154
Əsrin şairi IX
18
Dramaturq “Şeyx Sənan” faciəsində Şeyx Kəbiri təsadüfən
bu cür təqdim etmir: “Fəzilət və irfanilə, irşad və ictihadilə
məşhur, ağsaqqal və nürani bir mürşid.” Şeyx Kəbir yalnız
mürşid deyil, o, həm də islam filosofudur. Şərq təfəkkürü və
islam fəlsəfəsinin təcəssümüdür. O, nəinki bir islamçı ideoloq və
filosof kimi düşünür, həmçinin düşündürür. Oxucunun düşün-
məsinə imkan yaradır, onu düşünməyə qadir bir insan olaraq
düşündürür. Görün böyük fəzilət və irfan sahibi, filosof nə deyir?
...Kim ki Allahı istiyor görmək,
Arasın qəlbi-tabnakində,
*
Arasın kəndi ruhi-pakində,
(Arasın özünün pak ruhunda)
Hər kimin qəlbi, ruhu düzgündür,
Daima hiss edir də Haqqı görür.
Feyləsufanə ruha malik olan
Yaşamaz ayrı hərgiz Allahdan.
Budur Şərq Ruhu! Budur Şərq təfəkkürü! İslam filosofunun
ruhundan süzülüb gələn həqiqət və Allahın fəlsəfi dərki! Sufi Şeyx
Kəbirin fikrincə, qəlbi və ruhu düzgün olmayan Allahı görə bilməz,
Allahı dərk edə bilməz. Düzgün olan Onu görər də, duyar da, dərk
edər də! Bu da azdır. Allahı dərk etməyə çalışan insan, gərək filosof
ruhuna malik olsun. Əgər o, gerçəkdən filosof ruhuna malikdirsə,
Allahdan ayrı yaşaya bilməz. Budur ilahiyyat elminin, belə deyək,
əlifbası. Cavid dolayısı ilə demək istəyir ki, fəlsəfə Allahın dərk
olunmasına imkan verir. H.Cavidin “Peyğəmbər” mənzum draması
fəlsəfi baxımdan başqa bir aləmdir. O, Tanrının varlığını birmənalı
şəkildə qəbul edir. Əgər biz bu gün Şərq Ruhu ilə Qərb Ruhunu
müqayisə etsək, birincinin fikir və mənəvi cəhətdən nə qədər zəngin,
ikincinin kasıb olduğunu görə bilərik.
*
Q
əlbinin nurunda.
155
İsgəndər Atilla
19
“İblis” faciəsi başdan-başa fəlsəfədir, hikmətdir, dialek-
tikadır. Dünya ədəbiyyatında İblis haqqında yazılmış əsərlərə
zinətdir, möhtəşəm bir ədəbi abidədir. Filosof Cavid əsərdə
böyük mütəfəkkir Zərdüştü təsadüfən xatırlamır. İblis filosof
Arifin diqqətini təsadüfən ona yönəltmir.
Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası
Həp atəşə tapındırmaq idi zümreyi-nası.
*
Yalnız bunu dərk etdi o əlləmeyi-məşhur,
**
Yalnız o böyük baş şu böyük kəşflə məğrur...
Dramaturq son əsərlərindən bir olan “Xəyyam” pyesilə Şərq
Ruhu, Şərq təfəkkürü və Şərq filosofunun nəyə qadir olduğunu
bir daha ortaya qoymuş olur. Əşxasda təsadüfən onu “məşhur
filosof, şair” kimi təqdim etmir. Həmin təqdimatda incə bir
məqam və məna var. O da bundan ibarətdir ki, Xəyyam ilk incə
filosof, sonra şairdir. Pyesin süjeti və bədii-fəlsəfi mahiyyəti
bunun üzərində qurulmuşdur.
İştə Xəyyam...
Kəhkəşan saçların əsrarı nihan,
Açdı irfan ilə bambaşqa cihan...
20
“Şərq fikrini fəlsəfə tarixindən çıxarmaq lazımdır.”
(Hegel) Bu, böyük filosofun səhvi idi! Tarix göstərir və sübut edir
ki, Şərq fəlsəfi fikri əqli inkişafın başlanğıcıdır!.. Şərq tarixinin
söylədiyi gerçəklik budur: məni fəlsəfə tarixindən çıxarmaq
xətadır, səhvdir. Çünki Şərq əqli, Şərq fikri, Şərq təfəkkürü həmişə
insanın ümumi başlanğıcını axtarmaqla məşğul olmuş, onun
mənəvi kamilləşməsinə təkan vermişdir. “Seyrçi, coşqun və tem-
peramentli Şərq adamı inanır və anlayırdı ki, dünyada Allahdan
*
İnsan cinsini, camaatı.
**
Çoxbil
ən, hər şeyi bilən, hər elmə bələd olan alim və s.
156
Əsrin şairi IX
və İnsandan başqa heç nə yoxdur. Allahla İnsanın yalnız imma-
nent olduğunu başa düşməyə şərait yaradılanda Şərq əqli (Qərb
əqli üzərində - İ.A.) qələbə çaldı.”(A.Şükürov) Şərq əqli və
təfəkkürü daima həqiqət axtarışında olmuşdur. Bununla da özü-
nün Mənini təsdiq etmişdir. “Bu, Mənəm!” demişdir. Bu ifadədə
həm böyük təsdiq, həm də böyük bir inkar var: “Bu, Mənəm!”
“Bu, Mən deyiləm!” Filosof Ağayar Şükürovun təbirincə desəm,
“Budur Şərq simvolikasının ən böyük tapmacası və sirri.”
- ...Hegelin və digər Avropa mütəfəkkirlərinin başa düş-
mədiyi simvolika budur. Deməli, insan həqiqət vasitəsilə dərk
edilir, həqiqət isə insan vasitəsilə!..
1
Hüseyn Cavid bütün həyatı və yaradıcılığı boyu insan və
həqiqət axtarışında olmuşdur. Həqiqətin fəlsəfi mahiyyətini dərk
etməyə çalışmış və dərk etmişdir.
21
Şərq adamı, Qərb adamından fərqli olaraq, öz “Mən”ini
daha əvvəl dərk etmişdir. Şərq adamının inancına görə, insan
məhəbbətlə doğulur. Məhəbbət insan ağlını, insan zəkasını
nurlandırır. İnsanda məhəbbət gücləndikcə, o, həqiqətə daha da
yaxınlaşır. Son nəticədə həqiqətə qovuşur.
Hüseyn Cavidin yaradıcılığında bu kimi məsələlərin bədii
ifadəsinə sıx-sıx təsadüf etmək olar. Bu da onun Şərq və Qərb
fəlsəfəsinə nə dərəcədə dərindən bələd olmasından irəli gəlir. O,
öz əsərlərində təsadüfən “Məhəbbətdir ən böyük din”, “Bütün
dünyanı xilas edəcək yalnız məhəbbətdir”, “Məhəbbət olmasa
aləm xərab olar” demir. Türk, islam və şərqli əqli və təfəkkürü ilə
düşünən şair sanki Hegelin əksinə olaraq, Şərq fikrini və Şərq
adamını Qərb fikri və Qərb adamına qarşı qoyur. Bəzi şeirlərində,
xüsusilə “Peyğəmbər”, “Xəyyam”, “İblisin intiqamı” pyeslərində
və “Azər” epik-dramatik poemasında həmin problemin üzərinə
1
Ağayar Şükürov, göstərilən əsəri, s. 179.
Dostları ilə paylaş: |