142
Əsrin şairi IX
Məhəbbət insanı birləşdirir.
İnsan yalnız məhəbbətlə insan olur.
Platon
2.10. Dünya filosoflarının nəzəriyyə və konsepsiyaları
kontekstində şair-filosof Cavidin fəlsəfi fikir və
düşüncələrinə bir nəzər
1
Qeyri-adi fitri istedada, təfəkkürə, ağıl və zəkaya, universal
və ensiklopedik biliyə malik olan Hüseyn Cavidin qidalandığı və
bəhrələndiyi fəlsəfi sistemlər və təlimlər müxtəlif, zəngin və
rəngarəng olmuşdur. Filosof şairin təsirləndiyi və bəhrələndiyi
fəlsəfi sistem və məktəblər arasında Şərq və Qərb (Avropa) fəlsəfi
sistemləri və məktəbləri məxsusi yer tutur. O, bütün ömrü boyu
oxuyub öyrənmiş, öyrəndiklərindən bədii yaradıcılığında istifadə
etmişdir. Şeir və dramatik əsərlərində Zərdüşt, Epikür, Aristotel,
Platon, Əbu Əli ibn Sina, Dekart, Spinoza, Spenser, Hegel, Con
Look, Kant, Kont, Jan Jak Russo, Şopenhaur, Nitsşe, Xəyyam (ona
ayrıca əsər həsr etmişdir) Rza Tofik və b. görkəmli filosofların
adını sözgəlişi çəkməmişdir. Cavid islam fəlsəfəsini, sufizmi,
Məhəmməd peyğəmbərin və Ömər Xəyyamın fəlsəfi fikirlərini
dərindən öyrənmiş, bədii əsərlərində, o cümlədən “Şeyx Sənan”,
“Peyğəmbər” və “Xəyyam” pyeslərində istifadə etmişdir. Yalnız
istifadə etməmişdir, həmin pyeslərdə və başqa əsərlərində özü-
nün də fəlsəfi görüşlərini ifadə etmişdir. Bu mənada onun özünün
və əsərlərindən bəhrələndiyi filosofların fəlsəfi fikir və görüşlərini
araşdırıb üzə çıxarmaq mürəkkəb olduğu qədər də çətindir.
Cavidin fəlsəfi görüşləri onun bəzi şeirlərində, xüsusilə “İştə bir
divanədən bir xatirə” (“Sən nəsin? Kimsin?” deyən ariflərə) fəlsəfi
şeirində özünün daha geniş ifadəsini tapmışdır. O, bu bioqrafik
fəlsəfi şeiri 1912-ci ilədək öyrəndiyi qədim, orta əsrlər və müasir
filosofların əsərlərinin təsiri altında qələmə almışdır. Özünün də
fəlsəfi fikirlərini həmin filosofların fikirlərinə qataraq, möhtəşəm
bir bədii əsər yaratmışdır.
143
İsgəndər Atilla
2
Mən əsas mövzuya keçməzdən qabaq Cavidin bəhrələndiyi
və ilham aldığı filosofların fəlsəfi görüşləri və düşüncələri üzə-
rində qısaca dayanmaq istəyirəm.
Platona görə:
*
- Bilik hissi obrazların ümumiləşdirilməsidir.
- İdeyaların heç biri yaranmır və məhv olmur. İdeya hissi
qavranılan predmetin mahiyyəti və səbəbidir. İdeya yoxdursa, haqqında
olan şey də yoxdur.
- Gözəllik yoxdursa, gözəl şeylər də yoxdur.
- Ali ideya Allahdır!
- Təbiət ancaq varlıqdır. Dialektika elmi təfəkkürün üsuludur...
Nəinki Platonun, həmçinin bir çox Şərq və Qərb filosof-
larının əsərlərilə tanış olan şair-filosof Cavid onlardan nə almış-
dır, nə əldə etmişdir? Bu, çox mürəkkəb sualdır. Ona veriləcək
cavab daha mürəkkəbdir. Hər halda düşünmək olar ki, ideyalı,
əqidəli və məsləkli, fəlsəfə elminə xüsusi maraq və həvəs göstərən
sənətkar Cavid, Platonun gözəllik və gözəl, ali ideya Allahdır,
dialektika elmi təfəkkürün üsuludur, metafizika ruhlar haqqında
təlimdir konsepsiyalarını qəbul etmişdir.
3
Kəsbi-irfan edən şair, elmə qoşur, əlinə nə keçirsə oxuyub
öyrənir. Əlindəki qələmi kəskin bir silaha çevirir. Fəzlü kamalını
anbaan artırır. Ruhunu və fikrini işğal edən xəyallara, suallara
cavab axtarır. Lakin “sərsəm könlü” suallara cavab axtarmaqda
çətinlik çəkdikdə Əflatunu “köməyə çağırır”.
Fikrimi işğal edən hər bir xəyal,
Ruhumu eylərdi ilqa bin sual;
Kəşf için sərsəm gönül məftun idi,
Kim onu həll etsə Əflatun idi.
*
Qeyd. Platona v
ə Sokrata görə, insan ideyası yoxdursa, konkret adamlar da
yoxdur.
144
Əsrin şairi IX
Şairin ruhu da, qəlbi də, düşüncəsi də daima irfan için çırpı-
nır. Məlcəi məktəb və mədrəsə olur. Məscid və meyxanalardan
zövq alır. Fəzlü irfan əhlinə heyran qalan şair, elm için başından
keçən bir insan olur. Fəzlü kamalı özünə həmdəm hesab edən
filosof-şair, özünün kim olmasını dərk etməyə çalışır.
Etmədim insana artıq etibar,
Adəm oğlundan fərar etdim, fərar.
Bəncə mərdud oldu hər dəftər, kitab
(Bəncə rədd oldu...)
Həp təfəkkürdən olurdum zevqiyab.
(“İştə bir divanədən bir xatirə...”)
4
Aristotelə görə, ağıl ümumi fikirləşmək qabiliyyətidir. Ümumi
bacarığı dərk etmək qabiliyyəti və bu da bilik əsasında xüsusini, təkcəni
etmək bacarığıdır.
Filosof-şair “İştə bir divanədən bir xatirə...” şeirində ağıl və
təfəkkür, anlamaq və dərk etmək probleminə məxsusi diqqət
yetirir. Ağlı kəsəndən ta İstanbulda ali təhsil alanadək, keçdiyi
fırtınalı, məşəqqətli, təbəddülatlı uşaqlıq və gənclik illərinə, elmə
və biliyə yiyələnmək yolunda göstərdiyi iradə, əzm və səbata,
çəkdiyi əzab və əziyyətə nəzər salır. Cahillikdən müdriklik və
kamilliyə doğru gedən yolun dialektikasını, mürəkkəbliyinin
fəlsəfi mahiyyətini açır. “Mən kiməm? Mən nəyəm?” suallarına
cavab axtarır. Elm və biliyə yiyələnməyin, özünü dərk etməyin nə
qədər çətin və mürəkkəb olduğunu etiraf edir.
Kəsbi-irfan etməyə əzm eylədim
Elmə qoşdum, hər nə duydum bəllədim.
Elmə vermişdim gönül arif misal,
Bilmiyordum başqa aləm, başqa hal.
5
Şair həqiqətə çatdıqca, həqiqəti dərk etdikcə “sarsılır”, elmə
və biliyə yiyələnməyin nəhayətsiz olduğunu anlayır. Elm və biliyə