdı. Öz fikirlərini həm şeirlərində, həm də məktublarında
açıq şəkildə bildirirdi. O, vətən haqqında düşündükcə cismi-
nazənində yaralar sanki gülün qönçəsi kimi qızarırdı. Fikir etdik-
cə cismi-təni məhv olurdu. Düşündüklərini nəzmə çəkirdi.
Bir zamanlar şu vətən maarifcə
Sayılırdı yer üzrə bir gülşən.
Kəsbi-qəflət edib təsadüfcə
Şimdi olmuş libası qanlı kəfən.
Get-gedə qabili-zəval olmuş,
Ayaq altında paymal olmuş.
24
“Dekadans şair” libası qanlı kəfən olmuş, maarif və mədə-
niyyətcə geri qalmış vətəninə elə bil ki, mərsiyə deyir, ağı
söyləyirdi. Vətəni özünün sevimli validəsi, vətəndaşları onun
zavallı yavruları hesab edən müəllif, buna son dərəcə təəssüflənir
131
İsgəndər Atilla
və kədərlənirdi. Vətən övladlarını əğyardan vəfa ummamağa
çağırırdı.
Ey vətən! Ey gönül pərəstarı!
(------------------- Ey gönül aşiqi!)
Var ümidim, qüsura baqmayasan,
Bizə tərcih edib də əğyarı
(Əğrarı bizdən üstün tutub da)
Buraqıb nari-hicrə yaqmayasan.
(Buraxıb bizi hicran oduna, atəşinə yaxmayasan)
Səni bu hala saldı qəflətimiz,
Daha əfv et, yetər nədamətimiz.
(----------------- yetər peşmançılığımız.)
Şeir dərin ictimai məzmuna malikdir. Şair vətəninin elmcə,
maarifcə, tərəqqicə geri qalmasından narahat olur, “ah” çəkib
təəssüflənir. Vətənin bu hala düşməsinə özümüzün günahkar
olduğumuzu etiraf edir, onun dərdinə dərman axtarır. Daha
kəskin ifadələr işlətməkdən belə çəkinmir.
Bizi, ey yer! Yarıl da kamına çək!
Eyidir bu həyatdan ölmək.
25
Şairin dərdi vətən dərdidir, vətən sevgisidir, vətən həs-
rətidir. O, vətənsiz yaşaya bilmir, vətənsiz düşünə bilmir, vətənsiz
qələm çalmaq istəmir. Vətən övladlarını vətəni sözdə deyil, işdə,
əməldə sevməyə çağırır. İnkişafdan geri qaldığına görə vətəndən
üzr istəyir. Bu işdə hamının suçu olduğunu, “Ər kişinin mayeyi-
iftixarının vətən uğrunda bəzli-himmətidir” və “Qeyrət istər ki,
can nisar edəlim, mədəniyyətlə iftixar edəlim” fikrini oxucuların
diqqətinə məxsusi çatdırır, beyninə yeritmək istəyir. O, vətəndən
uzaqda, İstanbulda bu cür düşünür və bu cür yazırdı: “Vətən,
vətən deyərək hər diyara səs sallam!” İstibdadın, zülmün,
mütləqiyyətin əleyhinə çıxırdı. İnsanların hüquqlarının bərbad
132
Əsrin şairi IX
olmasına, zülmün atəşi ilə onların canını yaxmasına qarşı etiraz
səsini ucaldırdı. - Bu nə dəhşətli haldır, ya Rəb, - deyə haray
çəkirdi. Şərq ilə Qərbi müqayisə edərək bu nəticəyə gəlirdi.
Ey vətən! Səndə parlayanda ziya
Büsbütün əhli-Qərb cahilimiş.
*
Şimdi bulmuş vüqu əksi-qəza,
(Şimdi bulmuş geriləmə, tənəzzülə uğrama)
Əcəba bu nasıl təğafilimiş?
(Əcəba bu necə qəflət imiş, unutma imiş,
özünü bilməməzliyə vurmaq imiş?)
26
Şair şeirdə “Bilməm ki, nədir bu hala səbəb” desə də, o,
həmin səbəbləri gözəl bilirdi. Şeirdə yeri gəldikcə həmin səbəblərə
həm tarixi, həm də müasir baxımdan münasibət bildirirdi. Onun
fikrincə, bizi (Şərqi, Türk dünyasını) cəhalət yuxusuna sövq edən,
bu hala salan arsızlardı, abırsızlardı. Düşmən bizi aldadarkən,
*
H
əmin beytdə Şərq və Qərb mədəniyyət tarixini gözəl bilən Cavid, ciddi
problem
ə toxunmuşdur. Bəzi şeirlərində, “Uçurum”, “İblis”, “İblisin intiqamı”
pyesl
ərində, “Azər” poemasında, məqalələrində həmin problemin üzərinə
qayıtmışdır. Şair “Ey vətən” deyərkən Şərqi nəzərdə tutur. Təsadüfən “Səndə
parlayanda ziya, büsbütün
əhli-Qərb şahilimiş” yazmır. Görkəmli alim,
şərqşünas Əbülfəz Elçibəy yazır: “VI-XI yüzillərdə xristian dünyasında dinin
böyük t
əzyiqi nəticəsində azadfikirlilik boğulduğu, bilik ocaqları qapadıldığı,
Avropada bir zülm
ət və cəhalət hakim kəsildiyi halda, IX-XI yüzillərdə islam
al
əmində azaddüşüncəlilər mübarizəsi gedir, yüzlərlə elmi mədini cərəyan
özünün doğru olduğunu sübuta çalışır, “Haqqı” tapmaq bütün mübahisələrin
ana x
əttini təşkil edirdi. Hakim mövqedə dayanan ərəb təfəkkürü ilə yanaşı, fars
t
əfəkkürü də müəyyən mövqe tutmuşdu. IX yüzildən başlayaraq türk təfəkkürü
Yaxın və Orta Şərqin ictimai-siyasi həyatına daxil olub getdikcə yüksəlir,
yönverici mövqe qazanırdı... Çox çəkmədi ki, oğuzlar bütün Orta və Ön Asiyanı
birl
əşdirib Böyük Səlcuq imperiyası yaratdılar, türk düşüncə tərzi Yaxın və Orta
Şərqdə hakim mövqe qazandı...” (Əbülfəz Elçibəy. Bu mənim taleyimdir, Bakı,
1992, s. 224-225). Ulu Cavidimiz d
ə həmin beytdə bunları nəzərdə tutur. Qərb
inkivizasiya
sını unutmur. Həmin inkivizasiya məsələsinin üzərinə “İblisin inti-
qa
mı” pyesində qayıdır.